Hardandı səndə bu cazibə, gülüm,
bu lətafət, bu incəlik?
Niyə hamı kimi deyilsən axı sən
nədəndi səndə bu qəribəlik?
Məsələn, elə gözəl ağlayırsan ki
ağlatsammı bir də?
-qəddar-qəddar düşünürəm hərdən.
Elə gözəl darıxırsan ki, gülüm,
adam çıxmaq istəmir gizləndiyi yerdən.
Elə qəşəng qaçırsan ki, nazlı-nazlı
vallah, qovmağı gəlir adamın.
Fikir vermişəm
əllərin səndən qabaq qaçır sən qaçanda
gözlərin həyəcanlı;
sağa-sola baxırsan hürkmüş ceyran kimi
aldadıcı olur gülüşlərin şeytan kimi.
Elə məsum təslim olursan ki,
yenə qaçsa, yenə tutsam keçir könlümdən.
Elə dəlicəsinə axtarırsan ki, adamı
tez - tez əlindən düşmək,
tez-tez itmək istəyirəm;
elə bərk-bərk qucaqlayıb saxlayırsan ki,
heyran qoyursan məni;
qalmaq istəyə-istəyə getmək istəyirəm.
Səninlə yaşamaq istəyirəm
səninlə gülmək istəyirəm;
bu ölümlü-itimli dünyada
öləndə də həsrətindən ölmək istəyirəm
Yox, yox, haşiyəyə çıxdım,
lütfən cavab ver
mən bilmək istəyirəm:
axı sən niyə beləsən?...
Dünya ilə insan tərs mütənasibdilər;
insan böyüdükcə dünya kiçilir.
Məsələn, 7 –ci mərtəbənin pəncərisindən
çox kiçik görünür küçədəki adamlar;
sürətlə yürüyürlər baxmadan sağına-soluna,
ağına-qarasına
qarışqalar kimi,
sanki nəsə daşıyır hərə öz yuvasına...
Siqaretin tüstülənir,
sən də düşünürsən:
Bu işıqforda dayanan qarışqa boyda ağ saçlı dayının
görəsən neçə dəfə düşüb əlindən
yuvasına aparmaq istədiyi ümidi?
...Hardan biləsən?
Ponti Pilat İsa (ə) –dan soruşdu:
- həqiqət nədir?
İsa (ə) susdu...
İnsan dünyadan çox böyükdür əslində
Yəqin ki, bunun üçün “sığmırdı bu cahana Nəsimi”.
Sadədəcə, dedim axı
onlar tərs mütənasibdilər;
dünya böyüdükcə gözündə,
insan kiçilir qarışqa kimi...
İlqar Kamil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Seray Kaya imicini dəyişdi
Bakıda yeni tikinti qadağası
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 248 yeni yoluxma - RƏSMİ
Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Doğuşdan sonra qadın sağlamlığı
Saç düzümləri
Körpə ilə tətilə çıxmaq
Dəbli kişi ayaqqabıları
Müsəlman təqviminin aylarının adı nədir?
Ştrudi Rus şirniyyatı
Nusret klipə çəkildi - VİDEO
"Qiymət siyasətinə yenidən baxın"
Temperatur enir - Sabahın HAVAsı
Günün ulduz falı - 12.02.2014
Xanımlarımız üçün maşınlar
Kafkanın 12 qadını (2)
Qazıntılar nazirliyi hövsələdən çıxardı
Alimlərdən dəhşətli virusla bağlı AÇIQLAMA
Avropa çempionatı bu ölkədə keçiriləcək
Yaddaş itkisi və əlamətləri
Avroparlamentdən Dağlıq Qarabağ AÇIQLAMASI: "Brüssel narahatdır"
7 ildir gəmidə yaşayır
Ronaldo oğlunu kubokla vurub - VİDEO
Kiçik çillə bitdi
2015-ci ildə hər səkkiz uşaqdan biri...
Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan əhaliyə XƏBƏRDARLIQ - FOTO
Türkiyədən bizə başsağlığı
"Rossiya 24" telekanalında Mehriban Əliyevaya həsr olunmuş film nümayiş etdirilib
“Diriliş Ərtoğrul”un FİNAL tarixi bəlli oldu - FOTO
İllər üzrə 2017-nin PROQNOZU: Xoruz ilində bizi nə gözləyir?
Uşaq tərbiyəsində - 7 MƏQAM
2020-ci il hansı bürclərə düşərli olacaq?
Həkimlərə robotlar kömək edəcək
Daun sindromlu model beynəlxalq gözəllik müsabiqəsinin qalibi oldu-FOTO
Ermənilər Gəncəni atəşə tutdu: 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO
Müdafiə Nazirliyi: Ordumuzda qan ehtiyatları ilə bağlı heç bir problem yoxdur
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
HAVA necə olacaq?
Xoşladığımız yeməklər və xasiyyətimiz
Bakıda satılan qəribə "kukla"-VİDEO
HP yeni noutbukunu göstərdi
Əhaliyə xəbərdarlıq olundu - Güclü istilər...
Azərbaycanda yeni virusa yoluxan mal-qaranın 95 faizi sağalıb
Elman erməniyə qan uddurdu
"Prezidentin cəbhə bölgəsinə getməsi ciddi mesajdır"
Azərbaycana qar yağdı - 22 sm
İlk "5G" zəngi baş tutdu
Göyərtili-pendirlı qızartma börək (foto-resept)
Paşinyan hansı dünya liderlərinə neçə dəfə zəng edib? - SİYAHI
- ŞƏRHLƏR