Baş ağrısıyla mübarizə etmək üçün dərhal dərmandan istifadə etməyin. Əvvəlcə təbii yolları yoxlayın, keçməsə, həkimə müraciət edin.
Baş ağrısı bəzən bütün bir gününüzü məhv edə bilər. Yuxusuz, əsəbi, stresli bir gündə əhvalınızı pozan bir şey olduğu zaman baş ağrısı əmələ gəlir. Sadə baş ağrısı daha çox stress, hava dəyişikliyi, təzyiq və qanda oksigen miqdarının azalmasından irəli gəlir. Ən çox əsəbi ağrılar kimi tanınan, gərgin mühitdən və stressdən irəli gələn gərginlik tipli baş ağrıları da olur. Boyundan və ya alın bölgəsindən başlayan ağrı yuxarıya doğru çıxaraq bütün başı əhatə edər.
Baş ağrılarını ciddi qəbul edib həkimə müraciət etmək lazımdır. Çünki baş ağrısı bədəninizdə hansısa problemin olmasına işarədir. Əks təqdirdə baş ağrınız ciddi bir problemə çevrilə bilər.
Qaranlıq və səssizlik
Stresdən yaranan baş ağrıları ilə mübarızə aparmağın ilk yolu kimi ağlınıza dərhal ağrı kəsici dərman içmək gəlməsin. Çünki ağrıya qalib gəlməyin təbii yolları var. Əgər ağrınız miqren ağrısıdırsa, qaranlıq və səssiz bir otaqda yatmaqla ağrını azaltmağa cəhd edin.
Açıq havada gəzin
Stress və gərginlikdən uzaq bir mühitdə istirahət etməyə çalışın. Olduğunuz yerin havasının təmiz olmasına diqqət yetirin. Ağrıya görə işığa qarşı həssaslığınız artıbsa, qaranlıqda istirahət edin. Özünüzdə güc hiss edirsinizsə, açıq havada gəzməklə ağrını aradan götürün.
Masaj
Gicgahınızı qaşlarınızın arasından alnınıza doğru və burun deşiklərinin üstündən başlayaraq göz kənarlarına doğru masaj edin.
İsti duş
İsti duş bədəninizdə rahatlıq hissi yaradacaq. Duş qəbul etmək istəməsəniz, ayaqlarınızı isti su ilə dolu ləyənə salın. Arxasınca su ilıq olana qədər soyuq su əlavə edin. Ayaq duşundan sonra corab geyinin və uzanıb dincəlin. Bu şəkildə beyində yüksələn qan axını ayaqlara ötürülə və baş ağrısı keçə
bilər.
Soyuq kompres
Bir dəsmalı soyuq su ilə isladaraq və ya paketə buz qoyaraq başınıza soyuq kompres edin.
Dərman
Ağrıkəsici istifadə etməmişdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Hər ağrı zamanı dərmandan istifadə etməyi vərdiş halına gətirsəniz, bir müddət sonra dərman ağrıları əmələ gələr. Yəni dərmandan asılı olduğunuz üçün dərman içməsəniz, ağrılar əmələ gələr. Buna görə də mümkün olduğu qədər ağrıkəsicidən az istifadə etmək lazımdır.
Tez-tez təkrarlanan və uzun müddət davam edən baş ağrısından şikayətiniz varsa, sağlamlıqla əlaqədər hər mövzuda olduğu kimi bu vəziyyətlə də əlaqədar həkimə müraciət etmək ən yaxşı seçimdir.
Qida mütəxəssisləri banan, makaron və balıq yağının baş ağrısına yaxşı təsir göstərən qidalar olduğunu deyirlər. Əlavə olaraq acı qəhvəyə bir-iki damla limon suyu qarışdıraraq içmək də baş ağrısına yaxşı təsir göstərir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sağlamlığımızı alan səslər
Lətifələr
Dilan Çiçek kökəlmək üçün bunu da etdi-FOTO
Mehriban Əliyeva soyqırımı qurbanlarını andı - FOTO
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Qar uçqunu 216 adamı öldürüb
Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi
Bakıda keçirilən Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq
Nüsrət bu dəfə Brus Uillis üçün bişirdi-FOTO
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Qəbilə aforizmləri
Ən uyğun vaxtı bilək
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Məşhur aparıcı övladını itirdi
Dodaqlar
Ronaldu bir qolla iki yeni rekorda imza atdı
Avatarlar 1-ci hissə
Yalançı adamı necə tanımaq olar?
Bir fincan "Coca-cola"nın orqanizmə zərərləri
Azərbaycanın daha bir incisi
Kristiano Ronaldo BMT-nin xeyriyyə fonduna 600 min avro ianə edib
Saç düzləşdirilməsinin üsulları (2)
"Ailə qurmayın" - Tanınmış bəstəkardan qızlara məsləhət
Qeyri-adi turp
Sürmə çəkməyin asan üsulları
5 real həyat hekayəsi
Məşhur müğənni ifa zamanı səhnədən yıxıldı - FOTO/VİDEO
Bu dərdi biganə anlamaz!!!
İsveç şahzadəsi xəstəxanada işə başladı-FOTO
Alişanın qeyri-adi toy dəvətnaməsi-FOTO
Çətin xarakterli insanlarla yola getməyin yolları
Bacısı Bergüzar Korel haqqında DANIŞDI
Hər kəs Hadisəni qınadı-SƏBƏB
"Qanlı Yanvar" həqiqətləri
Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı
Nyu York moda həftəsində qeyri-adi trendlər
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Tibbdə möcüzə reallaşır: İnsan başı…
Berkay AÇIQLAMA VERDİ
Düzgün makiyaj üçün 20 qızıl qayda
Günün ulduz falı
Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq
Rəqəmsal dünya - Estoniya birinci, Türkiyə isə ...
İbrət götürməli olduğumuz kəlamlar
Gmail-də daha bir yenilik
Xarakterin necədir?
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Gülməli heyvanlar
“Instagram” öz messencerini sınaqdan keçirəcək
- ŞƏRHLƏR