Qızlıq pərdəsi bizim cəmiyyətimizdə də bir çox cəmiyyətdə olduğu kimi əhəmiyyətli bir məna daşıyır. Cəmiyyətlərdə tarixdən bu yana saflığın, təmizliyin və əl dəyilməmişliyin simvolu olan bakirət indiki vaxtda inkişaf etmiş ölkələrdə getdikcə artıq mənasını itirir.
Qızlıq pərdəsi haradadır? Quruluşu necədir?
Qızlıq pərdəsi ayrı bir orqan deyil. Uşaqlıq çağında sərt və qalın olar, yetkinlikdə və irəliləyən yaşlarda hormonların təsiri nəticəsi yumşalıb elastikləşir. Ön üzü dəri xarakterində, arxa üzü isə selikli qişa ilə bağlıdır.
Qızlıq pərdəsi girişdən təxminən 1.5 sm içəridə olur və bu incə pərdənin ortası adət qanının axması üçün açıqdı. Yəni çoxunun fikirləşdiyi kimi pərdə vaginanın ağzını tam bağlamır, pərdənin özünündə ortası dəlikdir. Bu dəliyin şəkli və quruluşu qızlıq pərdəsi tiplərinin təyin olunmasında istifadə edilər. Qızlıq pərdəsinin quruluşu, elastikiyəti, yeri və qalınlığı hər qadında fərqlidir. Qızlıq pərdəsi quruluşuna və şəklinə görə ilk əlaqə sonrası olan qanamanın miqdarı və qanın olub - olmaması da dəyişkənlik göstərir. Adamın öz qızlıq pərdəsini qiymətləndirməsi texniki olaraq mümkün deyil.
Qızlıq pərdəsinin tibbi bir vəzifəsi varmı?
Qızlıq pərdəsinin bilinən fizioloji bir vəzifəsi yoxdur. Vaginayı infeksiyalardan və xarici cisimlərin girməsindən qorumaq məqsədi daşıdığı güman olunur. Bir baryerin funksiyasını yerinə yetirən qızlıq pərdəsi infeksiyaların meydana gəlməsini qismən maneə törədir.
Qızlıq pərdəsinin növləri arasında necə fərqliliklər vardır?
Bütün qadınlarda qızlıq pərdəsinin quruluşu fərqli və ortasındakı dəlik dəyişik böyüklük və quruluşdadır. Cinsı əlaqə ilə qanama olub olmayacağı bu ortadakı dəliyin genişliyinə və elastik olub olmamasına bağlıdır. Dəyişik tipdə qızlıq pərdələri vardır. Ən sıx görülənləri;
Annüler hymen; Ən sıx görülən qızlıq pərdəsi növüdür. Qadınların %70-95 ində bu şəkildədir. Qızlıq pərdəsi halqa şəklində vagina girişində olub, ortasındakı dəlik də halqa şəklindədir. Normal qizliq pərdəsi quruluşudur. Bəzən ortasındakı dəlik çox geniş və ya cox elastik olduğunda qanama az və ya heç qanama olmur.
İmperfore hymen; Nadir olaraq doğuşdan qızlıq pərdəsində dəlik olmaya bilər və bu vəziyyət irəlidə ciddi tibbi problemlər doğurur. Adətin başlayanda qan çölə axmayacağı üçün iç genital orqanlarda hər ay adət qanı yığılır. Çox şiddətli ağrı verər. 15 yaşına gəlmiş və adət görməmiş gənc qızların, qızlıq pərdəsi nəzarət edilməlidir. Belə vəziyyətində kiçik bir əməliyyat ilə qızlıq pərdəsini açmaq kafi olur.
Septalı hymen; Nadir görülür, ortasındakı dəlik bir bant ilə ikiyə ayrılır. İlk cinsi əlaqədə çox ağrı, həddindən artıq qanama və ya cinsi əlaqəyə tam girə bilməmə şikayəti ilə ümumiyyətlə həkimə müraciət edərlər.
Kribriform hymen; Çox nadirdir. Ortasında birdən çox kiçik dəlik vardır. Cinsi əlaqə ilə qızlıq pərdəsi ümumiyyətlə cırılmaz və həkim tərəfindən cərrahı müdaxilə müqləq lazım olur.
Ksentrik hymen; Yarımay şəklində alt qisimi qalın və normadan geniş bir pərdədir. Əlaqə ilə ümumiyyətlə cırılmaz və ya çox çətinləmə ilə cırıldığında şiddətli qanamalar olur. Bu halda da çox vaxt cütlər cinsi əlaqəyə girə bilməmə şikayəti ilə həkimə müraciət edilər.
Elastik, yırtılmayan hymen; Cinsi əlaqə ilə cırılmayan "elastik qızlıq pərdəsi" olaraq adlandırılan vəziyyət. Qızlıq pərdəsinin ortasındakı var olan dəlik normadan daha böyükdür, yəni açıqlıq normal qızlıq pərdəsinə görə daha genişdir. Yəni penis girən zaman dəlik böyük olduğundan heç bir maniə olmur və heç bir cırılma olmadığından qanamada baş vermir. Bu hal kişıləri xanımının bakirə olmadığı fikrinə salsada ancaq həkim müayinəsi ilə yoxlatdırıla və bakirəliyini yalnız ginekoloq təsdiqləyə bilər.
P.S. Qızlıq pərdəsi elmi dildə Hymen adlandırılır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bürclər necə üzr istəyir?
Uşağı necə əmizdirmək lazımdır
Mənim əl işlərim (1)
Əsl yay salatı (foto resept)
Broşlar
Günün ulduz falı - 01.12.2013
Salfet ilə süfrələrinizi bəzəyin (3)
Qadın siyasəti
Ayaqaltı modelləri
Həyat deyilən bir şey var...
Günün qoroskopu: ciddi uğurlar zamanıdır
Evindən 45 zəhərli ilan tapıldı-FOTO
Azərbaycanda əhalinin sayı artıb
Vafli (foto resept)
Köhnə kitablar üzərində rəsm əsəri
Sergey Lazarev ilk dəfə qızını göstərdi-FOTO
Azərbaycanda hava xəbərdarlığı - qar gəlir
Konfransda Leninin ruhu ilə danışdılar
Disney şəhzadələrinin modern görünüşləri
Xanımların sevdiyi hədiyyələr
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Qadın.Net-lilər üçün avatarlar
Saçlarınız üçün lazım olan qidalar
“Facebook” istifadəçilərə pul verəcək
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
İlham Əliyev Ramazan Abdulatipovla görüşdü
Azərbaycanda 200 və 500 manatlıq əskinaslar olacaq
Bakıda ictimai nəqliyyatın iş rejimi dəyişdirilir
Milyoner 2-ci mərtəbədən yıxıldı-SƏBƏB
İlk modulyar planşet satılır
Emily Ratajkowski'nin gözəl dərisinin sirri
Boşanmanın səbəbləri
Google şirkəti Qreys Hopperi andı
Azərbaycanın ən yaşlı sakini KİMDİR?
Türkiyə silkələndi - TƏŞVİŞ
Artur Rasizadə qanunu dəyişdi
Nişanlılar üçün qoşa üzüklər
Azərbaycanda ən çox yoluxma haradadır?
Millimizin "Şaxtyor"la oyununda unikal hadisə
Qızlar üçün məktəbli çantaları
Ən yaradıcı instgram şəkilləri
63 qadın səmada rekord vurdu
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib
Uşaqların rəsmləri oyuncaqlara çevrildi
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
Rəngarəng saatlar
Zakir Həsənov Qarabağdan danışdı
"iPhone"nun qiyməti düşür
Külək Zərdaba ciddi ziyan vurub
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
- ŞƏRHLƏR