Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən reyhanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik.
Ətirli reyhan – Reyhanın çiçəklərində 0,3-1,5%, yaşıl yarpaqlarında isə 0,04-0,50% efir yağı vardır. Ən çox efir yağı bitki tam çiçək açdığı zaman toplanır. Efir yağının əsas komponentləri evgenol, metilxavikol, lina-lool, kamfora və osimendən ibarətdir. Toxumlarının tərkibində 12-19% piyəbənzər yağ maddəsi tapılmışdır. Reyhan yarpaqlarında bir sıra üzvi maddələr, 16,5% azotlu maddə, 4,75% yağ, 12,5% sellüloz, 8,7 mq% karotin, 150 mq% rutin, 6% aşı maddəsi, vitaminlər, flavonidlər, üzvi turşular, qatran, boyaq maddələri,
qlükozidlər, turş xassəli sapaninlər, şəkərli maddələr də vardır. Reyhanda olan boya maddələri – xlorofil, flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələr qanazlığına, mədə-bağırsaq və avitaminoz xəstəliklərinə müalicəvi təsir göstərir.
Reyhan qida ilə qəbul olunduqda mədənin həzm prosesinin fəaliyyətini artırır, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, qanın tərkib hissələrini normal vəziyyətdə saxlayır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır. Bundan əlavə, reyhan qarın köpməsinə, qıcolmaya, mədə soyuqdəymələrinin xroniki proseslərinə, mədə və sidik kisəsi ağrılarına, yaraların və eləcə də boğaz ağrılarına da müalicəvi təsir göstərir. Bizdə əkilən reyhan növünün tərkibində olan kamfora maddəsindən tibbdə yorğunluq nəticəsində əmələ gələn əsəb sarsıntılarında, təngnəfəslikdə, qan dövranı pozğunluqlarında, ümumi zəiflikdə və eləcə də ürək-damar, qızdırma, soyuqdəymə, sancmalar və s. kimi xəstəliklərin müalicəsində istifadə olunur.
Adi reyhan – ətirli və ədviyyəli xüsusiyyətə malik bitkidir. Onun tamı azca acımtıl, qısamüddətli şirintəhərdir. Reyhanın bir çox növləri xoş iyinə görə mixəyi və muskat qozunu xatırladır.
Tərəvəz xörəklərində – noxud, mərci, lobya, pomidor, kərəviz və s. ətir, dad vermək və vitaminlərlə zənginləşdirmək üçün reyhandan qatqı kimi istifadə edilir. Reyhan yayda hazırlanan bir çox xörəklərin – şorba, dovğa və s. tamlı və ləzzətli yeyilməsi üçün əlavə qatqı kimi də istifadə olunur. Onun yarpağı kölgəli, daim meh vuran yerdə qurudulur, narın toz halına salınır. Ağzı qapalı xüsusi tünd rəngli şüşə qablara doldurulur. Əsasən qış aylarında göy-göyərti azalan dövrdə xörəklərə əlavə olunur. Reyhan isti və işıqsevən bitkidir. Toxum vasitəsilə çoxaldılır. Hər hektar sahədən 180-200 sentner yaşıl xammal və yaxud 20-30 sentner quru kütlə məhsulu əldə edilir ki, bundan da 50-54 kq efir yağı alınır. Yaşıl kütlə kölgədə və yaxud 32-35° temperaturda xüsusi quruducu dolablarda qurudulur və su buxarı vasitəsilə qoyub efir yağı alınır. Bir hektardan 3-4 sentner toxum əldə olunur. Ətriyyat və kosmetika sahəsində reyhan cinsinin yevgenol növündən alınan efir yağından geniş istifadə edilir.
Yevgenol reyhan – Yaşıl kütləsindən efir yağı alınır. Efir yağının tərkibində 7%-ə qədər yevgenol, metilxavikol, kamfora və osimen maddələri vardır. Efir yağından alınan yevgenoldan xoş ətirli maddə kimi ətriyyat və yeyinti sənayesində geniş istifadə edilir. Yevgenol dezinfeksiyaedici vasitə olaraq dişin dibindən gələn xoşagəlməz qoxuları yox etmək üçün də işlədilir.
Nanəyarpaq reyhan – Meyvəsi dürd çılpaq uclu, qara rəngli fındıqçadan ibarətdir. 100 ədədinin çəkisi 0,5-0,8 qramdır. Bundan alınan efir yağının tərkibində 60-70% kamfora birləşmələri tapılmışdır. Reyhan cinsinin subtropik və tropik ölkələrdə xalq təsərrüfatı
əhəmiyyətli daha iki növünə – çılpaq və kilimancar reyhanına rast gəlinir. Çılpaq reyhanın hər hektar sahəsindən tərkibində 30-35% kamfora maddəsi olan 50 kq efir yağı alınır.
Kilimancar reyhanı – Bu, çox məhsuldar bitkidir. Yaşıl kütləsinin tərkibində 0,68-3,3% efir yağı saxlayır ki, onun da əsas hissəsini, yəni 70%-ni asan alınan kamfora maddəsi təşkil edir.
Müqəddəs reyhan – Efir yağının əsas tərkib hissəsini yevgenol maddəsi təşkil edir. Bundan ədviyyat və müalicə vasitəsi kimi istifadə edilir.
Yaşıl reyhan – Bundan alınan efir yağının tərkibindən 68%-ə qədər timol maddəsi tapılmışdır ki, bundan da zökəm, qızdırma, titrəmə və s. xəstəliklərə qarşı istifadə olunur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin
Bakı sakinlərinə şad xəbər
Dünya şöhrətli bakılı alim
"Bunun qarşısını ala bilməyəcəyik"
Polşada "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında" kitablar nəşr olunub
Dollarda qəfil ucuzlaşma
Bu restoranda ofisiant qızlar çimərlik geyimində gəzir - FOTO
Bakı bulvarında daha onları görməyəcəyik
Azərbaycanda VİP yas mərasimləri
Nazirlikdən xəbərdarlıq: "Diqqətli olun!"
Gəlinlik saç düzümləri
Yeni müharibə xəbərdarlığı
İmtahanlar yaxınlaşır, məzunlar isə...
“Google” mobil operator olmaq istəyir
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Rafet El Roman yenidən onunla evlənir? - FOTO
Suxarili salat (foto resept)
Uşaq otağı dizaynı
Ningen-qeyri-adi varlıq!
Məşhurları İlk Dəfə Belə Görəcəksiniz - FOTO
Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLDİ:VİDEO
Kükü (foto resept)
"Bunu adi tamaşaçı da hiss edir"
Zander (foto resept)
Orqanizmin düyü ilə təmizlənməsi
Evliliyin ən çətin və xoşbəxt illəri
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Köhnə pianodan xəzinə çıxdı
Bu 16 situasiya qadınları çox özündən çıxarır
Toxunma uşaq geyimləri
Bakıda ictimai nəqliyyatda "MasterCard"la ödəniş olunacaq
Onlar bir zamanlar sinələrdə parlardı...
2011-ci ilin ayaqqabı modelləri
Nurgül Yeşilçay Mert Fıratla tərəfli müqabili oldu
Azərbaycandan ABŞ-a etiraz
Ramazanın beşinci gününün duası
Səhər-səhər bunları qətiyyən yeməyin
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Cənnət qonşusu
Şuşada tapılan 32 illik hədiyyə hər kəsi duyğulandırdı - FOTO
Kökəlməyimizin 5 əsas səbəbi
Çöpçülər: Uşaqların dərdlərinin əlacı onlardadır?
Günün ulduz falı
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?
ABŞ Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Tekila içkisi haqqında
Küçə sənəti - 1
Azərbaycanda yeni telekanal açıla bilər
- ŞƏRHLƏR