Artıq cəmiyyətdə mobil telefon yalnız danışmaq üçün vasitə kimi qəbul olunmur. Mobil telefonların rəngarəngliyi və qiymət fərqləri insanın hansı sosial statusa aid olduğunu, xarakterini, fəaliyyətini anlamağa imkan verir. Xüsusilə də, gənclər arasında daha varlı görünmək üçün borca girib bahalı və son dəbli mobil telefonlar alanlar az deyil.
Psixoloqların müşahidələrinə əsasən, mobil telefona görə sahibin xarakteri, işi, məşğuliyyəti, həyat tərzini və gəlirlərini bilmək olar. Psixoloq Jalə Həmidlihesab edir ki, qara telefon istifadəçiləri ciddi olur və diqqət çəkməyi sevmirlər. Onlar mobil telefonlarını necə fəaliyyət göstərməsinə nəzərən seçirlər. Mobil telefonları başqalarının marağına səbəb olmamalıdır.
Al qırmızı mobil telefon sahibinin diqqət mərkəzində olmağı xoşladığını göstərir. Bu cür telefon sahibi istər-istəməz başqalarında maraq oyadacaq. Qırmızı telefonlara qadınlar üstünlük versələr də, kişilər arasında da qırmızını seçənlər olur.
Ağ mobil telefon istifadəçiləri yumşaq xasiyyətlidir. Onlar evdə vaxt keçirməyi və rahatlığı xoşlayırlar. Ağ telefon daim qulluq tələb etdiyi üçün onu seçənlər səliqəli olur. Bu rəngi seçənlər diqqət mərkəzində olmağı istəmir və utancaqdır.
"Maddi baxımdan məqsədlərinə çatmış şəxslərsə qızılı telefonlara üstünlük verir. Belə adamlar pul qazana bilir və bacarıqlarını nümayiş etmək istəyirlər. Bu çalarda telefon seçimi başqalarında sahibinə qarşı hörmət hissini oyadır", - deyən müsahibimizin sözlərinə görə, şəxsi tanımaqda mobil telefonların qiyməti də böyük rol oynayır. Belə ki, ucuz telefon sahibləri özlərini qənaətcil və pulu düzgün xərcləyən hesab edir. Onlar əyləncələrə çox pul xərcləmək istəmir və öz gəlirləri barədə məlumat verməyi sevmirlər. Belə adamlar düşünmədən alış-veriş etmir. Hər qəpiyin nəyə xərcləndiyini dəqiq bilirlər. Bununla yanaşı özlərini xəsis və darıxdırıcı insan hesab etmirlər. Özlərini heç kimdən asılı hiss etmir. Reklamlara aldanmırlar. Başqaları da onlar haqda təxminən eyni fikirdə olur. Lakin ucuz telefon istifadəçiləri kənardan qənaətcil deyil, xəsis insan kimi görünür. Bəziləri isə belə adamların tənbəl olduqlarını və yeni model telefonların funksiyalarını öyrənməyə ərindiklərini düşünür. Dəb sevərlər isə belə adamları ya zövqsüz ya da imkansız olduqları qənaətinə gəlirlər. Amma əksəriyyət ucuz telefon sahiblərinin seçimini müsbət qiymətləndirir və bahalı telefonla özlərini göstərmədikləri üçün hörmətlə yanaşırlar.
Bahalı və son dəbdə olan telefonları seçənlər ətrafdakıların zövqünə heyran oldqularını düşünür. Onlar çox bahalı telefon işlətməklə, hər şey bildiklərini, gözəlliyə qiymət verdiklərini və incəsənəti anladıqlarını göstərmək istəyir. Belə adamlar o qədər də lazım olmayan vasitəyə görə çox pul xərclədiyi üçün başqalarının onlara paxıllıq etditiyini düşünürlər. Bahalı telefon işlədikləri üçün hər kəsin hörmətini və paxıllığını umurlar.
Lakin ətrafdakılarda belə şəxs bədxərc təəssüratını yaradır. Belə insanın əslində zövqsüz olduğunu, geyim və aksessuarlar vasitəsilə özünə diqqət çəkmək əvəzinə mobil telefonu ilə "gözə girmək" istədiklərini düşünürlər. Ciddi, işgüzar insanlar çox vaxt belə insanlarla iş görməyə meyl etmir. Ona görə ki, çox dəbli və bahalı telefon sahibləri etibarlı isan təəssüratını yarada bilmirlər. Bu səbəbdən də, dəbli telefonlar işgüzar insanların işinə yaramır və onları qeyri ciddi göstərir.
Bəzi gənc xanımlarasa bahalı telefon sahibləri daha cazibədar görünür. Onlar belə adamların diqqətə layiq olduğunu düşünür. Bu səbəbdən də, gənc xanımların rəğbətini qazanmaq üçün də bahalı telefon işlədənlər olur.
Texniki cəhətdən yeniliklərlə zəngin telefon istifadəçiləri də, telefon sayəsində ətrafdakıların onlara hörmətlə yanaşdıqlarını düşünür. Öz telefonlarına görə, hətta qürur duyur, özlərini müasir hiss edirlər. Psixoloqun fikrincə, ətrafdakılar belə insanların texniki yeniliklərə çox alüdə olduqlarını düşünürlər. Onları qapalı, ünsiyyətdən qaçan, bütün günü telefonu ilə qurdalanan adam kimi qəbul edirlər: "Bu səbəbdən də, gününü "samrtfon"larla keçirənlər bu xüsusiyyəti ilə ətrafdakıları qorxutduqlarını anlamalıdır. Çox vaxt belə insanlar nə kişilər, nə də qadınlarda empatiya yaratmırlar".
XƏBƏR LENTİ
Xizək sürməyin 5 müsbət təsiri
Bu uşaq "r" hərfini deyə bilmədi də...
Cenifer Lopezdən stil dərsləri
Məşhur aktrisa gəncliyindən danışdı
Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
30 yaşdan sonra dəriyə qulluq tövsiyələri
Hadisə reklamdan 3,5 milyon qazandı
Cem Yılmaz Serenay Sarıkaya üçün arıqladı
Saç rənginizi nə müəyyənləşdirir
Qara rəngli qar yağdı - FOTO
Uşağa həkimdən qorxmamağı necə öyrətməli?
Azərbaycanın işğaldan azad olunan ərazilərində azan səsi ucaldı - VİDEO
İrəvanı işğal edəcək ordu
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
ABŞ-da koronavirusdan rekord ölüm
Hande Erçel 2020-ci ilin ən gözəl qadını seçildi
Dekorasiyada qış rəngləri
Uşaqlar üçün tortlar
Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb
HAVA necə olacaq?- 25 APREL
Məndən sonrakı mən
“Kurtlar vadisi” serialının aktyoru qəzaya düşdü-FOTO
Birinci xanım ərəbləri hiddətləndirdi
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
1 həftəyə 3 kilo itirin (qərənfil suyu)
“Titanik” gəmisinə sualtı tur təşkil ediləcək
“Cumali” aşiq olub - FOTO
Rusiyadan Bakıya dəstək
Dünyanın ən gözəl kitabxanaları
Özge Gürel yeni filmdə
Xəyanət edən kişilər haqqında bilmədikləriniz
QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə fətvР° verib
Robotlar insanları hansı peşələrdə əvəz edəcək?
Ötən il cinayət törədən qadınların sayı bəlli olub
İlk görüşə nə geyinməli?
Məşhur aktrisa diqqət mərkəzində-FOTO
Rubl necə yüksələcək?
BÜRCLƏR bizə nə vəd edir?-22 Oktyabr
"Neftçi" loqosunu dəyişir
Qadın hansı halda analıq hüququnu itirir?
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
"Fidanların arzusu"
Notr-Dam kilsəsinin təmirinə başlanıldı - FOTO
Azərbaycanda implantasiya sahəsində bir ilk
Bədənə qulluq və vannalar
Koronavirus xəstələrinin saçı niyə tökülür?
Ölkədə ucuzlaşma başladı
Növbəti bələdiyyə seçkilərinin keçirilməsi elan ediləcək
Hava haqqında
Azərbaycanda kitabxanaçılığın inkişafı üzrə yeni Dövlət Proqramının layihəsi hazırlanır
- ŞƏRHLƏR