Klassik rus ədəbiyyatının dahi nümayəndəsi Fyodor Dostoyevskinin "Cinayət və cəza" əsərindən sonra sizlərə bu dəfə onun 24 yaşında qələmə aldığı "Oxşar" (Dvoynik) povestini təqdim edirəm.
Hər kəs özünü özündə tapdığı kimi özünü “özündə” itirə də bilir, ideyasından yola çıxan yazıçının bu povesti ilk olaraq "Cənab Golyadkinin macəraları" başlığı altında 1846-cı ildə "Oteçestvennıye zapiski" jurnalında dərc edilmişdi. Povestin ilk nəşri əvvəlcə ədəbi mühitdə bəyənilməmişdi. Hətta ədəbi tənqidçi Belinskinin əhatəsi əsərin qəhrəmanının sıxıcı, darıxdırıcı olmasından məyus olmuşdu. Buna görə də Dostoyevski "Oxşar" əsərinin üzərində 1866-cı ildə yenidən işləyib. Povestin sonuncu variantında olan "Peterburq poeması" yarımsərlövhəsi oxucunu N.V. Qoqolun "Ölü canlar"ına götürür.
Povestin süjeti
Əsərin qəhrəmanı məmur Yakov Petroviç Golyadkin xeyirxah, sadə və yumşaq xarakterli insandır. O "öz doğru yolunu gedir, maskasızdır, intriqası yoxdur." Özünü zəif və kiçik insan kimi hiss edərək hər cəhdi ilə bu keyfiyyətlərini xeyirxah biri kimi təqdim etməyə çalışır. Lakin anlaşılmaz qorxuları, komplekslərə malik, Peterburq bürokratiyası atmosferində nəfəs alan bu "kiçik insan" a elə gəlirdi ki, hər kəs ona qarşı intriqadadır və ayağının altını qazımaqla məşğuldur.
Povestin əvvəlində Golyadkinin həkim K.İ. Rutenşpitsi ziyarət etməsi və onunla olan dialoqu sayəsində qəhrəmanın psixi problemlərinin olmasına diqqət çəkilir. Dostoyevski bu hissədə qəhrəmanın nitqinin dağınıq, səpələnmiş sözlərlə, nizamsız düşüncəsi ilə davam etməsini xüsusi incəliklə təsvir edib. Həkim Golyadkinə sağlamlığı ilə bağlı bir neçə tövsiyə və hansısa toz dərman versə də, qəhrəman yalnız özünü eşidir, öz dünyasına qapanıb qalır.
Povestin sonrakı hissəsində dövlət müşaviri Berendeyevin qızının ad günü ziyafətinə gedən Golyadkin birdən anlaşılmaz səbəblərdən yuxarıların ona qarşı olan münasibətinin dəyişməsinin şahidi olur. Ona elə gəlir ki, artıq hər kəs ona qarşı çevrilmişdir, onun məclisdə olmasını istəmirlər, ən əsas da buna səbəb olan insanı (depatamentdə işə düzəlmiş ,onunla eyni ad və soyadda olan biri) - özünə bənzəyən "əkizi" olmasını yəqin etmişdi.
Golyadkinin "oxşar"ı özünün tam əksi olaraq iyrənc, çirkin, rəzil, yaltaq, alçaq, xəbis, mənfur bir tipdir. Anlaşılmaz səbəblərdən oxşar demək olar hər addımda "əsl" Yakov Petroviçi gözdən salıb ləkələməyə çalışır, dostları arasında və iş xidmətində tədricən onun yerini tuturdu. Və bütün bunlara oxşar öz yalanları, iyrəncliyi ilə nail olurdu, hansı ki, Golyadkinin nifrətinə gətirib çıxarmışdı.
Təməl psixologiyanı, insan münasibətlərini öyrənmək istəyənlər üçün mükəmməl bir povest ola bilər. Hətta Z.Freyd özü əsərdə yazıçının şizofrenliyi ustalıqla izah etməsinə olan təəccübünü gizlətməmişdir.
Əsəri oxuyub anlamaq bir çoxlarına ağır, sıxıcı gələ bilər. Hətta bu yaxında bir məqalədə oxudum, əsərin anlaşılmazlığı barədə qalmaqallı gileylənmələr də olub. Yazının əvvəlində tənqidlər barədə qeyd etmişdim, Belinski əsəri “əsəbi cəfəngiyyat” da adlandırıb.
182 səhifəlik povesti oxuyarkən, Dostoyevskinin cəmi 24 yaşında bu qədər dərin hissiyyatlı və dövrünə görə çox məlumatlı olmasına heyran qalmamaq mümkün deyil.
Həqiqətən təsirli bir əsər, fərqli bir povestdir. Əsər əsasında 2013-cü ildə eyni adlı film də çəkilib.
Xoş qiraətlər.
XƏBƏR LENTİ
Avtomobil nə zaman cərimə meydançasına aparıla bilər?
BMW-nin xüsusi buraxılışı
Bu da İŞİD-in qırıcıları
Marsda müəmmalı baza tapıldı-FOTO
Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib
Dərsliklər üçün rəylərin öyrənilməsinə başlanıldı
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
Banan maskası
Taner Yıldız: "Azərbaycan qazı ucuzdur"
Üzü Qara ev
Qızılın qiyməti ucuzlaşdı
Yağış yağacaq, şimşək çaxacaq
Omnio şirkəti wow-klaviaturaları istehlakçıların ixtiyarına verdi
Ölülərinin skeletlərini daşıyan ermənilər meşələrimizdəki ağacları da kəsib aparırlar - VİDEO
7 qatlı bar (foto resept)
“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
Dünyada topla ən sürətli qaçan futbolçusunun adı
12 kiloqram arıqladan yumurta pəhrizi
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
Onların toyu ilin ƏN YAXŞISI OLDU - FOTO
İTV-dən Elnur Hüseynovla bağlı açıqlama
Kremli kek (foto resept)
İzləyicisinin evlilik təklifini qəbul etdi
Azərbaycanda ilk dəfə onlayn məzun günü: Təhsil naziri “Son zəng”i çaldı - CANLI
Qəlbinizi fəth edək ziyafət donları
Düşmənin başına od ələyən qəhrəman artilleriyaçılarımız - VİDEO
Bakıda saxta “İvanovka” süd məhsulları istehsal edilirmiş
Günün qoroskopu:Bədxərclik etməyin!
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Quru meyvəli yulaflı biskuvit (video-resept)
Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR
CeyLonun konsert üçün istək siyahısı
Leonardo Da Vinçinin saçı tapıldı-FOTO
Zövqlə bəzədilmiş tərəvəzlər
Yaşa görə dərinizin ehtiyacları
Qadınlar, yoxsa kişilər tez kökəlir?
Nyu-York küçələrində koronavirusdan ölənlər üçün soyuducular peyda olub
ABŞ Türkiyəyə qoşun yeridir
2014-cü ilin gündəlik geyim nümunələri
Maraqlı İlluziyalar
Toyuqlu dolma (foto resept)
İyul ayında bizi necə hava gözləyir?
Nura həsrət gözlər
Meqan Foks Çanakkaledə-FOTO
Qat-qat salat (foto resept)
Hava haqqında - 30.11.2013
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Sağlamlıq və təhlükəsizlik standartları(3-4 yaş)
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
- ŞƏRHLƏR