Müasir dövrümüzdə “autizm” termininin çox işləndiyinin şahidiyik. Son illərin ədəbiyyatında bu xəstəliyə rast gəlmə tezliyinin artması və xəstəliyin cəmiyyət üçün qlobal problem olması haqqında məlumatlar çoxdur. Bəs autizm nədir və hansı əlamətləri var? Gələcəyimiz olan uşaqları necə qoruya bilərik və bu problem müalicə olunurmu? Bu kimi çoxsaylı suallara cavab verməyə çalışaraq, autizm haqqında məlumatı az olan analara kömək olmaq istədik.
İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler(1857-1939) tərəfindən “Autizm” termini elmi ədəbiyyata gətirilib. “Autizm” termini “autos” (özüm) yunan sözündən götürülüb. Daha sonra Amerika psixiatrı Leo Kanner 1943-cü ildə erkən uşaq autizminin təsvirini verib.Asperger sindiromu və Rett sindromu adıyla təsnif olunan autizm formaları da mövcuddur.Onu qeyd etmək lazımdır ki, yalnız Rett sindromu qızlarda müşahidə olunur.
Autizm erkən yaşlardan başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Autizm irsi mənşəlidir, ancaq sırf irsi mənşəli olması hələ də tam sübut olmayıb. Nadir hallarda doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Autizm hadisələrinin sayı 1980-ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir. Ümumiyyətlə, autizmli uşaqlar seçilirlər. Özlərinə qapanır və ünsiyyətə girməyə çətinlik çəkirlər. Uşaqlar eşitdiklərini, duyduqlarını olduğu kimi qəbul etmir, ona görə də davranışlarında problemlər yaranır. Autizmin əlamətləri uşağın yaşına və inkişafına görə dəyişə bilər. Hətta belə uşaqlar vaxtında danışmağa, cizgi filmindən və şeirlərdən bəndləri, ya da kiminsə səsi ilə eyni sözləri təkrarlamağı bacara bilər. Lakin, autizmli uşaqlar oyuncaqla deyil, oyuncağın hər hansı elementi ilə oynayır və eyni zamanda bir əşya ilə bir saat deyil, saatlarla oynayırlar. Belə ki, normal uşaqlar bir oyuncaqla bir saat oynadıqdan sonra yorulur və onu başqa oyuncaqla əvəz edir. 5-7 yaş dövrü olan uşaqlar rollu oyunları, məsələn: satıcı, həkim, müəllimə, ana obrazındakı oyunları sevirlər. Lakin autik uşaqlarda bu, mümkün olmur və xəstə uşaqlar özlərini birinci şəxs yox, üçüncü şəxs kimi söyləyirlər. Məsələn: “mən gəlirəm” əvəzinə “o gəlir” deyə bilərlər.
Autizmin əsas əlamətləri: barmaqlarının ucunda gəzmə, yerində fırlanma, ətrafına qarşı laqeydlik, eyniliyi istəmə və dəyişikliyi sevməmək, səbəbsiz ağlamaq və gülmək, ünsiyyət problemi, göz kontaktının olmaması, yellənmək, tək başına qalmaq istəyi, əllərini- qollarını fırlatma, özünü vurma, əllərini dişləmək, dayanmadan əl çalmaq və s.
Uşağa 36 aylıq yaşa qədər diaqnoz qoyulmalıdır və diaqnozu nevropotoloq qoymalıdır. Belə ki, autizmin əlamətləri 7 ayında özünü göstərə bilər. Məsələn: 3 aylıq normal uşaq anaya gülümsəyir, 7 ayına qədər anaya qollarını açırsa, 7 ayında autik uşaqlarda əlamətlər göstərir ki, onlar ananın varlığının fərqində belə olmur. Autik uşaqlar körpəlikdə 2 cür xüsusiyyətlərə malik ola bilərlər: ya dayanmadan səbəbsiz ağlayan və yerində dayana bilməyən, ya da həddindən artıq sakit və laqeyd ola bilərlər. Hətta ana onu otaqda tək qoyub getsə belə, onun üçün dəyişən heç nə olmur. Bəzən autizmi əqli gerilik, ya da hiperaktivliklə də səhv salırlar. Lakin qeyd etmək lazımdır ki, autik uşaqlarda həm əqli gerilik, həmdə hiperaktivlik olur.
Autik uşaqlara birinci növbədə ünsiyyət və davranış öyrədilməlidir; onlarla təkcə psixoloq yox, loqoped və defektoloq paralel şəkildə işləməlidir. Xəstə uşaqlarda loqopedin köməyi ilə nitq inkişaf edirsə, defektoloqun köməyi ilə hərəkətlər tənzimlənir, məsələn: otur, dur, salamlaş, sağollaş və s. Psixoloqun köməyi ilə autik uşaq cəmiyyət arasında özünü idarə etməyi öyrənir və sosial mühitə adaptasiya olur. Məsələn: pişiyin heyvan olduğunu, harada yaşadığını, nə yediyini, hansı səsləri çıxardığını öyrənir. Uşaq olarkən valideynlər onların yanında olur, amma böyüyəndə onlar təkbaşına özlərini idarə etmək məcburiyyətindədirlər. Autik uşağın birinci növbədə diqqəti korreksiya olunmalıdır. Paralel olaraq evdə valideynin də öhdəsinə məsuliyyət düşür.
Uşaqda autizm nə vaxt aşkar olunarsa, elə həmin andan tədrisə başlanmalıdır. Tədrisə nə qədər tez başlanarsa, nəticə o qədər uğurlu olar. Ümumiyyətlə, analar uşaqlarda hər hansı qeyri-adi hərəkətlər hiss etsələr, mütləq psixoloqa müraciət etsinlər. Fikirləşməsinlər ki, yaş keçdikcə keçib gedər. Bu haqda qonşulara, yaxınlara sual verməkdənsə, bir dəfə mütəxəssisə müraciət etmələri problemi onların usaqlarının xeyrinə həll etmələrinə yardım etmiş olacaqlar.
Təbii ki, hər ana üçün bunu qəbul etmək çətin olur, qorxmaq, geri çəkilmək əvəzinə, sadəcə inanmaq lazımdır. Ən birinci isə, səbrli olmaq lazımdır. Valideynlər bunun səbəblərini bir-birlərində axtarmasınlar, çünki bunun səbəbləri hələ tam məlum deyil. Nə sevgi azlığından, nə stres və qorxudan, nə də imkansızlıqdan olduğu bilinmir. Dünyanın istənilən ölkəsində bolluq içində yaşayan bir ailədə belə autik uşaq dünyaya gələ bilər. Buna görə də ana və atalar bir-birlərini günahlandırmaq əvəzinə, əl-ələ verib uşağın tədrisi ilə məşğul olmalıdırlar. Çünki bu uşaqların tədrisləri davamlı şəkildə olarsa, onlarında özlərinə görə uğurlu nəticələr əldə olunar.
Əziz valideynlər, əgər uşaqlarınızda münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik, ətrafdakılara yad və laqeyd münasibət, insanlara cansız əşyalara olduğu kimi münasibət, sosial davranışların “incəliyini” və digər insanların dР° istəyinin, məqsədinin, nəzər-nöqtəsinin olduğunu başa düşməmək, sözlərin mənasını anlamaqda çətinlik, ancaq öz ehtiyaclarının ödənilməsi ilə Рјəhdudlaşan ünsiyyət, başqa insanların jestlərini, səs intonasiyalarını, bədən dilini və mimikasını təqlid etməkdə çətinlik, nitqdən qeyri-adi istifadə və nitqi hərfi РјənР°dР° anlamaq, bir fikirdən digərinə keçməkdə çətinlik, dəyişikliklərə müqavimət və s. kimi əlamətləri müşahidə edirsinizsə, o zaman mütləq ixtisaslaşmış müəssisələrə müraciət edin! Bu, sizin uşağınızın sosial mühitə adaptasiya olmasına kömək etmiş olacaq!
Əgər şübhəli və normadan kənar hallar ilə rastlaşmış olsanız, bu ünvanda təmənnasız müayinədən istifadə edə bilərsiniz:
E-mail: [email protected]
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 4, "Autist Uşaqlarin Reabilitasiyasına Kömək" İctimai Birliyi
Telefon: 012 511 36 17, 055 742 00 75, 077 742 00 75
Hamınıza sağlam övlad arzu edirik!
Psixoterapevt həkim, phd. Kərəmova N.Y.
Psixoloq Əzimova G.
XƏBƏR LENTİ
Ətdən çox istifadə hansı fəsadlara yol açır?
Bakıda uşaqlar arasında yoluxucu virus yayılıb
Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub
Gümüş xərçəngə qarşı effektiv vasitədir
Azərbaycan yeni pensiya sisteminə keçir
“Virus mutasiyaya uğrayaraq yenidən yayıla bilər”
Pikassonun tablosu 6,9 milyon dollara satıldı-FOTO
Putindən Azərbaycanın xalq artisti ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev Gəncədə
Unikal əməliyyat keçirildi, beyni yeyən qurd çıxarıldı
Böyük Corc Buş 90 yaşında paraşütdən tullanıb
Yay gəlməmiş bəla gəldi: Tovuzda qadını ilan sancıb
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO
Hande Ataizinin gözəllik sirri məlum oldu
"Yenə də ad günü... Yenə də palata və mən..."
Ev şəraitində lülə-kabab (foto resept)
“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA
Evlilikdən əvvəl 5T qaydası
"Terminator 6" filmindən ilk FOTO
Qatıqlı təzə lobya yeməyi (foto resept)
Adobe Photoshop CS5 Extended x86/x64
Azərbaycanda zəlzələ oldu
Niyə arıqlaya və ya kökələ bilmirik?-2
Ölümün bir addımlığında: Beyin travması
"Stress çarxı" adı altında insanlar necə aldadılır?
Süni ət istehsal edildi
Əl və ayağa qulluq necə olmalıdır?
Xəyallarını de, düşüncələrini göstərim
"Ebola" Qərbi Afrikada 8 mindən çox can alıb
Azərbaycanda kolleclərə qəbulda yenilik
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Uşağı "pis yetişdirməyin" yolları (Son)
Online nikah mümkün olacaq - UKRAYNADA
Mariya Şarapova ərə gedir
Yayın trendi; həsir çantalar
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
“Skype”da inanılmaz səhv
Azərbaycanda uşaqlarla bağlı yeni qaydalar qüvvəyə mindi
Hansı brauzer daha populyardır?
Azərbaycanda şaxta olacaq
Toyunuzdan əvvəl detoks edin
Günün qoroskopu: mövqelərinizi möhkəmləndirin
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Dərslərə az qaldı...
İjevsk salatı
Qadın.Net-lilər üçün avatarlar
Bu gün Lavrov və Çavuşoğlu Rusiyada Qarabağ məsələsini müzakirə edəcəklər
Bakıda Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Qəbələdə mürəbbə festivalı keçirilir
Makaron haqqında bunları bilmirdiniz!
- ŞƏRHLƏR