Pul xərcləmədən, idman zalında saatlarla əziyyət çəkmədən artıq kilolardan azad olmaq istəyənlər, sürətli gəzişi sınaqdan keçirin.
Sürətli gəziş qan dövranını yaxşılaşdırır və onu tənzimləyir. Ürək əzələləri daxil olmaqla bütün əzələləri gücləndirir, damarlarda tıxac əmələ gəlmə və ürək infarktı riskini azaldır. Sürətli gəziş maddələr mübadiləsini sürətləndirir, mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır: qəbzlik, bağırsaq spazmları və qaz kimi problemləri aradan qaldırır. Bu sadə idman növü zehni fəaliyyəti və ağciyərin fəaliyyətini gücləndirir, yuxunu normallaşdırır və yaşlanma prosesini zəiflədir.
Sürətli gəzişlə məşğul olduğunuz zaman yüngül paltar və rahat ayaqqabı geyinin. Hansı idmanı etməyinizdən asılı olmayaraq başlanğıcda isinmə və sonda dartınma hərəkətlərini etməyi unutmayın. Beləliklə, əzələ qıcolması və ağrıların qarşısını almış olacaqsınız.
Gəzişə aşağı sürətlə başlamaq, tədricən sürəti artırmaq və sonda yenidən aşağı sürətlə bitirmək lazımdır. Artıq çəkidən qurtulmaq istəyənlər həftənin 4-5 günü (bir gün dincəlmək vacibdir) gündə ən azı 40 dəqiqə gəzməlidirlər. Gəzməyə boş mədə və ya çox yüngül yedikdən yarım saat sonra çıxmaq lazımdır. Yeriyərkən beli düz tutmaq vacibdir, çox böyük addımlar atmaq lazım deyil. Gəzərkən qarın əzələləri içəri salınmalıdır. Rutin yeriməyə bədən zamanla öyrəşir və reaksiya vermir. Ona görə də gəzişin müddətini və sürətini artırmaq lazımdır.
Qeyd
• Şəkərli diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər sürətli gəzişlə məşğul olmaqdan əvvəl həkimlə məsləhətləşməlidir.
• Çox isti havada gəzmək olmaz.
• Ağır yeməkdən sonra sürətli gəzmək olmaz; ürək-damar və arterial təzyiq problemləriniz varsa, aşağı sürətlə gəzin.
• Arıqlamaq üçün sürətli gəzərkən bədəni sarımaq olmaz.
• Gəzişdən əvvəl və sonra su içmək lazımdır.
Günel
XƏBƏR LENTİ
Bu günün hava proqnozu
Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Azərbaycanlı boksçu növbəti döyüşünə hazırlaşır
Sağlam və ağ dişlər üçün tövsiyələr
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Hind üsulu ilə baş masajı (I hissə)
Narsizmdə qoruyucu və adaptiv proseslər
Azərbaycanlı koronavirus əleyhinə dərman hazırladı - FOTO
Pendirli poğaça (foto-resept)
Sila və Hazer ilk dəfə -FOTO
Leyla Əliyevadan yeni şeir
Şəhzadə Diananın gəlinləri onun tərzində
Balamı axtarıram
Partlayışın TƏFƏRRÜATI - Hərbçilər silah götürmək məqsədilə zavoda daxil olarkən...
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Evdə hazırlanan bədən spreyi
Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir
İslandiyada buzlaq əriyərək yox oldu
"Yaxın vaxtlarda yeni binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur"
Sağlam həyat üçün 21 üsul
Özcanla Mahsun Kırmızıgül övladları ilə _FOTO
Həccə 9 min km piyada getdi
Milçəklər ən çox hansı qan qrupunu sevir?
Quru və çat dabanı necə nəmləndirməli?
Damla şokoladlı bisküvit (foto resept)
Bu beynin 2600 yaşı var
Gündə ən az 5 ədəd zeytun yesəniz..
Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı – RƏSMİ
"Yaxşı davranışa görə" sürücülük vəsiqəsi qaytarıla bilər
Bakıya 3D printerlər gətirilir
Düz qarın üçün qidalar
Bekhem son 3 ayda 6 sevgili dəyişdi
Yaxşı evdar xanımsınızmı?
Yeni il tortları
Rövnəq Abdullayev: "Çinin Milli Neft Korporasiyası OGPC layihəsinə payçı kimi qoşula bilər"
Ən sürətli 4G şəbəkəsi işə salınıb
Bəzi məsləhətlər
Kraliçanın geyimi diqqət çəkdi-FOTO
Rəcəb Tayyib Ərdoğan: “Bu səhər qardaşım İlham Əliyevlə danışdım” - VİDEO
Bakıda şimal küləyi əsəcək
Çəkdiyi krem dərisini yandırdı-FOTO
1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı
Prezident İlham Əliyev Belarusda səfərdədir
29 fevralın tarixi və sirri
Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriblər
Türkiyə pilotsuz təyyarələr üçün mühərriklər istehsal edəcək
Kubilay karantin günlərindən danışdı
Tatar çakçakı (foto resept)
Not ilk dəfə kim tərəfindən yaradıldı?
Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi
- ŞƏRHLƏR