Dərdlərə dərmanmış ana laylası
Yuxumun balıdır, könlümün sazı,
Qovur ürəyimdən dərdi, ayazı.
Əridir dünyamı donduran buzu,
Dərdlərə dərmanmış ana laylası,
Necə möhtəşəmmiş ana laylası.
Qəbrinin üstünə gedə bilmirəm,
İnanın, yanıram, hey hönkürürəm.
Bu zalım dünyaya qurban kəsərəm
Gəlsə qulağıma bir də sədası,
Nə şirin məlhəmmiş ana laylası.
Gözlərim axtarır körpələr kimi,
Kim bilər, dinləyər sızlayan simi?
Atardım dünyada hər işlərimi,
Bəs edər səsinin əks sədası
Qayadan möhkəmmiş ana laylası.
İnciyib yuxumu narahat etmir,
Gözüm önündədir, hey baxır ,getmir,
Səsi də zamanla ərimir, itmir.
Bu imiş dar gündə dayaq durası,
Özü bir ömürmüş ana laylası.
İlham İdrisoğlu, Avqust 2014, Yevlax . Köyük kəndi.
Ata
Birdən ürəyiniz istəsə məni,
Tozlu yollar ilə qaçan mənəm, mən.
Saçlarım ağarıb, alnım qırışıb?
Qanadlı quş kimi uçan mənəm, mən.
Xırda nar çubuğu xatirəmdədir,
Neçə qarğı atı çapıb yormuşam.
Bir içim su üçün yüyəni çəkib,
Özüm bulaq üstə halsız qalmışam.
Mən körpə olmuşam xoş arzularla,
Qələmi, dəftəri atıb bir yana.
Qaçmışam, qovmuşam xırdaca topu,
Uşaqlıq dünyamda hər səmtə, yana.
Elə süst düşərdik axşam gəlincə,
Atam sərçə kimi yığardı bizi.
Biri yatıb artıq, biri mürgülü,
Birinin gündüzdən cızılıb dizi.
Əlləri dəmirdi, bir qala idi,
Necə xoşbəxt idim, qorxusuz idim.
Yorunuq olsam da, düşüb böyrünə,
Dönəndə əlləri üstdə gəlirdim.
Neçə ulduzları yola salmışam,
Qırpıb gözlərimi gizlin, xəlvətcə.
Hardan biləydim ki, ata gözləri
Tutub bicliyimi yenə o gecə.
Qapıya çatınca itərdi yuxum,
Qaçardım əlindən hey gülə-gülə.
Ay ata, bilmirəm niyə xoş günü,
Tale qısa yazdı, həm gilə-gilə?
Avqust 2014.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu bürcdən olanlar iş tapmır
Defne Samyeli yeni FOTOları ilə Gündəmdə
Napoleonun Çəkmələri Rekord Məbləğə satıldı-FOTO
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Günün qoroskopu: nə istədiyinizi anlayacaqsınız
“Ginnesin Rekordlar Kitabı”na düşən pişik - FOTO
Kuklaya bənzəmək üçün 1 gündə 6 əməliyyat keçirdi -FOTO
Bəhram Bağırzadənin vəziyyəti orta-ağır olaraq qalır - AÇIQLAMA
Demet Akalın Hadiseyə söz atdı-SƏBƏB
Saçların tez uzanması üçün daha bir sadə vasitə
Xurma pəhrizi
Qar yağacaq!
Ermənistanda səfərbərlik başlayıb?
Əntiq avtomobillər günü
Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
"Fəryad"ın qəhrəmanının fəryadına çatan olmadı
Prezident İlham Əliyev: "Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir"
Bürclər hansı aksesuarları sevər?
Obamadan bayram təbriki
Aleyna Tilki məhkəməlik oldu
ADNA qurbanları
Ciyərli rulet-pizza (foto resept)
Günün ikinci yarısı: Anlaşmaya nail olun
Möcüzəvi minerallar - 1
İlham Əliyev idmançılara mənzil bağışladı
Ringelman effekti
Bir daha yorğun görünməyəcəksiniz
Bakıda güclü şimal küləyi əsəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq
Marsda göl tapıldı
Haluk Leventdən örnək addım - FOTO
Eksklüziv Porsche 911 Turbo S
İlham Əliyev sərəncam imzaladı
Sürətlə şığıyan Ford Mustang - FOTO
Lobya salatı (foto-resept)
Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Tələbələr 15 il bu hüquqlarından istifadə edə biləcəklər
Rusiyalı rəssamın əl işləri
Cütlüklərin toy fotolarına dair 25 planı
Jaguar F-Type-ın üstü açıldı
Doğulacaq uşaqlarının adı bəlli oldu
Koronavirusla bağlı son STATİSTİKA
Merkeldən müharibə xəbərdarlığı
Niyə köhnə fotolarda heç kəs gülmür?
Malta 20 koreyalını qovdu
Hava şəraiti kəskin dəyişəcək
Gözəllik maskaları necə hazrlanır?
Rusiya Ermənistanı məyus edir
Ən gözəl qarderoblar
Paltaryuyan maşına aspirin həbi atdı, nəticə inanılmazdır!
- ŞƏRHLƏR