Hardandı səndə bu cazibə, gülüm,
bu lətafət, bu incəlik?
Niyə hamı kimi deyilsən axı sən
nədəndi səndə bu qəribəlik?
Məsələn, elə gözəl ağlayırsan ki
ağlatsammı bir də?
-qəddar-qəddar düşünürəm hərdən.
Elə gözəl darıxırsan ki, gülüm,
adam çıxmaq istəmir gizləndiyi yerdən.
Elə qəşəng qaçırsan ki, nazlı-nazlı
vallah, qovmağı gəlir adamın.
Fikir vermişəm
əllərin səndən qabaq qaçır sən qaçanda
gözlərin həyəcanlı;
sağa-sola baxırsan hürkmüş ceyran kimi
aldadıcı olur gülüşlərin şeytan kimi.
Elə məsum təslim olursan ki,
yenə qaçsa, yenə tutsam keçir könlümdən.
Elə dəlicəsinə axtarırsan ki, adamı
tez - tez əlindən düşmək,
tez-tez itmək istəyirəm;
elə bərk-bərk qucaqlayıb saxlayırsan ki,
heyran qoyursan məni;
qalmaq istəyə-istəyə getmək istəyirəm.
Səninlə yaşamaq istəyirəm
səninlə gülmək istəyirəm;
bu ölümlü-itimli dünyada
öləndə də həsrətindən ölmək istəyirəm
Yox, yox, haşiyəyə çıxdım,
lütfən cavab ver
mən bilmək istəyirəm:
axı sən niyə beləsən?...
Dünya ilə insan tərs mütənasibdilər;
insan böyüdükcə dünya kiçilir.
Məsələn, 7 –ci mərtəbənin pəncərisindən
çox kiçik görünür küçədəki adamlar;
sürətlə yürüyürlər baxmadan sağına-soluna,
ağına-qarasına
qarışqalar kimi,
sanki nəsə daşıyır hərə öz yuvasına...
Siqaretin tüstülənir,
sən də düşünürsən:
Bu işıqforda dayanan qarışqa boyda ağ saçlı dayının
görəsən neçə dəfə düşüb əlindən
yuvasına aparmaq istədiyi ümidi?
...Hardan biləsən?
Ponti Pilat İsa (ə) –dan soruşdu:
- həqiqət nədir?
İsa (ə) susdu...
İnsan dünyadan çox böyükdür əslində
Yəqin ki, bunun üçün “sığmırdı bu cahana Nəsimi”.
Sadədəcə, dedim axı
onlar tərs mütənasibdilər;
dünya böyüdükcə gözündə,
insan kiçilir qarışqa kimi...
İlqar Kamil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ərdoğan məşhur aşpazın qonağı oldu
Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ
İstifadəçi fəaliyyətinə kömək
Payız aylarında izləyə biləcəyiniz filmlər
Avtomatlaşdırma 800 milyon insanı işsiz qoya bilər
İşinizdən razısınızmı?
Mitinq çağırışı edən saytlar bağlanacaq
Məşhur aktrisa öldü-FOTO
Azərbaycanın əməkdar artisti vəfat etdi
Pəhriz məhsulları iştah açırmı?
Daşların sirrini bilirsinizmi?
Ev pişiklərinə rahatlıq
Qu quşunun hazırlanması
Şokoladlı şarlot (foto resept)
Ekran qarşısında çox vaxt keçirən uşaqlar üçün idman
Azərbaycana qar yağır
Möhtəşəm yüz il - hər şey olduğu kimi
"Kaş ki..." deyən Qadın.Netlilər
Leyla Əliyevanın əl işi xeyriyyə hərracına çıxarılıb
Bu səhvi hər gün dəfələrlə edirik - MƏSLƏHƏT
Ermənistan Vəkillər Palatasının sədri: “Paşinyan getməlidir və gedəcək”
Məşhur aktrisa qorxunc qəza keçirdi-FOTO
Messiyə 500 milyon avroluq təklif gəldi
Bu il manat ən azı 10% ucuzlaşacaq
Qat-qat xəmirdən pendirli piroq (foto-resept)
Ölkənin ən balaca çobanı odur
Evdə şokolad sousu (video-resept)
Ayaqları incəldən corablar ixtira edildi-FOTO
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
"Facebook"dan maraqlı yenilik
Azərbaycanda zəlzələnin gözlənildiyi bölgələr açıqlandı - SİYAHI
Çuğundur və gavalı salatı (foto resept)
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
Azərbaycanın kənd təsərrüfatı sığortalanacaq?
Bürclərin ən çox QISQANILAN cəhətləri
Yay üçün ayaqqabılar
Xərçəngin müalicəsi tapıldı
Sevən kişinin xüsusiyyətləri
Üzünüzə uyğun eynək hansıdır?
Doğuş zamani ağrisizlaşdirma
Günün qoroskopu: insanlara fikir verin
Günün ulduz falı - 09.01.2014
Nar suyundakı möcüzələr
İnsanların xoşbəxt olduğu 10 şəhər
"Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar - FOTO
Sıla Ziynet Salı ilə barışdı
Seda Sayan geyimi ilə diqqət çəkdi-FOTO
Küncütdən konfet (foto resept)
Qaşlarınızı qalınlaşdıracaq 5 vasitə
Azərbaycan üçün YENİ REKORD - 63 ölkəyə vizasız səfər mümkün oldu
- ŞƏRHLƏR