Qış aylarında biz tez-tez kəskin respirator xəstəliklərinə (KRX və ya KRVİ) tutuluruq. El arasında bu xəstəlkləri "soyuqdəymə" adlandırırlar.
Bu çox dəqiq addır. Məsələ burasındadır ki, soyuq hava insan orqanizminin müdafiə imkanlarını kəskin azaldır. Nəticədə, selikli qişalarımızda yaşayan və adi vaxtlar bizim üçün nisbətən ziyansız olan müxtəlif zərərli mikroblar kosmik sürətlə çoxalmağa başlayır və insan xəstələnə bilər.
Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün insan öz immun sistemini hər zaman "döyüşə" hazır vəziyyətdə saxlamalıdır. Bu işdə düzgün və xeyirli qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə kömək edəcək. İmmuniteti zəiflədən əsas amillərdən biri də stresdir. Bu səbəbdən stresdən uzaq olmağa çalışın.
Əgər profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:
- Dərhal isti vanna və ya isti duş qəbul edib yatağa uzanın və yorğana bürünün. Fiziki aktivliyinizi minimuma endirin.
- İsti maye qəbul edin. Ən yaxşı variant moruqlu və ya ballı isti çaydır. Moruğu "təbii aspirin" adlandırırlar. Məsələ burasındadır ki, moruqda aspirin preparatınının tərkibinə daxil olan salisil turşusu var. Moruq immun sistemini stimullaşdırır, mikroblarla mübarizə aparır, qızdırmanı aşağı salır. Zəncəfil və bal qatılmış çay da yaxşı təsir edir.
- Əgər sizdə zökəm başlayıbsa, yatmamışdan əvvəl ayaqlarınızı 10-15 dəqiqə ərzində (bundan artıq yox!) isti kəklikotu dəmləməsi qatılmış suda saxlayın. Əgər sizdə allergiya yoxdursa, suya bir qədər xardal da əlavə edə bilərsiniz. İsti suyun təsirindən qan aşağı ətraflara axır, baş hissəsində isə damarlar daralır və nəticədə zökəm keçir. Zökəm zamanı istifadə olunan burun damcıları da bu prinsip əsasında işləyir. Vannadan sonra ayaqlarınızı yaxşı qurulayın və yun corab geyinin. Nənələrimiz corablara da xardal tökürdülər.
- Öskürək və zökəm zamanı inqalyasiyalar yaxşı təsir edir. Bir neçə qabıqlı kartof bişirib suya evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam ağacı ("pixta") yağı əlavə edin. Sonra başınızı dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs alın (çalışın ki, selikli qişalarınız yanmasın!).
- Zökəm zamanı burnunuzu yod-duz məhlulu ilə yumaq olar (1/2 stəkan su + 2-3 damla yod + bıçağın ucunda duz). Bu məhlulla burnunuzu gündə 3-4 dəfə yuyun.
- Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan ilıq su + 1 ç.q duz) və ya soda (1 stəkan ilıq su + 1 ç.q soda) qatılmış su ilə yaxalayın. Belə məhlullar mikrobları və virusları məhv edir, iltihabla mübarizə aparır. Bundan əlavə boğazınızı ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı) ilə yaxalaya bilərsiniz. Boğazınızı gün ərzində 3-4 dəfə yaxalayın.
- Boğaz ağrısı zamanı bal qatılmış süd yaxşı kömək edir.
- Vitamin C soyuqdəymə ilə mübarizədə orqanizmə böyük kömək edir. Belə bir reseptdən istifadə etmək olar. 1 qaşıq nanə yarpağını 1 st. qaynar suda dəmləyin, ora limonun 1/4 hissəsini sıxın və 1 ç.q. bal əlavə edin.
Əgər bütün bu tədbirlərə baxmayaraq sizin vəziyyətininz yaxşılaşmırsa və ya daha ağırlaşırsa, mütləq həkimə müraciət edin.
Hər zaman sağlam olun!
XƏBƏR LENTİ
Bakıda hərbçilərin yürüşü başladı
Şokoladlı sufle (foto resept)
Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir
Hava haqqında - 19.08.2013
Vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq edildi
Qızımın məktəbdə öyrəndikləri
Sentyabr ayının qalibləri!
Millimiz Rusiya ilə oyunda azlıqda möcüzə etdi
Kəsmikli, peçenyeli piroq (foto resept)
Hava haqqında - 21.02.2014
Azərbaycanda hərbi zavodda partlayış
Tarkanın övladının cinsiyyəti bəlli oldu
HAVA necə olacaq?
Ingilis dili-XXII-2 Dərs
3D naxışlar
Bu robot qaçır, süzür, salamlaşır
Ən son ayaqqabı dəbi
Müge Boz ərə gedir-FOTO
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: İki nəfər vəfat etdi
Sinem Kobala 30 minlik təklif-FOTO
Rəngarəng qablar (2)
Aliks - The Cherry Blossom Girl
"Qalatasaray"dan transfer bombası
Nil Karaibrahimgilə xoş SURPRİZ-FOTO
Çivzə və sızanaqlar
Azərbaycanın ən yaşlı sakini KİMDİR?
Bu qış isti olacaq
Avtomobillər üçün uşaq oturacağının əhəmiyyəti
Ölüm vəziyyətinə görə hiss edilən hallar
Fəlakət: ən böyük göl qurudu
Azərbaycanlı məşhurlar itlərlə bağlı ÇAĞIRIŞ ETDİ - VİDEO
Mərci salatı (foto resept)
Rusiyada 43 km uzunluğunda tıxac yarandı
Cəlilabadda unikal tapıntı: tarixi salnamə aşkarlandı
8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!
ABŞ Rusiyanı nəzarətə götürüb
ANANASIN sağlamlığa xeyiri
"Survivor-2020"nin qalibi bəlli oldu-FOTO
İspaniya kraliçasının donu qiymətinə görə diqqət çəkdi...
Podiumda yıxılanlar
Hande Yener izləyicisini polisə verdi
Türkiyə Suriyaya 11 yük maşın humanitar yardımla göndərir
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 38 yeni yoluxma
Xoşbəxtliyin rəsmi
Ezgi Mola gələcək yoldaşından danışdı
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür
Azərbaycan əsgəri yeni tarix yazır
Kişiləri heyran edən qadın xüsusiyyətləri
"Azərbaycan regionda lider dövlətdir"
Rusiyanı gözəllik müsabiqəsində 4 uşaqlı ana təmsil edəcək - FOTO
- ŞƏRHLƏR