İnkişaf etmiş ölkələrdə infeksion xəstəliklər artıq ölüm mənbəli sayılmır. Ona görə həmin ölkələrdə insanların ömrü xeyli uzanaraq 76-ya çatıb. Ancaq yaş artdıqca ürək-damar və xərçəng xəstəliklərinin təhlükəsi artır. Hazırda qərb ölkələrində ölənlərin demək olar ki, 2/3 hissəsi məhz bu xəstəlikdəndir.
Ürək və qan damarlarının zədələnmələri inkişaf etmiş ölkələrdə ölümə səbəb olan əsas amildir. Statistik olaraq hesablanıb ki, vaxtından əvvəl ölən xəstələrin 40 %-i belə xəstələrdir. Bu qrupun iki əsas patologiyası məlumdur: ürəyin işemik (koronar) xəstəliyi və insult.
Hər gün 300-400 ingilis infarktdan və insultdan dünyasını dəyişir. Hazırda Qərb ölkələrində ürək-damar xəstəliklərini "müasir epidemiya" adlandırırlar. Yayılmasına görə, həqiqətən, ürək-damar xəstəlikləri keçmişdə tüğyan edən hər hansı infeksion xəstəliklə müqayisə oluna bilər.
1992-ci ildən İngiltərə höküməti ürək-damar xəstəliklərinə qarşı mübarizə proqramı hazırladı. Həmin proqramın həyata keçirilməsi üçün ürək-damar patologiyasının daha effektli strategiyası və profilaktikası araşdırılır. Son illər 65 yaşadək ölənlər arasında belə xəstələrin az olması işin uğurlu nəticəsindən xəbər verir.
Ürək-damar xəstəliklərindən daha geniş yayılanı aterosklerozdur. Bu xəstəlik arteriyanın daxili divarında tərkibində yüksək faizli xolesterol olan yağ çöküntülərinin toplanması ilə başlayır. Sonra bu yağ damlalarında kalsiumun yığılması hesabına möhkəmlənir, sarı yağ zolaqları sıxlaşır ki, bunlar (arteroskleroz) da aterosklerotik düyün və yaxuf ateroça adlanır.
Bu düyünlər arteriyanın mənfəzini daraldır, bəzən isə tam tuta bilir. Belə hallara aortada və ürəyi qidalandıran tac damarlarında tez-tez rast gəlinir. Yağ dənələri damarın hamar endotelisini kələ-kötür etməklə qanın damardaxili laxtalanmasını da stimullaşdırır. Nəticədə yerli tromb əmələ gəlir. O isə bəzən elə ölçüyə çatır ki, arteriyanı tam tuta bilir. Bi tromboz adlanır. Əgər tromb damar divatından qopub qan dövranına qoşularsa, onda qanla hərəkət edərək bədənin digər yerində daha kiçik damarları qapayaraq tromboembolilaya səbəb olur.
Arteriya divarında ateron inkişaf etdikcə damardaxili təzyiq nəticəsində yerli qabarma-anervizm əmələ gəlir. Anervizm partlaması isə daxili qanaxmaya səbəb olur. Arteriyalarda qanın nəql olunması çətinləşdikcə onların qidalandırdığı toxumalarda oksigen çatışmazlığından əziyyət çəkir, nəticədə həmin toxuma, eləcə də onun təşkil etdiyi orqan normal fəaliyyət göstərə bilmir, hətta məhv olur. Əgər ürək əzələsinin bir hissəsi məhv olursa, bi miokard infarktı, baş beyin arteriyasının analoji pozğunluğu isə insult (iflic) adlanır. İnsult çox ağır nəticələr verir. Belə ki, oksigen çatışmazlığından baş beynin böyük yarımkürələrinin normal fəaliyyəti pozulur, yəni beynin o sahəsində şüur, bir sıra funksiyalar, o cümlədən nitq, hərəkətlərin koordinasiya mərkəzləri fəaliyyət göstərmir. Miokard infarktı və insult tez-tez insanların ölümünə səbəb olur. Əzələyə lazımi miqdarda qanın gəlməməsi güclü ağrıya və yaxud kəskin yığılmaya-spazmaya səbəb olur. Belə hal ürək əzələsində baş verərsə, stenokardiyanın olmasını göstərir. Stenokardiya ağrılarına yüngül, hətta çox sadə fiziki hərəkət, pilləkənlə qalxmaq belə səbəb ola bilir.
Beləliklə, ürəyin işemik xəstəlikləri iki əsas formada təzahür edir: stenokardiya və miokard infarktı inkişaf etmiş ölkələrdə letal nəticənin təqribən yarısı ürək tutmalarının bir saatında baş verir. Bunun qarşısını vaxtında almaq və ürək fəaliyyətini bərpa etmək üçün təcili yardım maşınları reanimasiya təhcizatı, eləcə də müxtəlif dərman preparatları ilə təmin olunmalıdır.
İnsanlard aterosklerozun inkişaf etməsi müxtəlif amillərdən asılıdır. Bunlardan düzgün qidalanmamaq, hipertenziya (yüksək arterial təzyiq) və siqaret çəkmək xüsusi qeyd olunmalıdır.
Ürək-damar xəstəliklərini müalicə etmək üçün müxtəlif metodlardan, dərman preparatlarından və texniki cihazlardan istifadə olunur. Bunlardan biri ürək ritmi pozulan zaman istifadə olunan kardiostimulyatordur. Bu qurğu iki əsas blokdan ibarətdir: qidalandırıcı mənbəyi olan elektron generatoru və ondan ürəyə doğru gedən, ucunda elektrodu olan bir-iki naqil (sim). Kardiostimulyatorlar daimi və müvəqqəti olur. Əgər tənzimləyici uzunmüddətli tələb olunursa, onda bu cihaz xəstənin dərisi altına yerləşdirilir. Kardiostimulyatorun elektron bloku 30-130 q çəkisi olan kiçik metal qutucuqdur. Qida mənbəyi litiuç batareyasıdır ki, onun da işləmə müddəti 15 ildir.
Əgər ürək xəstəliyini dərman preparatları və yaxud hansısa digər yollarla müalicə etmək mümkün deyilsə, xəstənin vəziyyəti çox ağırdırsa, onda müalicə yolu kimi ürək transplantasiyası əməliyyatı aparılır.
İlk dəfə olaraq 1967-ci ildə Cənubi Afrika respublikasında insan üzərin ürək transplantasiyası əməliyyatı aparıldı. Əvvəllər pasientin yaşama qabiliyyəti çox aşağı olmuşdu, lakin dərman preparatlarının və texniki təhcizatın təkmilləşməsi nəticəsində transplantantın ömrü xeyli artmışdır və indi beş ildən çoxdur. Qeyd etməliyik ki, hazırda ürək köçürməsi əməliyyatı tez-tez aparılır, ancaq bu işdə əsasproblem uyğun donorun tapılmasıdır.
C.Ə.Nəcəfov
XƏBƏR LENTİ
Ərdoğan məşhur aşpazın qonağı oldu
Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ
İstifadəçi fəaliyyətinə kömək
Payız aylarında izləyə biləcəyiniz filmlər
Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər
İşinizdən razısınızmı?
Mitinq çağırışı edən saytlar bağlanacaq
Məşhur aktrisa öldü-FOTO
Azərbaycanın əməkdar artisti vəfat etdi
Pəhriz məhsulları iştah açırmı?
Daşların sirrini bilirsinizmi?
Ev pişiklərinə rahatlıq
Qu quşunun hazırlanması
Şokoladlı şarlot (foto resept)
Ekran qarşısında çox vaxt keçirən uşaqlar üçün idman
Azərbaycana qar yağır
Möhtəşəm yüz il - hər şey olduğu kimi
"Kaş ki..." deyən Qadın.Netlilər
Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb
Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT
Ermənistan Vəkillər Palatasının sədri: “Paşinyan getməlidir və gedəcək”
Məşhur aktrisa qorxunc qəza keçirdi-FOTO
Messiyə 500 milyon avroluq təklif gəldi
Bu il manat ən azı 10% ucuzlaşacaq
Qat-qat xəmirdən pendirli piroq (foto-resept)
Ölkənin ən balaca çobanı odur
Evdə şokolad sousu (video-resept)
Ayaqları incəldən corablar ixtira edildi-FOTO
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
"Facebook"dan maraqlı yenilik
Azərbaycanda zəlzələnin gözlənildiyi bölgələr açıqlandı - SİYAHI
Çuğundur və gavalı salatı (foto resept)
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
Azərbaycanın kənd təsərrüfatı sığortalanacaq?
Bürclərin ən çox QISQANILAN cəhətləri
Yay üçün ayaqqabılar
Xərçəngin müalicəsi tapıldı
Sevən kişinin xüsusiyyətləri
Üzünüzə uyğun eynək hansıdır?
Doğuş zamani ağrisizlaşdirma
Günün qoroskopu: insanlara fikir verin
Günün ulduz falı - 09.01.2014
Nar suyundakı möcüzələr
İnsanların xoşbəxt olduğu 10 şəhər
"Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar - FOTO
Sıla Ziynet Salı ilə barışdı
Seda Sayan geyimi ilə diqqət çəkdi-FOTO
Küncütdən konfet (foto resept)
Qaşlarınızı qalınlaşdıracaq 5 vasitə
Azərbaycan üçün YENİ REKORD - 63 ölkəyə vizasız səfər mümkün oldu
- ŞƏRHLƏR