Dərdlərə dərmanmış ana laylası
Yuxumun balıdır, könlümün sazı,
Qovur ürəyimdən dərdi, ayazı.
Əridir dünyamı donduran buzu,
Dərdlərə dərmanmış ana laylası,
Necə möhtəşəmmiş ana laylası.
Qəbrinin üstünə gedə bilmirəm,
İnanın, yanıram, hey hönkürürəm.
Bu zalım dünyaya qurban kəsərəm
Gəlsə qulağıma bir də sədası,
Nə şirin məlhəmmiş ana laylası.
Gözlərim axtarır körpələr kimi,
Kim bilər, dinləyər sızlayan simi?
Atardım dünyada hər işlərimi,
Bəs edər səsinin əks sədası
Qayadan möhkəmmiş ana laylası.
İnciyib yuxumu narahat etmir,
Gözüm önündədir, hey baxır ,getmir,
Səsi də zamanla ərimir, itmir.
Bu imiş dar gündə dayaq durası,
Özü bir ömürmüş ana laylası.
İlham İdrisoğlu, Avqust 2014, Yevlax . Köyük kəndi.
Ata
Birdən ürəyiniz istəsə məni,
Tozlu yollar ilə qaçan mənəm, mən.
Saçlarım ağarıb, alnım qırışıb?
Qanadlı quş kimi uçan mənəm, mən.
Xırda nar çubuğu xatirəmdədir,
Neçə qarğı atı çapıb yormuşam.
Bir içim su üçün yüyəni çəkib,
Özüm bulaq üstə halsız qalmışam.
Mən körpə olmuşam xoş arzularla,
Qələmi, dəftəri atıb bir yana.
Qaçmışam, qovmuşam xırdaca topu,
Uşaqlıq dünyamda hər səmtə, yana.
Elə süst düşərdik axşam gəlincə,
Atam sərçə kimi yığardı bizi.
Biri yatıb artıq, biri mürgülü,
Birinin gündüzdən cızılıb dizi.
Əlləri dəmirdi, bir qala idi,
Necə xoşbəxt idim, qorxusuz idim.
Yorunuq olsam da, düşüb böyrünə,
Dönəndə əlləri üstdə gəlirdim.
Neçə ulduzları yola salmışam,
Qırpıb gözlərimi gizlin, xəlvətcə.
Hardan biləydim ki, ata gözləri
Tutub bicliyimi yenə o gecə.
Qapıya çatınca itərdi yuxum,
Qaçardım əlindən hey gülə-gülə.
Ay ata, bilmirəm niyə xoş günü,
Tale qısa yazdı, həm gilə-gilə?
Avqust 2014.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən uzun adamının boyu daha 4,5 santimetr uzanıb
Yoluxucu xəstəliklərdən qorunmağın yolları
Nazir Şabranda vətəndaşları qəbul edib
Aleyna Tilki məhkəməlik oldu
Mom cinsi necə geyinməli?
Günün ulduz falı
Onurğa sağlamlığı haqqında maraqlı məlumatlar
Meqan Markl ana olacaq!
HAVA necə olacaq?- 14 MART
Günəş tutuldu: bu hadisəni Bakıda da gördülər
Şahzadənin nişanlısı indi də burnu ilə GÜNDƏMƏ GƏLDİ вЂ“ FOTO
Şokoladlı-kokoslu rulet (foto resept)
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Maykl Ceksonun gödəkçəsi 300 minə satıldı-FOTO
Cennifer Lopezin SİRRİ Məlum oldu-FOTO
İstiqaməti kompassız təyin edən canlılar
Uşaq papıcları
Qış aylarında yaz tətili üçün 10 ölkə
Nəsillərin söyüş nəsihəti
Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar - RƏSMİ
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
İdeal xarici görünüş yoxdur!
Yaxın günlərdə Bakıda qar yağacaq? - AÇIQLAMA
Alkoqolu nəylə əvəz edək?
Uşaqların iştahasını necə artırmalı?
Hamiləliyin ən gözəl tərəfləri
İnsanoğlu bu gün bir addım da irəlilədi
Acun 7,5 milyonluq avtomobil alır? - FOTO
Məşhur aktrisa serialdan zorla çıxarıldı – FOTO
Şəxsiyyət inkişafının xüsusiyyətləri
Engelado (foto resept)
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Selfi edin, xərçəng olub-olmadığınızı öyrənin
Həddindən artıq ət yemУ™k şəkər qədər təhlükəlidir
"Arka sokaklar"ın ulduzu yenidən "Survivor"da
Paşinyanın arvadı döyüşə gedir
Ecazkar qadının sirri
İslama hücuma da etiraz edin
Rezidenturaya qəbul qaydaları dəyişdi - QƏRAR
Telegram-da yazışmaları gizlicə oxumaq olurmuş
Dünya bu fotolardan danışdı
Ağdamın Şahbulağının yeni görüntüləri - VİDEO
Gədəbəydə bu gün bayramdır
Azərbaycanda İİV-ə yoluxanların statistikası açıqlandı
Mütəxəssislərdən maraqlı icad
İnsanları internetdə belə aldadırlar
"Hercai"nin ulduzu geri qayıdır-FOTO
Karantində çox yeməyin qarşısını necə almalı?
Niyə qorxulu yuxular görürük?
Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı - RƏSMİ
- ŞƏRHLƏR