Gedirəm
Gedirəm, sən mənsiz qal, qoca dünya,
Bilməm niyə gəldim, niyə gedirəm?
Ömrümü eylədin dar vaca, dünya,
Elə dünya deyə-deyə gedirəm.
Yaşaya-yaşaya az vermədik can,
Yerdə qalmaz bu tökülən nahaq qan.
Dövran düzələcək, bilmirəm haçan?
Qanmazlara söyə-söyə gedirəm.
Min sualdan birinə yoxsa cavab
Bu qəmi-möhnətə kim gətirər tab?
Zülfüqar, dövranla qaldı haqq-hesab
Baş-gözümə döyə-döyə gedirəm.
Yaraşır
Köhnəni geyindim, ay oğul, bu gün,
Dedilər, gör sənə necə yaraşır!
Qəlbimdən açıldı sanki bir düyün
Tənhalıq nadana, gicə yaraşır.
Sənsən havadarım, arxam, dayağım,
Zülmət qaranlıqda yanan mayağım.
Gözlərim görməyir, getmir ayağım,
Sənə gündüz, mənə gecə yaraşır.
Arxanca qürurla baxdım keçəndə
Üz tutdum şəhərə, söykəndim kəndə.
Zülfüqar, çox arzum var son bələnfə
Müdriklik, ağıl da gücə yaraşır.
Açıq süfrə olsa insan ürəyi,
Aqili, nadanı seçmək olarmı?
Tapdayıb haqq-sanı, duzu, çörəyi
Ürək sirdaşından keçmək olarmı?
Dağ səfalı olmaz duman olmasa,
Yaxşı bilinərmi yaman olmasa?
İman sahibində iman olmasa,
Ondan şərbət alıb içmək olarmı?
Zülfüqar, hər şeyin var öz çəpəri,
Susuz dəyirmanın fırlanmaz pəri.
Yükləyib karvana ləli-gövhəri
Bu fani dünyadan köçmək olarmı?
Öləmmirəm
Həsrət qaldım yaylaqlara,
Ömür düşdü boran, qara.
Badi-səba, yetir yara
Gözləməsin, gələmmirəm.
Artıq hey yoxdur canımda,
Qəm, qüssədir dərmanım da.
Dilənirlər dörd yanımda
Peşəm deyil, dilənmirəm.
Aqil ağlar, nadan gülər,
Dərd çəkənlər qəmdən ölər.
Bu dünyada olur nələr,
Dərk eyləyib biləmmirəm.
Yazıq gözüm nələr gördü,
Çox hicrana sinə gərdi.
Bəşər boyda belə dərdi
Heç kəs ilə böləmmirəm.
Zülfüqarı çəkdi dara
Qəlbi oldu para-para.
Bir ölümə qalıb çara,
Əcəl gəlmir, öləmmirəm.
Müəllif: Zülfüqar Zülfüqarov
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? -5 APREL
Peyğəmbərimiz meraca haradan, yəni kimin evindən getmişdi?
Məşhur idmançı “Survivor”dan ayrıldı-SƏBƏB
İdxaldan asılı olan məhsulların adı
Hikmətli sözlər
Hadisədən Ozan Güvən qalmaqalına sərt reaksiya
İsti havalarda tərlətməyən saç modelləri
Faciədən son anda xilas oldular – VİDEO
Prezidenti İlham Əliyev bir qrup şəxsi “Şöhrət” ordeni ilə təltif edib
Hamilələr üçün vacib qidalar
Cessika Simpson növbəti dəfə ana olacaq-FOTO
Xocalı soyqırımından 28 il ötür
Ebola virusu qadağaya səbəb oldu
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
Yay fəslinin gəlmə vaxtı açıqlandı
Yuxusuzluğun sağlamlığa mənfi təsirləri
HAVA necə olacaq?
Bütün Dünya 10 aprel konfransını gözləyir
HAVA necə olacaq?
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (4)
Aslı Enver yenidən ekranlara qayıdır
Hadise ən böyük arzusunu reallaşdırdı-FOTO
Bakı bulvarı Yeni ili necə qarşılayacaq?
Məşhur aktrisa əməliyyat olundu-SƏBƏB
Sizin gözləntiləriniz, əhvalınız və sağlamlığınız (Test)
Yüksək reytinq = Daha çox qazanc!
Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək
Azərbaycanda qızın mədəsindən çıxanlar həkimləri HEYRƏTLƏNDİRDİ
Cəbhə xəttində yaşanan gərginliyə görə bütün məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşür
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 233 yeni yoluxma
Messi dünyanın ən yaxşı futbolçusu adlandırıldı
Seda Sayan QƏZƏBLƏNDİ-SƏBƏB
Müsəlmanlar Moskvada səyyar məscid istəyirlər
Qeyri-adi sürücülər
Hiss etməyin gözəlliyi
Gül kələmi yeməyi
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Gigi və Bella Hadidin başına Gözlənilməz İş Gəldi-FOTO
Məşhur cütlük illər sonra evləndi-FOTO
Mehmet Ali Erbil aylar sonra İLK DƏFƏ
Erməni analar küçələrə çıxdı
Ermənilər üçün faciəvi proqnoz
Günün ulduz falı - 30.09.2013
Ariel Şaron yanvarın 13-də dəfn ediləcək
2017-ci ilin ən çox satılan kitabları
Cənnətin ən yüksək zirvəsi
Günəbaxan tumu – kökəldir ya arıqladır?
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Ən çox yayılmış 2 mineral çatışmazlığı
Məmurlar çimərlikdən niyə qaçırlar?
- ŞƏRHLƏR