Bu gün də sizə Azərbaycan yazıçı-publisisti, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən Qarağat bitkisinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Qarağat bitkisinin adı qədim rus sözü olan «smorodit» kəlməsindən götürülmüşdür. «Smorodit» süzünün mənası yarpağının «pis iyə», «kəskin iyə» malik olmasını bildirir. Qarağat uşaqdan böyüyə hər birimizin sevimli meyvəsidir. Lakin ondan təkcə meyvə olaraq istifadə etmək də doğru deyil. Hələ qədim zamanlardan qarağatın yarpağından tutmuş köklərinə kimi istifadə etmiş və faydasını görmüşlər. Qarağatın yarpağı və toxumları insan orqanizmində çatışmayan qida mənbəyini bərpa etməyə qadirdir. Buna misal onun tərkibindəki sinki göstərmək olar. Qara qarağatdan hazırlanmış mürəbbə isə yüksək təzyiq xəstələrinin müalicəsində istifdə edilir. Üstəlik ürək fəaliyyətinə də müsbət təsir göstərir. Giləmeyvəsindən yüksək hərarəti salmaq üçün, eləcə də sidikqovucu vasitə kimi də istifadə edilir.Qarağat iyul-avqust aylarında yetişən çox dadlı meyvədir.
Kimyəvi tərkibi
Qara qarağatın meyvə, yarpaq və tumurcuqlarının tərkibindən insan orqanizmi üçün faydalı olan bir sıra vitaminlər aşkar edilmişdir. Qarağat tərkibindəki C vitamini miqdarına görə 4-5 dəfə çiyələkdən, 8-10 dəfə sitrus bitkilərindən, 15-20 dəfə moruqdan, alma, gilənar, alçadan, 30-50 dəfə armud, ərik və üzümdəkindən çoxdur. 100q qarağat meyvəsinin tərkibində 300-400 mq C vitamini aşkar edilmişdir. 100 q qarağat meyvəsi yaşlı adamın C vitamininə olan tələbatını 5-6 gün təmin edə bilər. Meyvəsinin (yabanısında) tərkibində 4000 mq% C vitamini, P, B, B6, D, E, K vitaminləri, karotin, 10-13%-ə qədər şəkər, 17,3% quru maddə, 4-5%-ə qədər alma, limon və çaxır turşuları, 1,43% aşı maddəsi, kofein, pirokatexin, xinin, kempferol, kversetin, kversetirin, kempferol-3-qlikozid, izokversetin mirisetin-3-qlikozid, kempferol-3-rivtinozid flavonoidləri tapılmışdır. Çiçəklərinin tərkibində 2,36-3,56% qlukoza, 2,72-4,75% fruktoza, 0,24-1,06% saxaroza, pentozan maddələri aşkar edilmişdir. Yetişmiş meyyələrinin tərkibindən 3,85-5,9% 3-monoqlukozid sianidin, 3-rutinozid sianidin, 3-monoqlukozid delfınidin, 3-rutinozid delfidin, 3-rutinozid pelarqonidin, 3-soforozid delfınidin, bundan əlavə meyvəsindən pektin, alma, limon, çaxır üzvi turşuları katexin, 0,01% efir yağı da tapılmışdır. Alimlər qarağatın meyvəsinin qiymətli olmasını onun tərkibindəki sinaidin 3-rutinorid, delfıdin 3-rutinoid, delfidin 3-qlukozid, sinaidin 3-raninoid, sinaidin 3,5-diqlukozid, sinaidin 3-qlukozid, peonidin ilə müəyyən etmişlər (Chandler, Harper, 1958; Reichel 1960; Harborne Hall, 1964; Kolesnik-Medvedova 1971). Kntosian maddələrindən başqa, qara qarağatın giləmeyvəsinin tərkibindən tapılan flavonoid maddələri: kversetin, miriserin və kempferol və s. ilə onun əhəmiyyətini izah edirlər (Samordova-Bianki, Fatalieva, 1964). Qarağatın tərkibindən həmçinin fenolkarbon turşusu da tapılmışdır (Skorikova, 1973). Altayın dağlıq zonalarında bitən qara qarağatın giləmeyvəsinin tərkibindən isə antosian maddələrindən sinaidin 3-utinozid, sianidin 3-qlukozid, delfinidin 3-rutinozid və s. aşkar etmişlər.
Respublikamızın florasının tərkibində yayılan qarağat növlərinin meyvəsində olan antosian və flavonoid boyaq maddələrinin kimyəvi tərkibi Novruzov E.N. və Şəmsizadə L.A. tərəfindən öyrənilmişdir. Bunun nəticəsi olaraq qarağat bitkisinin müxtəlif növ və sortlarının qabıq, tumurcuq, yarpaq, çiçək və meyvələrindən tibb sahəsində geniş istifadə olunan bir sıra preparatlar alınmışdır. Qarağatın tumurcuq, yarpaq, meyvə hissəsindən hazırlanmış dəmləməsindən soyuqdəymədə, vərəm xəstəliyində, tərgətirici, sidikqovucu kimi, orqanizmin müqavimətinin artırılmasında, infeksiya xəstəliklərində işlədilir. Tibet təbabətində yarpaqlarından ekstrakt, dəmləmə və cövhərindən vərəm, limfa sisteminin müalicəsində istifadə edilir. Meyvə və yarpaqlarından vitaminli çaylar hazırlanır.
Qarağat meyvəsinin tərkibində xoş ətirə malik efir yağı, flavonoid maddəsi olduğu üçün havanı zərərli mikroblardan təmizləyir, şirəni və şərbətləri 30 gün müddətində xarab olmadan qoruyur. Qarağat yarpaq, meyvə və qabıqlarından hazırlanan cövhərindən maddələr mübadiləsinin nizama salınmasında, göy öskürəkdə, sidik kisəsi xəstəliklərində, böyrək daşlarının tökülməsində istifadə olunur. Qarağatın cavan yarpaqlarından hazırlanmış çaylar dəri xəstəliklərində, soyuqdəymədə, sidik kisəsi və böyrək daşının təmizlənməsində, eləcə də sidikqovucu vasitə kimi tətbiq edilir. M.A.Nosal, I.V.Nosal 1959-cu ildə qeyd etmişdilər ki, qarağatdan hazırlanan şirəyə şəkər qarışdırıb udlaq, xroniki xırıltıların, göy öskürəyin, mədə yaralarının, bağırsaqların, katarakt xəstəliklərin müalicəsində istifadə edilir. Belə hesab edilir ki, qarağatın yarpaqlarından hazırlanan çay və cövhəri orqanizmdə toplanıb qalmış sidik və quzuqulağı turşularının təmizlənib kənar edilməsində qəbul edilir. B.Q.Vohnski və başqaları 1978-ci ildə qeyd edirdilər ki, qarağatdan ürək-damar sisteminin tonusunun artırılmasında, infeksiya xəstəliklərinin müalicəsində daxili qanaxmalarda, mədə turşuluğunun aşağı salınmasında və s. istifadə olunur. Qarağatın meyvəsindən təzə halda qida kimi istifadə edilir. Bundan başqa meyvəsindən konserv-qənnadı və likor, spirtsiz içkilər sənayesində geniş istifadə edilir. Daha sonra meyvəsindən mürəbbə, marmelad və müxtəlif şirniyyat növləri, pastila, sərinləşdirici içkilər, kisel, cem, şirə, müxtəlif şərbət növləri və s. hazırlanır. Elmi təbabətdə qarağatın meyvələri və yarpaqları polivitaminli maddə kimi skorbitda və digər hipo- və avitaminozlarda, diatezlərdə, mədə-bağırsaq xəstəliklərində, qanazlığında istifadə edilir ki, bu da onların tərkibində olan vitaminlərlə, mikro- və makroelementlərlə əlaqədardır. Təzə meyvələrindən alınan şirədən səs tutulmalarında, göy öskürəkdə, quru öskürəkdə istifadə edilir. 15-20 ədəd qarağat meyvəsi insanın gündəlik C vitamininə olan tələbatını ödəyir.
Qarağatın meyvə və yarpaqlarından hazırlanan dəmləmə, cövhər, yaxmalardan kosmetika sahəsində geniş istifadə edilir. Belə ki, meyvəsini əzib sürtgəcdən keçirib, alınan ətli hissəsindən sifətin dərisinə sürtüb 25-30 dəqiqə saxladıqdan sonra, isti su ilə yuyub təmizləyirlər. Qarağat yaxması dərini təmizləyir, onun elastikliyini artırır və təravətli edir.
Qarağat vannaları qəbul etdikdə bədəndə olan xoşagəlməz iylər yox edilir, orqanizmin müqaviməti artır, əsəb sistemi sakitləşir. Qarağat yarpağını gicitkən, çobanyastığı, kəklikotu, üçyarpaq yonca, dazıotu, qaraqınıqla qarışdırıb, qadınlar üçün «gözəllik vannası» hazırlayırlar. Bu «gözəllik vannasını» qəbul edən qadınların bədənləri təravətli, parlaq olur, bu da onların özlərini əla hiss etməsinə səbəb olur. Yarpaqlarından hazırlanan dəmləmələrdə uşaqları çimizdirib, dərilərində olan səpgiləri aradan qaldırırlar. Qarağatın yarpaqlarından hazırlanan dəmləmələrlə Fransada dərinin tonusunun artırılmasında, Polşada dəri xəstəliklərində, Tibet təbabətində diatez və dəri səpkilərində, Cexoslovakiyada ətirli vannasından maddələr mübadiləsinin nizama salınmasında, dəridə olan səpgilərin aradan götürülməsində istifadə edilir.
Qarağatın meyvələrinin rəngi üç cür – ağ, qara və qırmızı olur. Ağ və sarı rəngli qarağat meyvələrindən alınan şirələr susuzluğu aradan qaldırır, iştahanı artırır, bağırsaq sisteminin fəaliyyətini və tərgətirici vəzlərin fəaliyyətini normallaşdırır və sidikqovucu vasitə kimi böyrək və sidik kisəsində kristal halında olan urat turşularının parçalanıb orqanizmdən kənar edilməsində tətbiq edilir. D.K.Qesə və başqalarına (1966) görə, Belorus xalq təbabətində qara qarağatın çiçəklərindən hazırlanan dəmləmə və cövhərlərindən qara ciyər, babasil, qadın xəstəliklərində, təzə meyvəsindən və yaxud ondan hazırlanan mürəbbələrdən ürək xəstəliklərində, mədə turşuluğunun aşağı salınmasında istifadə edilir. Qarağatdan yüksək keyfiyyətli, müalicəvi təsirə malik mürəbbə və şəkər tozu ilə basdırılmış ətirli tutma (qarışıq), cem, kompot, konfet, çaxır, likor, spirtsiz içkilər, təbii rənglər və s. hazırlanır. Bu mürəbbə və tutmanı uzun müddət saxlamaq mümkündür. Qarağatın yalnız meyvəsindən deyil, həm də tumurcuğundan, yarpağından da istifadə edilir. Qarağatın tumurcuğunu qışda və yaxud erkən yazda toplayırlar. Bu qiymətli xammaldan yeyinti sənayesində meyvə essensiyası və şərbət hazırlanır. Tumurcuğun tərkibində çoxlu miqdarda C vitamini və efir yağı tapılmışdır. Yarpaqlarından turşu və kvas hazırlanır ki, bundan da ədviyyat kimi istifadə edilir.
Yarpaqların mualicəvi xususiyyətləri
Yarpağından həmcinin surroqat çayı hazırlanır. Meyvə və yarpaqlarını bənövşə yarpaqları ilə qarışdırıb alınan cövhərindən uşaqlarda baş verən vərəm xəstəliklərində istifadə edilir. Hipertoniya və aterosklerozda işlədilir. Nektar bitkisidir. Bəzək bitkisi hesab edilir. Qarağatın yarpaqlarından da müalicə məqsədləri üçün istifadə edilir. Belə ki, qurudulmuş yarpaqların tərkibindən çoxlu miqdarda C vitamini aşkar edilmişdir. Bundan da müalicə çayları hazırlayıb tonusartırıcı vasitə kimi qəbul edirlər. Yarpaq və tumurcuqlarından hazırlanan dəmləmələrdən və yaxud spirtli çıxarışlarından revmatizmdə, dəri xəstəliklərində və soyuqdəymələrdə istifadə edilir.
XƏBƏR LENTİ
Reper 250 minlik dişlərini göstərdi-FOTO
Gəlinlik donları
BÜRCLƏR bizə nə vəd edir? - 6 MART
Ev növbəsinə dayananlar, diqqət!
"Ən pis vəziyyət qabaqdadı, inanın mənə..." - ÜST-dən ŞOK XƏBƏRDARLIQ
Qarağatlı piroq (foto resept)
Murat Bozdan sevgi açıqlaması
Rihanna səfir oldu-FOTO
Mehriban Əliyeva: “Heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz”
Azərbaycan yardım etdi
Bu gün Qarabağ görüşləri başlayır
Şaurma (foto-resept)
Hava haqqında
2017-ci ilin saç modelləri
Türkiyədə 27 nəfəri belə partlatdılar
Toylarda yalnız bu şəxslər iştirak edə bilər - Şərtlər açıqlandı
Putin Lukaşenkoya az yatmasından şikayətlənib
Baş ağrısı
Mağazalardakı yeni qiymətlər
Bu qədər insan yoxsulluqdan xilas olub
İlin ilk körpəsi doğuldu
Cavid ömrü
Bir yalnızlıq simfoniyası
Şeyma Subaşı izləyiciləri tərəfindən tənqid olundu-FOTO
Azərbaycanda yeni zavod açıldı
Pendirli açma (foto-resept)
Növbəti qışda daha sağlam olaq!
Noyabrın 2-dən Azərbaycanda təhlükə gözlənilir
Bakıda 8-9 bal gücündə zəlzələlər ola bilər - XƏBƏRDARLIQ
Qan azlığı ürəyə təsir edir
Bu teatrda aktyorlar da, tamaşaçılar da çılpaqdır- FOTO
“Ufak tefek cinayetler”də sürpriz aktyor – FOTO
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ edildi
Ermənistan ərazisindən Qubadlı rayonu atəşə tutulur - RƏSMİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-13
Beynin bütün funksiyalarından istifadə edilə bilər
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
5 gündə 5 kilo arıqladan MÖCÜZƏVİ DARÇIN SUYU
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Atalı analı günlərim...
Pendirli makaron (foto-resept)
Zeytun haqqında bilmədiklərimiz
Qeyri-adi otellər
“Barbi”yə bənzəmək üçün... – FOTO
O sillə
UŞAQ NAĞILLARI kitabı (illüstrasiyalı)
Çində ilk dəfə...
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb
Kağız halva (2)
Azərbaycan yerli velosipedlərin satışına başlayır - Qiymətlər AÇIQLANDI
- ŞƏRHLƏR