Ailə kimin üçünsə bir imtahan, kimin üçünsə bir hədiyyədir. Əslində həmişə fərqli cür yanaşdığımız imtahan, bəlkə də, illərlə xəyalını qurduğumuz, fərqli duyğular bəslədiyimiz ailə həyatımızda da qarşımıza çıxır. Heç düşünmədən belə canımızı fəda edə biləcəyimiz övladımızla, hər şeyimizi, sirrimizi, sevgimizi, dərdimizi, ömrümüzü paylaşdığımız həyat yoldaşımızla, bir çox hallarda ömrümüzün, demək olar ki, yarısını paylaşdığımız qaynanamızla… Bəli, bütün bunlar əslində içində olduğumuz üçün fərqinə varmadığımız, ancaq səbr edib sinə gərəndə bizə cənnətləri qazandıra biləcək bir imtahandır.
Övladımızla imtahan – bəlkə də bir xəstəliyi ilə. Gözünün önündə çöhrəsindən çarəsizlik yağan və köməyə ehtiyacı olan övlad. Bax, burada əsl imtahan başlayır. Allaha (c.c.) təvəkkül görə bilmədiyimiz və bizə ədalətsiz, ağır kimi görünən, əslində isə pərdə arxasında bizi Cənnətə səsləyən övlad imtahanı. Nə böyük bir imtahandır, elə deyilmi?!
Həyat yoldaşımız – hər şeyimiz. Onunla da imtahan olunuruq. Bəzən işdən evə gec gəlməsinə, bəzən ailəsinə və ya övladlarına vaxt ayıra bilməməsinə və bir çox özünəxas əskiklərinə qarşı sevgi ilə səbr etmə… Bu da bir imtahandır və bunun kimi daha nələr… nələr…
Bütün bunlara baxmayaraq, ailə bir nemətdir. Əskiklər isə şorbanın duzu kimidir. Onlar olmasa, gözəlliklərin qədrini bilərikmi?
Ailə quran insanı “qəfəsə düşən quşa” bənzədən qafil insan nə qədər ayaqda durmağa çalışsa da, nə qədər vüqarlı görünməyə cəhd etsə də, çinara bənzəməyə çalışsa da, əslində payızda yarpaqlarını tökməkdən qorxan ağaca, qaşsız üzüyə, ləpəsiz dənizə, hilalsız gecəyə, qarşılıqsız sevgiyə bənzəyir.
Qoca çinarlar var ki, insan baxdıqca vüqarına, gözəlliyinə valeh olur, amma bir də kölgə saldığı yerə baxın, bir yaşıllıq gorməyəcəksiniz. Ailəni bir yük kimi görən insan da belədir. Nə qədər vüqarlı görünsə də, əslində bir o qədər aciz və tənhadır çinar kimi. O böyüklükdə ağac bir də görürsən ki, kiçik, cılız bir qurdun əlində aciz qalır və heç gözləmədiyimiz adi bir gündə yıxılır. Ətrafında heç nə olmadığı üçün dayaq tapa bilmir. Halbuki ətrafında, kölgəsində ağac bitməyə qoysaydı, bəlkə də, onların köklərinə sarılar və ayaqda durmağı bacarardı. İnsan da belə deyilmi? Xəstəliklərimizlə, nəfsimizlə imtahan olunanda bizə dayaq olan ailəmizdir. Biz onlar olduğu üçün bu qədər ürəkli, iradəli, güclü görünürük. Yoxsa, gücümüz nəyə çatar ki?
Bəli, sərv olmalıyıq, istər ailədə, istərsə də cəmiyyətdə. Bir çoxumuzun qarşısına çıxan ailə imtahanını özümüzə hədiyyə olaraq qəbul etməliyik. Axı qarşılıq olaraq bizə Cənnət vəd edilir. Sinə gərməliyik çətinliklərə, sıxıntılara və “xəyanət”, “ayrılıq” kəlmələrini unutmalıyıq. Yalnız gözəllikləri görməyə çalışmalıyıq. Ən azı buna cəhd göstərməliyik. Çünki işdir, araya ayrılıq girsə və bunun qarşısını ala bilməsək, ən azı vicdanımıza hesab verəndə “mən əlimdən gələni etdim” cümləsini rahatlıqla deyə bilək.
Allahın halal qıldığı şeylər arasında ən sevmədiyi şey boşanmadır. Bəzən bu kəlməni çox asanlıqla söyləyə bilirik. Halbuki, ayrılıq kəlməsinin arxasında nə böyük uçurumlar var. Ani bir hirslə dediyimiz bu söz bir ömür boyu bizi girdablara sürükləyir. Sonralar nə qədər həyatımıza yön verməyə çalışsaq da, artıq bu kəlmə içimizə bir cığır salmış olur və bir də düzəldilməsi mümkün olmayan, düzəlsə belə, əvvəlki kimi qalmayan yolda görürük özümüzü. Kaş ki, ailə nemətinin qədrini əlimizdə ikən bilək və nə olursa olsun, əlimizdən buraxmamağa çalışaq. Mirvari necə sədəfində dəyərlidirsə, ailə də bütövlüyündə qiymətlidir. Bax buna görə həmişə dəyərli olmağa çalışmalıyıq. Ən azı ona görə ki, bizlər Allahın yaratdığı ən ali varlıqlarıq…
R.Qızılgül
XƏBƏR LENTİ
Sərt karantin günlərində itləri gəzdirmək olar? - AÇIQLAMA
Bərbərə getməyən Tarkanın yeni görünüşü-FOTO
Qeyri-adi heykəllər
Unikal almaz 32,6 milyon dollara satıldı
Hitlerin yəhudi həkimi
Bakıya qar yağacaq
Mirasını fanatı olduğu məşhur aktyora qoydu - FOTO
Azərcell prezidentindən qiymətlər haqda - AÇIQLAMA
Beyazıt Öztürk villasını bu qiymətə satır
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Fahriye və Burak cütlüyün oğlu Karan-FOTO
Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
Meyvəli piroq (foto resept)
Bakı metrosunda qiymət artır?
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
Qadın çantalarındakı mikroblar təhlükə yaradır
Qızılca xəbərdarlığı
Gəl, açıq danışaq
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Tərk edilmiş tikililər
Modern yalnızlıq və Sosial media
"Tısbağa" tortu və "Zebra" piroqu
Məşhur aktyor karantindən sonra ilk dəfə-FOTO
Türkiyənin baş naziri postuna namizədin adı AÇIQLANDI
Şəhid əsgərimizi izdiham yola saldı
Min bir gecə şirniyyatı (foto resept)
Yağları əritmək üçün 5 koktey
Koronavirusla bağlı son STATİSTİKA
Rusiyalı sənətkardan pişikli seramik boşqablar
İyun ayının qeyri-iş günləri açıqlandı
Koronavirusa görə Azərbaycanda rayona giriş-çıxış məhdudlaşdırıldı
Xərçəngdən qorunmağın təbii yolları
Karantinin yeni mənfi nəticələri açıqlanıb
Günün qoroskopu: diqqət mərkəzində olacaqsınız
Beren Saat çimərlik FOTosu paylaşdı
Günümüzün narkotiki şəkər! (1)
Bu dünyanı uşaqlar xilas edəcək!
“WhatsApp”da YENİLİK!
Uşağım məktəbə hazırdırmı?
Azərbaycan güləşçiləri üçün yenilik
Azərbaycanın bir gündə 8 medal qazandığı yarış
Klubumuzun Avrokuboklarda rəqibi bəlli oldu
Hamiləliyi sevmək üçün 10 səbəb
Üzüklər
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Ötən tədris ilində universitetlərdən nə qədər adam xaric olunub?
Fahriye Evceni arıqladan çay
Bakı aeroportunda erməni qadın saxlanılıb
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Dəriniz yaz meyvələri ilə yenilənsin
- ŞƏRHLƏR