Qadın.Netin əziz istifadəçiləri, bu xəbəri hazırlamaq fikiri atamla yol gedərkən ağlıma gəldi. Atam avtomobili sürətli sürürdü. Düşündüm ki, prezident olsaydım, kişilərə avtomobil sürməyi qadağan edərdim. Beləcə, kişiləri əsəbiləşdirmiş olardım. Bu niyyətlə sizlərin də fikirlərini öyrənmək istədim, bəziləriniz işi ciddiyə alıb ciddi qərarlar yazmışdınız (onları yazmıram, ümid edirəm ki, inciməyəcəksiniz. Bu bölümü oxuyub yenidən iştirak etmək istəsəniz, sevinərəm), bəziləriniz isə mövzuya uyğun yazmışdınız. Bu da istifadəçilərimizin fikirləri. Oxuyub gülümsəmənizə səbəb olacağına ümid edirəm.
Dəniz84
Mən prezident olsaydım, ölkədə dadlı yeməklərin bişirilməsinə qadağa qoyardım. Hər kəsi pəhriz saxlamağa məcbur edərdim. Ta ki, mən pəhrizimi bitirənə qədər. Daha sonra ölkəmdə dünyaya gələn hər qız uşağına mənim adımı verilməsini əmr edərdim. Beləliklə, hər adın qabağında məcburən nömrəsindən istifadə edərdilər.
Narın
Xəbərin adı diqqətimi çox çəkdi və üzümdə təbəssüm yaratdı. Bu heç vaxt real olmasa da, xəyalını qurmaq belə əyləncəli oldu. "Əgər prezident olsaydım" sözünü oxuyanda ilk ağlıma gələn şey o oldu ki, əmr edərdim hər kəs evində pişik saxlasın, kimliyindən asılı olmayaraq. ( Bəlkə o zaman anam da mənə icazə verərdi pişik saxlamağı)
Agat
Demək belə, xəbər çox gözəl, əyləncəli bir xəbərdir. Mən prezident olsaydım, təbii ki, sadə bir prezident olardım. Təmtərağı sevmirəm. Əvvəlcə məktəblərə aid qanun qoyardım. Belə ki, dərsə gedən hər uşaq dərsə getdiyi üçün dərsdən çıxarkən pulsuz dondurma və ya şokolad əldə etmiş olardı. Təbii ki, hər şeyin öz dəyərində. Bundan sonra böyüklərlə kiçiklərin yerini dəyişərdim. Qoy, böyüklər uşaqlıq eləsin, uşaqlar isə getsin işləsin. Uşaqlar bizə yemək bişirsinlər, ev yığışdırsınlar, qeydimizə qalsınlar. Biz isə yeyək, içək, kef edək. Digər bir əmrim isə o olardı ki, Qadın.Netdən başqa bütün saytlar bağlansın.
Şəri Babayeva
Mən prezident olsaydım, ilk növbədə ölkədə hind filmlərinə baxmağı və hind rəqslərini öyrənməyi qanuni edərdim. Bununla da səni cəzalandırmış olardım. Hind rəqslərini öyrənməyə məcbur edərdim, heç gözün götürmür də ona görə cəzalandırardım səni. Fürsət düşüb əlimə niyə istifadə eləməyim. Sonra səni filmə çəkdirərdim, orada da oxuyardın, oynayardın, bu da ikinci cəzan. Yaxşısı budur, mən prezident olmayım, yoxsa sənin işin çətin olacaq.
Gülşən29
Mən prezident olsam, əvvəlcə "Uraa" deyib qışqıraram. Daha sonra göstəriş verərəm ki, bütün iş yerlərində iş saatları səhər 8-9-10-da deyil, saat 1-də başlasın. Şənbə və bazar iş günləri, qalan beş gün istirahət günü kimi qeyd edilsin. Bütün mağaza və əczaxanalarda pamperslər pulsuz verilsin. Bütün ölkədə pəhriz saxlamağı qadağan edərdim. Hər kəs dadlı yeməklər yesinlər və hamı toppuş olsun.
AYSUN MEMMEDOVA
Mən prezident olsaydım, bu uşaq arabası və pampersi keşf edənlərə Nobel, Oskar, Kaan, Xalq artisti, Əməkdar artist, bir sözlə, nə mükafat varsa, ancaq onlara verərdim. Biz anaları düşünüblər, mən də onları qiymətləndirirəm bütün analar adından. Mən prezident olsaydım, uşaq kanallarına son qoydurardım, çünki televizora həsrət qalmışıq. Qadın.Net userlərinə çox gözəl hədiyyə verərdim. Ta sözü atdım da ortaya, seçim sizə qalıb.
Aytac
Əgər mən prezident olsaydım, həmişə istirahət, əyləncə mərkəzləri və mağazalardakı malların pulsuz olmasına göstəriş verərdim. Həm də özümə köməkçi götürərdim. Mən istirahət edəndə o işləsin deyə.
Selvi
Maraqlı mövzudur. Öncə onu deyim ki, insanı düşündürən bir sualdır. Bu cür mövzuları sevirəm. Mənim də fikrimi nəzərə aldığınıza görə sizə təşəkkür edirəm. Çox düşündüm, sonda bu fikrimin üstündə dayandım. Mən əgər prezident olsaydım, evdə qalmış qızları ərə verərdim. Toylarında da iştrak edərdim. Təsəvvür edin bu səhnəni...
Hacət-i Vuslat
Yumor bölməsinə aid xəbərdə iştirak etmək təklifi gələndə, düzü, əvvəlcə imtina edəcəyimi düşündüm, "Siz prezident olsaydınız, nə edərdiniz?" - belə bir mövzunun yumoristik tərəfini görmək mənim üçün çətindir. Amma sonra o gülməli məqamı gördüm. Bu suala cavabımdır - " Mən prezident olmaq istəməzdim." - məncə, bu gülməli gələ bilər çoxuna. Çünki "kim istəməz ki, ölkənin ən yüksək vəzifəsində olsun" deyə bir düşüncə var. Bundan imtina edən şəxsə hər halda gülərlər. Amma vəzifə yüksəldikcə məsuliyyət də çoxalır. 2-3 uşaqdan ibarət ailənin məsuliyyətini daşımaqda bəzən çətinlik çəkirik. İndi, görün, milyonlarla vətəndaşın məsuliyyətini daşımaq necə çətindir. Məsuliyyətdən, çətinlikdən qaçmıram, yox. Amma, həqiqətən, çox çətindir, insanların haqqını qorumaq, kimin haqlı olduğunu bilmək, qul haqqına girməmək çox vaxt həddən artıq ağır olur. Allah (c.c) buyurur ki: " İbadət bəndəmlə Mənim aramdadır, bağışlaya bilərəm. Amma qul haqqı bəndələrin arasındadır, bağışlanma yoxdur." Ölkənin ən kasıb insanı və ya prezidenti olmaq seçimi verilsəydi - "birinci" olardım, 100%!
Ro - Xe -Sa
Öncə onu qərar verərdim ki, kişilər avtomobil sürməsin, bu qadağandır. Nəinki avtomobil, nəqliyyat sözü keçən hər vasitə qadağandır: at, uzunqulaq istisnadı. 8 Martda kişilərin telefon istifadə etməsinə qadağa qoyardım, istifadə edənləri də ən ağır cəza ilə cəzalandırardım. 8 Martda yoldaşına hədiyyə ilə yanaşı gül almalarını da qərara alardım, almayanları isə bir gül buketinin qiyməti qədər cərimələndirərdim. Müəllimlər günü şagirdlərin müəllimlərə dərs verməyini əmr edərdim.
Xəyalə Murad
Kim istəməz ki, prezident olsun. Əgər mən prezident olsam, göstərişimin sayı-hesabı bitməyəcək. Yalnız oxatan bürcündən olan xanımları öz əhatəmə toplayacağam. Daha sonra göstəriş verəcəyəm ki, qış fəslində bütün maşınlar dayanacaqlara qoyulsun. Şəhərdə bir ədəd nəqliyyat vasitəsi olsun, o da mənə məxsus olan. İnsanlar tamamilə ağ rəngdə xəz geyinsinlər. Yaz fəslində hər kəs yaşıl rəngdə geyinməlidir. Yayda sarı, payızda isə şabalıdı rəngdə geyimlərdə olmalıdırlar. Bir tək mən istədiyim rəngdə geyinə bilərəm. Ölkə əhalisi üçün cəmi 4 rəng yetərli və hətta artıqdır. Bütün geyimlərin dizaynı yalnız mənə aid olacaq. Heç qarışmayacağım sahə isə təhsil olacaq. Təhsildə valideynlər söz sahibi olacaq, qayda-qanunları yeni qərarları özləri verəcəklər. Digər ölkə prezidentləri ilə nəinki görüşlər və sazişlər imzalayacam, hətta yarışma belə keçirəcəyəm. Dünya üzrə prezidentlər olimpiyadası keçirilməsinin əmrini verəcəyəm. İki ildən bir olimpiyada təkrar olmalıdır. Olimpiyada da yarışlar idmanın ən çətin növləri olan 7 daş, 5 daş və ipdən atlama üzrə olacaq. Təbii ki, bu yarışda da mən qalib gəlməliyəm. Xalqı düşünən yox, düşündürən prezident olacağam. Bütün dünya prezidentlərinə örnək olsun deyə ildə bir dəfə deyil, ilboyu istirahət edəcəyəm. Ölkənin tək modelyeri, tək yazarı, tək söz sahibi özüm olacağam. Platformam isə: “Mən yalnız Mənim üçün” olacaq.
XƏBƏR LENTİ
"Onlayn fikir bankı” yaradılacaq
Günün qoroskopu: Atdığınız addımları təhlil edin
Rənglər dünyası(2)
Google Glass başağrısı yaradır
Dollara təsir edən QƏRAR
32 uşaq atası: “Hədəfim 50 övladdır”
Xəyalların intiharı...
Şahinlərin bayramıdır
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Nilufər 63 yaşını qeyd etdi-FOTO
Paltolar
Görmə qüsurlu insanlar üçün "ağıllı" eynək
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Hikmət Hacıyev şəhidimiz barədə: “Etnik rus kimi çoxmədəniyyətli Azərbaycanın qürurlu vətəndaşı idi”
Məhəmməd Əli ilə vidalaşırlar
Ledi Qaganın HAMİLƏLİK xəbəri yayıldı
Smartfonlarda PROBLEM: bu "smile"ları göndərməyin - FOTO
Rusiyanın Müdafiə naziri: “Artıq 1100-dən çox sülhməramlı Dağlıq Qarabağda yerləşdirilib”
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Düzgün pəhriz antidepressantları əvəz edə bilər
Azərbaycanda 90 yaşlı kişi koronavirusdan sağaldı - VİDEO
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında yenidənqurma işləri başlayır
Ev üsulu "Twix" şokoladı (foto resept)
Bu gün məktəblərdə "Son zəng" çalınır
Ingilis Dili-XII Dərs
WhatsApp-da hansı yeniliklər olacaq?
Sırma Markova
Açıq hava muzeyləri
Model 1,5 milyon dollarlıq hədiyyəsini paylaşdı-FOTO
"Çukur" mövsum finalına hazırlaşır
HAVA necə olacaq?
Emmy mükafatı: Qırmızı xalça
Qidadan zəhərlənmədə – Yeni kəşf
Evliliyi gücləndirən 5 vərdiş
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
2015 bürclərə nə vəd edir?
Hava haqqında
Melisa və Sərkanın yeni serialının yayım tarixi bəlli oldu
HAVA necə olacaq?-9 Avqust
Sehr təki əsərlər
122 kq ağırlığında nəhəng balqabaq
Türkiyəli aktyorların məşhur bacı və qardaşları
Qış aylarında immuniteti gücləndirən qidalar
Fransız dili-Dərs 2
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Mehriban Əliyeva xalqa müraciət etdi
Model 57 gündür koronavirusdan sağala bilmir-FOTO
Ceyk "Facebook" yaradıcısı Markın atdığı zibillərlə dolanır-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
- ŞƏRHLƏR