Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi.
Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.
Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.
Saçlara qulluq sistemi yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz. Bundan başqa, saçınızı yuduğunuz su cod olmamalıdır. Birbaşa krandan gələn sular isə kifayət qədər coddur. Bu codluğu aradan qaldırmaq üçün bir neçə üsul var:
* suyu dondurmaq və sonra əritmək;
* təbii bulaq suyundan istifadə etmək;
* qaynanmış sudan istifadə etmək;
* az miqdarda bor turşusu ilə qarışdırılmış sudan istifadə etmək.
Lakin bu üsulların hər biri xeyli vaxt aparır. Bunu etməyə imkanınız yoxdursa, saçınızı yumaq üçün istifadə etdiyiniz vasitənin tərkibində yumşaldıcı olmasına nəzarət edin.
Şampun seçimində də diqqətli olun. Bu zaman mütləq saçınızın tipini dəqiqləşdirin. Əgər saçlarınızı tez-tez yumanıza baxmayaraq, onlar sürətlə yağlanırsa, deməli, siz yağlı saçlar üçün olan şampun almalısınız.
Yox, əgər saçlarınız quru, solğun, ucları haçalı və tez dolaşandırsa, quru və zədələnmiş saçlar üçün şampun almalısınız. Bu cür şampunlar həm də kimyəvi maddələrdən və boyamadan sonra xarab olmuş saçlara da məsləhət görülür.
Kimyəvi təsirə və boyamaya məruz qalmamış, parıltılı saçlar qadın üçün xəzinədir. Onların sağlamlığını isə mütləq qorumaq lazımdır. Belə olan təqdirdə sizə normal saçlar üçün nəzərdə tutulan şampunlar uyğun gələr.
Orta uzunluqlu saçlar üçün şampunu fındıq həcmində, uzun saçlar üçün isə qoz həcmində götürmək lazımdır. Şampunu əvvəlcə iki ovcunuzun arasında sürtərək köpükləndirin və ancaq bundan sonra saçınıza çəkin. Köpüklü saçı, ən azı, 3 dəqiqə yaxalamaq lazımdır.
Unutmayın ki, istifadə etdiyiniz şampun nə qədər yaxşı olsa da hətta çox diqqətlə yuyulduqda belə başın dərisindən saç üçün zərərli olan maddələri tam təmizləmir. Bunun üçün də balzam-kondisioner və lasyon-kondisionerdən istifadə etmək lazımdır. Şampunla eyni firmadan seçilmiş bu maddələr zərərli hissəcikləri neytrallaşdırır. Bu maddələri azacıq qurudulmuş, nəm saçlara çəkmək və 2-3 dəqiqə saxladıqdan sonra yumaq lazımdır. Balzam-kondisionerlər quru, lasyon-kondisionrelər isə yağlı saçlar üçün məsləhət görülür.
Yuyulduqdan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır:
* açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə;
* tünd rəgli saçları gicitkan dəmləməsi ilə;
* bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar.
Ayda bir dəfə saçlarınızı kimyəvi maddələrdən istifadə etmədən yusanız, onların sağlamlığını qoruyar və tökülmənin, kəpəyin, haçalanmanın qarşısını alarsınız. Bunun üçün bir neçə üsul təklif edirik:
* kəpək çörəyinin suxarısını qaynar suda dəmləməklə;
* kiçik təpə şəklində yulaf yarmasına bir-iki qaşıq quru xardal əlavə etməklə;
* çalınmış yumurtadan sabun kimi istifadə edərək saçları yumaq olar.
Bu vasitələrlə yuyulmuş saç tez çirklənir. Əgər işləyirsinizsə, bu vasitələrdən maska kimi istifadə edə bilərsiniz. Yəni saçı şampunla yuduqdan sonra bu qarışıqlardan birini çəkin, sonra bol su ilə yuyun.
Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır.
Quru saçları qaynar su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.
Saçların kəpəkdən azad olması üçün gicitkən dəmləməsindən istifadə edin. Ancaq unutmayın ki, gicitkən dəmləməsi açıq saçların rəngini tündləşdirir. Ümumiyyətlə, maskaları ayda bir dəfədən artıq etmək məsləhət deyil.
Ayda bir dəfə saçlarınızın uclarını kəsdirməyi unutmayın. Bu saçın tez uzanmasına və səliqəli görüməsinə zəmin yaradır.
Saça düzgün qulluğun əsas vasitələrini aşağıdakı kimi təsnif etmək olar:
* saçı isti su ilə yumayın;
* qaynar fendən istifadə etməyin, ən yaxşısı isə saçın öz-özünə qurumasına imkan verin;
* hər gün saçlarınızın dibini masaj edin. Bunu əlinizlə etməyə tənbəllik edirsinizsə, şotka-daraqlardan istifadə edin;
* saçı yuduqdan sonra bir neçə dəqiqə dəsmalla qurulayın;
* saçlarınızı gündə bir neçə dəfə müxtəlif istiqamətlərdə darayın, bu saçları daha elastik və parlaq edəcək. Ən yaxşısı taxta daraqlardan istifadə etməkdir; a
* saçınızı ancaq sizin tipinizə uyğun olan şampunla yuyun;
* saçınızda tağ ayırırsınızsa, onun yerini tez-tez dəyişin ki, həmin yerdə saçlar tökülərək, keçəllik əmələ gətirməsin;
* saçınızın qırıq, haçalanmış uclarının uzanmasına imkan verməyin;
* unutmayın ki, kimyəvi maddələrin təsirindən 5-6 ay sonra saçlar "süpürgə" şəklini alır. Buna hazır olun!
Qadınların əksəriyyətini narahat edən ikinci bir məsələ isə saçları həftədə neçə dəfə yumaq problemidir. Əslində, bu, heç bir qanuna tabe olmayan prosesdir. Tez-tez yuyulmağa öyrənən saçların tez çirklənməsi barədə danışmaq mənasızdır. Çünki bu, isbata ehtiyacı olmayan bir faktdır. Ancaq saçınızı yumağa tənbəllik etmirsinizsə, onları hətta gündə iki dəfə də yuya bilərsiniz. Əmin olun ki, bu, sizin saçınızın sağlamlığına heç bir ziyan verməyəcək. Təbii ki, intensiv yuyulmaq vərdişi qazanmaqdan başqa. Əksinə, saçların gec-gec yuyulması baş dərisini məsamələrinin çirklə dolmasına və beləliklə, saçın uzanma sürətinin azalmasına səbəb olur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xəstəlik - 2
Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!
Ciddi əks-təsir göstərən COVID-19 peyvəndinin sınaqları dayandırıldı
Çılğın layihə: RAKETLƏ SƏRNİŞİNDAŞIMA...
HAVA necə olacaq? 5 İyul
Qəhvə içmək ölüm riskini azaldır
Kənan Doğulu Beren Saatı restoranda unutdu-FOTO
Rusiya vətəndaşlığına qəbul qaydaları sadələşdirilir
Leyla Əliyeva: Onlar məni heç vaxt kədərli görməyiblər
Bakıda hava şəraiti kəskin dəyişəcək
Uşaqlar gün ərzində cəmi neçə saat yatmalıdır?
Balaca Versal 17,8 milyon dollara satılır
Heyvanlar və qorxuları
İlk baxışdan məhəbbət yalandır?
Çində insanları smartfonlarla tanıyacaqlar
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Ingilis Dili-XXI Dərs
Tokio yaxınlığında yer titrədi
Bağçalarda valideynlər üçün fərdi videomüşahidə yaradıla bilər
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Eser Yenenler ata olacaq!
Manikürdə yarım ay trendi
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Bakıda yağış yağacaq
Kobra çəkək
Timati ikinci dəfə ata olacaq-FOTO
Darıxdırıcı divarları rəngləndirin
Üzümün təhlükələri açıqlanıb
Saat nağılı
İmtahanda maksimum balı kim topladı? - DİM açıqladı -VİDEO
"Aslanlar"a kim rəhbərlik edəcək?
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Avropa Liqasının qalibi "Milan"da
Bakı 5-ci oldu!
Britaniyadan koronavirus peyvəndi ilə bağlı bədbin proqnoz: “Özümüzü hazırlamalıyıq”
Sahil daşlarından hazırlanmış əl işi
Ölən insanların Facebook hesabına çarə tapıldı
Tropik meyvələrin xüsusiyyətləri
İranın baş məşqçisi istefa verdi
Azərbaycanlı deputat ana oldu
Hamiləlik
3d diaqnostika da xərçəngi tam göstərmir
Venerada həyat axtaracaqlar
Şimali Koreya özünün ən bahalı dağ kurortunu açır
Ürək qüsuru olan uşaqların əməliyyatı dövlət hesabına aparılacaq
Yaxşı pensiya almağın yeni yolu
Uşaq pulu bərpa oluna bilər - AÇIQLAMA
Çirklənməyən köynək hazırlandı
Bakıda 6 milyon manata mənzil satılır
Saç tökülməsinin qarşısını alan üsullar
- ŞƏRHLƏR