Gedirəm
Gedirəm, sən mənsiz qal, qoca dünya,
Bilməm niyə gəldim, niyə gedirəm?
Ömrümü eylədin dar vaca, dünya,
Elə dünya deyə-deyə gedirəm.
Yaşaya-yaşaya az vermədik can,
Yerdə qalmaz bu tökülən nahaq qan.
Dövran düzələcək, bilmirəm haçan?
Qanmazlara söyə-söyə gedirəm.
Min sualdan birinə yoxsa cavab
Bu qəmi-möhnətə kim gətirər tab?
Zülfüqar, dövranla qaldı haqq-hesab
Baş-gözümə döyə-döyə gedirəm.
Yaraşır
Köhnəni geyindim, ay oğul, bu gün,
Dedilər, gör sənə necə yaraşır!
Qəlbimdən açıldı sanki bir düyün
Tənhalıq nadana, gicə yaraşır.
Sənsən havadarım, arxam, dayağım,
Zülmət qaranlıqda yanan mayağım.
Gözlərim görməyir, getmir ayağım,
Sənə gündüz, mənə gecə yaraşır.
Arxanca qürurla baxdım keçəndə
Üz tutdum şəhərə, söykəndim kəndə.
Zülfüqar, çox arzum var son bələnfə
Müdriklik, ağıl da gücə yaraşır.
Açıq süfrə olsa insan ürəyi,
Aqili, nadanı seçmək olarmı?
Tapdayıb haqq-sanı, duzu, çörəyi
Ürək sirdaşından keçmək olarmı?
Dağ səfalı olmaz duman olmasa,
Yaxşı bilinərmi yaman olmasa?
İman sahibində iman olmasa,
Ondan şərbət alıb içmək olarmı?
Zülfüqar, hər şeyin var öz çəpəri,
Susuz dəyirmanın fırlanmaz pəri.
Yükləyib karvana ləli-gövhəri
Bu fani dünyadan köçmək olarmı?
Öləmmirəm
Həsrət qaldım yaylaqlara,
Ömür düşdü boran, qara.
Badi-səba, yetir yara
Gözləməsin, gələmmirəm.
Artıq hey yoxdur canımda,
Qəm, qüssədir dərmanım da.
Dilənirlər dörd yanımda
Peşəm deyil, dilənmirəm.
Aqil ağlar, nadan gülər,
Dərd çəkənlər qəmdən ölər.
Bu dünyada olur nələr,
Dərk eyləyib biləmmirəm.
Yazıq gözüm nələr gördü,
Çox hicrana sinə gərdi.
Bəşər boyda belə dərdi
Heç kəs ilə böləmmirəm.
Zülfüqarı çəkdi dara
Qəlbi oldu para-para.
Bir ölümə qalıb çara,
Əcəl gəlmir, öləmmirəm.
Müəllif: Zülfüqar Zülfüqarov
XƏBƏR LENTİ
Beşdən çox uşağı olan qadınlara müavinətin məbləği müəyyən edildi
Göbələkli sulu küftə (foto-resept)
Çay qadınlarda xərçəngin yaranması riskini azalda bilər
Heydər Əliyev Mərkəzində "Oxu günü" keçirilib - FOTO
Bu nömrələri yadda saxlayın
Obama tarixin ən pis prezidentidir
Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır
Avropa Oyunları neçəyə başa gəldi?
Marsın səsi ilk dəfə Yerdə eşidildi-VİDEO
HAVA necə olacaq?
Həyatda dörd şey
Məktəbəhazırlıq qruplarına 13 212 uşaq qeydiyyatdan keçib
Mikura Pearls
Döyənək
Sürücülərin sərxoşluq vəziyyəti belə yoxlanacaq
Demet Akalın Bakıda konsert verəcək-FOTO
Orfoqrafiya qaydalarına edilən bütün dəyişikliklər açıqlandı - TAM SİYAHI
Uşaqlardan uzaq saxlanılmalı qidalar
Rəngli şirniyyat sərgisi
Bürclərə görə toy
Zəlzələni 5 ay əvvəl proqnozlaşdıran türk alimdən - Qorxunc açıqlamalar
Ofis işçiləri stresdən necə qoruna bilər?
Metro və avtobuslar işləməyəcək
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
2019 gəlinlik modelləri
Ən yaxşılar seçilir
Yaş artdıqca gözəlləşənlər
Sızanaqlardan sarımsaqla xilas olun
Ezgi Mola ərə gedir
Nazirlik 3 min pişiyin ölümündə günahlandırılır
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
Bakıda bu avtobusun yolu dəyişdi
Hava haqqında - 22.09.2013
Dünya nəhəngləri Rusiyasız toplandılar
Dollar yenə bahalaşdı
Bürcünüz saç rənginə təsir edir
Həyatın mənasını tapmaq üçün 7 sual
Qarakənd faciəsindən 24 il ötdü
“Selfie” çəkib paylaşan kişilər xəstədir
"Google Tv"
Seda Sayanın geyimi DİQQƏT ÇƏKDİ-FOTO
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - VİDEO
Ev aksesuarları
Şahzadənin toyuna xərclənən məbləğ açıqlanıb
Məşhur müğənninin cəsədi tapıldı
İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı
Deniz Sekinin geyimi tənqid olundu-FOTO
Koronavirusu tez məhv edən ÜSUL TAPILDI
Azərbaycanda qaz təchizatında məhdudiyyətlər olacaq
Bir şəkil boyük dostluğu pozdu-FOTO
- ŞƏRHLƏR