Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən reyhanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik.
Ətirli reyhan – Reyhanın çiçəklərində 0,3-1,5%, yaşıl yarpaqlarında isə 0,04-0,50% efir yağı vardır. Ən çox efir yağı bitki tam çiçək açdığı zaman toplanır. Efir yağının əsas komponentləri evgenol, metilxavikol, lina-lool, kamfora və osimendən ibarətdir. Toxumlarının tərkibində 12-19% piyəbənzər yağ maddəsi tapılmışdır. Reyhan yarpaqlarında bir sıra üzvi maddələr, 16,5% azotlu maddə, 4,75% yağ, 12,5% sellüloz, 8,7 mq% karotin, 150 mq% rutin, 6% aşı maddəsi, vitaminlər, flavonidlər, üzvi turşular, qatran, boyaq maddələri,
qlükozidlər, turş xassəli sapaninlər, şəkərli maddələr də vardır. Reyhanda olan boya maddələri – xlorofil, flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələr qanazlığına, mədə-bağırsaq və avitaminoz xəstəliklərinə müalicəvi təsir göstərir.
Reyhan qida ilə qəbul olunduqda mədənin həzm prosesinin fəaliyyətini artırır, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, qanın tərkib hissələrini normal vəziyyətdə saxlayır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır. Bundan əlavə, reyhan qarın köpməsinə, qıcolmaya, mədə soyuqdəymələrinin xroniki proseslərinə, mədə və sidik kisəsi ağrılarına, yaraların və eləcə də boğaz ağrılarına da müalicəvi təsir göstərir. Bizdə əkilən reyhan növünün tərkibində olan kamfora maddəsindən tibbdə yorğunluq nəticəsində əmələ gələn əsəb sarsıntılarında, təngnəfəslikdə, qan dövranı pozğunluqlarında, ümumi zəiflikdə və eləcə də ürək-damar, qızdırma, soyuqdəymə, sancmalar və s. kimi xəstəliklərin müalicəsində istifadə olunur.
Adi reyhan – ətirli və ədviyyəli xüsusiyyətə malik bitkidir. Onun tamı azca acımtıl, qısamüddətli şirintəhərdir. Reyhanın bir çox növləri xoş iyinə görə mixəyi və muskat qozunu xatırladır.
Tərəvəz xörəklərində – noxud, mərci, lobya, pomidor, kərəviz və s. ətir, dad vermək və vitaminlərlə zənginləşdirmək üçün reyhandan qatqı kimi istifadə edilir. Reyhan yayda hazırlanan bir çox xörəklərin – şorba, dovğa və s. tamlı və ləzzətli yeyilməsi üçün əlavə qatqı kimi də istifadə olunur. Onun yarpağı kölgəli, daim meh vuran yerdə qurudulur, narın toz halına salınır. Ağzı qapalı xüsusi tünd rəngli şüşə qablara doldurulur. Əsasən qış aylarında göy-göyərti azalan dövrdə xörəklərə əlavə olunur. Reyhan isti və işıqsevən bitkidir. Toxum vasitəsilə çoxaldılır. Hər hektar sahədən 180-200 sentner yaşıl xammal və yaxud 20-30 sentner quru kütlə məhsulu əldə edilir ki, bundan da 50-54 kq efir yağı alınır. Yaşıl kütlə kölgədə və yaxud 32-35° temperaturda xüsusi quruducu dolablarda qurudulur və su buxarı vasitəsilə qoyub efir yağı alınır. Bir hektardan 3-4 sentner toxum əldə olunur. Ətriyyat və kosmetika sahəsində reyhan cinsinin yevgenol növündən alınan efir yağından geniş istifadə edilir.
Yevgenol reyhan – Yaşıl kütləsindən efir yağı alınır. Efir yağının tərkibində 7%-ə qədər yevgenol, metilxavikol, kamfora və osimen maddələri vardır. Efir yağından alınan yevgenoldan xoş ətirli maddə kimi ətriyyat və yeyinti sənayesində geniş istifadə edilir. Yevgenol dezinfeksiyaedici vasitə olaraq dişin dibindən gələn xoşagəlməz qoxuları yox etmək üçün də işlədilir.
Nanəyarpaq reyhan – Meyvəsi dürd çılpaq uclu, qara rəngli fındıqçadan ibarətdir. 100 ədədinin çəkisi 0,5-0,8 qramdır. Bundan alınan efir yağının tərkibində 60-70% kamfora birləşmələri tapılmışdır. Reyhan cinsinin subtropik və tropik ölkələrdə xalq təsərrüfatı
əhəmiyyətli daha iki növünə – çılpaq və kilimancar reyhanına rast gəlinir. Çılpaq reyhanın hər hektar sahəsindən tərkibində 30-35% kamfora maddəsi olan 50 kq efir yağı alınır.
Kilimancar reyhanı – Bu, çox məhsuldar bitkidir. Yaşıl kütləsinin tərkibində 0,68-3,3% efir yağı saxlayır ki, onun da əsas hissəsini, yəni 70%-ni asan alınan kamfora maddəsi təşkil edir.
Müqəddəs reyhan – Efir yağının əsas tərkib hissəsini yevgenol maddəsi təşkil edir. Bundan ədviyyat və müalicə vasitəsi kimi istifadə edilir.
Yaşıl reyhan – Bundan alınan efir yağının tərkibindən 68%-ə qədər timol maddəsi tapılmışdır ki, bundan da zökəm, qızdırma, titrəmə və s. xəstəliklərə qarşı istifadə olunur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Arıqlamaq istəyirsinizsə, nahar yeməyinizi...
"Ig Nobel" mükafatı
Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü
Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün qaydalar dəyişdirildi - Rəsmi
Azərbaycanda əsgərlərlə bağlı yeni qərar
Məktəbli forması nə üçün lazımdır?
Bu günün hava praqnozu
Fədakar dost
Aforizmlər
Microsoft-un yeni möcüzəsi
"Forbes" planetin yeni ən varlı qadınının adını açıqlayıb
Məşhur futbolçu koronavirusa yoluxdu
Müge Boz ana oldu-FOTO
"Yaşıl ada" salatı (foto resept)
Azərbaycanda yaşayan erməni əsilli qadın türkiyəli jurnalistlərə danışdı - VİDEO
Kəndlərimizdə inkubator cücələri bir-birini yeyir
Qadınlara yaraşan kişi geyimləri
Dövlət qulluğuna qəbul imtahanlarının vaxtı bilindi
Onlar xaricdən hər axşam şam yeməyi üçün Bakıya gəlirlər
Şagirdlərə qiymətlər belə yazılacaq - QƏRAR
Çanta deyil, daş yüküdür...
Azərbaycanda yeni yubiley medalı təsis edilib - FOTO
Tərəvəz güveç
Nazirlik Bakıdakı məşhur çimərliklərin bağlanmasını tələb etdi - AÇIQLAMA
İctimai rəydən niyə qorxuruq?
Bakıda "Röya adası" gerçək olur
Nazirlikdən əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ
Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?
Məşhur cütlük ayrıldı - FOTO
Kirayə yolu ilə mənzilləri necə əldə etmək olar? - Ekspert BÜTÜN DETALLARI AÇDI (VİDEO)
Burak Özçivit əməliyyat olunacaq
Whatsapp" istifadəçiləri diqqət!
Kabaklı toyuq ətli kotletlər (foto resept)
Günün qoroskopu:Bədxərclik etməyin!
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
İmmunitetə nəzarət etmək olar?
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 347 yeni yoluxma
Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu
Lindsi Lohan otel açdı-FOTO
Üz dərisi üçün gimnastika
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Zəngin tərkibli piroq (foto resept)
Məşhur aktrisa həbs olundu-FOTO
Övladlarını məktəbə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ
Evinizdə bahar enerjisini artırmağın yolları
Nazirlikdən orta məktəblərdə yeniliklə bağlı açıqlama
Riyaziyyat və din arasındakı körpü - 3
Dərisi gözəl olan qadının…
Yeni il üçün qapı çələngləri
Şokoladlı-armudlu piroq (foto reset)
- ŞƏRHLƏR