İlk qadın məcmuəsinin naşiri
XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.
22 yanvar 1911-ci ildə Bakıda redaktoru Xədicə Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova olmaqla ilk qadın mətbuat orqanı - “İşıq” qəzeti təsis edilir. “Kaspi” qəzeti ertəsi gün yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili - red.) çapdan çıxıb. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.
Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası, evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.
Ziyalı qadınlardan Asya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Səidə Şeyxzadə, Nabat Nərimanova və Gövhər Şövqiyyə və başqa maarifpərvər qadınlar nəşrin ətrafında böyük inamla birləşmişdilər. X.Əlibəyovanın “Hüquqlarımız” sərlövhəli silsilə məqalələrində qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. geniş şəkildə əksini tapırdı.
Görkəmli ədib və ziyalılardan M.Hadi, Y.V.Çəmənzəmənli, B.Şahtaxtinski, İ.Məlikov və başqaları qadın mətbuatının öncülü olan “İşıq” qəzetinin nəşrinə sevinərək təbrik məktubu yazmışdılar. B.Şahtaxtinski “Yeri gəlmişkən” adlı məktubunda bildirirdi: “Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladını yaxşı tərbiyə və həyatını yaxşı təmin edə bilər... Bu həyat qanunu elə onların vasitəsilə azərbaycanlılarla maarif arasında bir körpü qurdu”. Tədqiqatçı Rəqibə Məmmədova araşdırmasında yazır ki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birillik nömrəsini çar II Nikolayın xanımı imperatriçə Aleksandra Fyodorovnaya göndərmək üçün ərizə yazır və ondan icazə istəyir. İmperatriçə Xədicə xanımın xahişini razılıqla qarşılayır.
Göründüyü kimi, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbu orqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərək onun davamlı nəşri üçün əlindən gələni edib. Bütün bunlara baxmayaraq, “İşıq” qəzeti cəmi bir il nəşr olunub və bu müddətdə 68 nömrəsi işıq üzü görüb.
1912-ci ildə qəzetin nəşri dayandırılır və Xədicə xanım Şəkiyə köçür. O, 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkimlik fəaliyyətini davam etdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak edir. Ömrünün ahıl çağlarında Bakıya köçür və 1961-ci ildə burada vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 1 fevral.- S.14.
http://www.anl.az/down/meqale/medeniyyet/2017/fevral/526437.htm
XƏBƏR LENTİ
Azərbaycanın orta məktəblərində islahatlar belə olacaq
Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışı oldu
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Vitaminlərin sirləri(2)
Seda Bakan ana olacaq!-FOTO
Hadise paylaşdığı rəqsi haqqında danışdı
Dərinizə uyğun makiyaj rəngləri
Ən qəribə kulinar adətləri
Ramazanın 23-cü gününün duası
Azərbaycan torpaqlarının geri qaytarılması üçün yeni qanunun qəbul edilməsi təklif olunub
“Çukur”un çəkilişləri dayandırıldı
Gülben Ergen bu mahnıya 150 min xərclədi
Qəbizlikdən xilas olmağın ən sürətli yolları
Paris sularında koronavirus aşkar edildi
Qubadlı rayonundan görüntülər - VİDEO
3 rəngli brokoli salatı (foto-resept)
Xocalı qurbanlarına qeyri adi abidə ucaldıldı
İtaliyanı "Eurovison"da təmsil etmək istəmir-FOTO
Antonio Banderas Şah İsmayıl oldu
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq
Toz fırtınası Azərbaycana təsir edəcək? - Rəsmi açıqlama
Dilqəm və Şahbaz yolunda yeni dava
2013-cü ilin ən uğursuz filmləri
Gizli insan üzlərini tapın
Hicablı qadınlar üçün 2019 yaz dəbi
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Polis hovuza düşən maralı xilas etdi – FOTO
Evdə bu tədbirlərin keçirilməsi QADAДћAN EDİLDİ
Rəngarəng gəlinliklər
Ürküdücü yerlər-2
100 yaşlı nənənin toyu oldu - VİDEO - FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
Azərbaycanda depressiya artır
İştahanı azaltmanın 6 yolu
Bülent Ersoydan səs-küylü AÇIQLAMA
ABŞ-dan İrəvana tərs şillə
İnamsızlıq, yalan, ən yaxın dostun xəyanəti və...
Bağırsaq polipləri
HAVA necə olacaq?
Bu gün Yaşar Nurinin doğum günüdür
Badamlı plov (foto-resept)
Ziyafət üçün saç düzümü
"Dərs vaxtı"nın 18 sentyabr cədvəli açıqlandı
Acı bibərin faydaları
Dağıdıcı smartfon gəlir
30 gün əvvəldən bilet almaq mümkündür!
Gənc görünmək üçün nə etməli?
Adını dəyişmək istəyən şəxs nə etməlidir?
Yaponların qeyri-adi icadı
- ŞƏRHLƏR