Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi.
Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.
Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.
Saçlara qulluq sistemi yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz. Bundan başqa, saçınızı yuduğunuz su cod olmamalıdır. Birbaşa krandan gələn sular isə kifayət qədər coddur. Bu codluğu aradan qaldırmaq üçün bir neçə üsul var:
* suyu dondurmaq və sonra əritmək;
* təbii bulaq suyundan istifadə etmək;
* qaynanmış sudan istifadə etmək;
* az miqdarda bor turşusu ilə qarışdırılmış sudan istifadə etmək.
Lakin bu üsulların hər biri xeyli vaxt aparır. Bunu etməyə imkanınız yoxdursa, saçınızı yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.
Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.
Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.
Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.
Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır.
Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionrelər isə yağlı saçlar üçün məsləhət görülür.
Yuyulduqdan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır:
* açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə;
* tünd rəgli saçları gicitkan dəmləməsi ilə;
* bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar.
Ayda bir dəfə saçlarınızı kimyəvi maddələrdən istifadə etmədən yusanız, onların sağlamlığını qoruyar və tökülmənin, kəpəyin, haçalanmanın qarşısını alarsınız. Bunun üçün bir neçə üsul təklif edirik:
* kəpək çörəyinin suxarısını qaynar suda dəmləməklə;
* kiçik təpə şəklində yulaf yarmasına bir-iki qaşıq quru xardal əlavə etməklə;
* çalınmış yumurtadan sabun kimi istifadə edərək saçları yumaq olar.
Bu vasitələrlə yuyulmuş saç tez çirklənir. Əgər işləyirsinizsə, bu vasitələrdən maska kimi istifadə edə bilərsiniz. Yəni saçı şampunla yuduqdan sonra bu qarışıqlardan birini çəkin, sonra bol su ilə yuyun.
Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır.
Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.
Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil.
Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır.
Saça düzgün qulluğun əsas vasitələrini aşağıdakı kimi təsnif etmək olar:
* saçı isti su ilə yumayın;
* qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin;
* hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin;
* saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın;
* saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir; a
* saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun;
* saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin;
* saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin;
* unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Buna hazır olun!
Qadınların əksəriyyətini narahat edən ikinci bir məsələ isə saçları həftədə neçə dəfə yumaq problemidir. Əslində, bu, heç bir qanuna tabe olmayan prosesdir. Tez-tez yuyulmağa öyrənən saçların tez çirklənməsi barədə danışmaq mənasızdır. Çünki bu, isbata ehtiyacı olmayan bir faktdır. Ancaq saçınızı yumağa tənbəllik etmirsinizsə, onları hətta gündə iki dəfə də yuya bilərsiniz. Əmin olun ki, bu, sizin saçınızın sağlamlığına heç bir ziyan verməyəcək. Təbii ki, intensiv yuyulmaq vərdişi qazanmaqdan başqa. Əksinə, saçların gec-gec yuyulması baş dərisini məsamələrinin çirklə dolmasına və beləliklə, saçın uzanma sürətinin azalmasına səbəb olur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Siqaret çəkənlər koronavirusa daha tez yoluxur - EKSPERTDƏN ŞOK
Rəqəmsal portretlər
Oskar qazanmasa da, çoxunun sevimlisinə çevrilən filmlər
Gənclər Fondu “Mobil kitab rəfi” yaratdı
Bakıda Zəfər atəşfəşanlığı - VİDEO
Təqaüdçülər üçün ən yaxşı ölkə
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
Murad Bozdan NİŞAN AÇIQLAMSI
5 dəqiqədə dişləri ağardan üsul
Adriana Lima təqaüdə çıxır
Serdar Ortaç Elnarənin ifasına heyran qaldı – VİDEO
Əkizlər üçün otaq dekorasiyası
"Topçular"ın atıcısı sıradan çıxdı
Eyfel qülləsi bağlandı
Ankara Papaya nota verdi
Gəlin-qaynana davası...
"Azərbaycanın hərb yolunu seçməsi qaçılmaz olacaq"
Uşaqları dərs oxumaqdan soyudan davranışlar
Şüar yazılı çantalar
Təravətləndirici maska
Badamlı balıq (foto resept)
Şuşanı işğaldan azad edən zabitlərdən biri: “Elə döyüşlər olurdu ki, sağ çıxacağımıza ümid etmirdik” - VİDEO
Şəhid ailələri və əlillərə ev verildi
Armudlu tart (foto resept)
Bağçalar nə vaxt açılacaq? - AÇIQLAMA
Qarabağda darmadağın olan erməni ordusu qadınların ümidinə qalıb - VİDEO
Məşhur aktyor canlı yayımda evlənmə təklif etdi-FOTO
Körpələrdə immunitetin yaranmasının əhəmiyyəti
Amerikalı həmsədrdən erməniləri məyus edən Qarabağ açıqlaması
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Türklər Məkkəyə metro çəkəcək
Vilayət Eyvazovdan yeni TƏYİNAT - ÖZƏL
Bədən tipinə uyğun ətək seçimi
Xaricdəki diplomatik nümayəndəliklərin mədəniyyət mərkəzləri rəhbərlərinin uşaqları da diplomatik pasport ala biləcək
Folqada dana dili (foto resept)
Yeni il üçün qaz əti qızartması (foto resept)
Zəmilərdəki sirli dairələrin müəllifi kimdir?
Ölümcül virusu müalicə edən həkim öldü - SƏBƏB
İşdən ixtisara düşmək istəmirsizsə...
Rəngarəng donlar
Övladınızın çəkdiyi rəsmlərdə onların gələcəkərini görəcəksiniz
Türk idmançılar Bakıda
İnsult və infarktın yeni müalicə üsulu
İnsanın klonlanmasına bir addım qaldı?
Azərbaycandan 4 mlrd.-lıq gəlir
Üzün üzü varsa...
Yataq dəstləri
Mükəmməl qaşlar üçün 8 qızıl qayda
Kökəldən qidalar
“Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırıldı
- ŞƏRHLƏR