Darıxmışam
Ana, sənin qara dönmüş,
Tellərinçün darıxmışam.
Yollarımdan daş, kəsəyi
Yığışdıra-yığışdıra qırış tapmış
Əllərinçün darıxmışam.
Dünya boyda bir qayğını,
Bir sinəyə cəmləşdirən,
Ürəyinçün darıxmışam.
Mənim həyat kitabımın varaqların
Nurlandıra-nurlandıra
nurdan düşmüş
Gözlərinçün darıxmışam.
Bir addımı səhv atanda,
Ya sözünə baxmayanda,
Məni şuluq eləməkdən çəkindirən,
Məzəmmətli sözlərinçün darıxmışam.
Qulağımda cingildəyən nəsihətin,
Dönə-dönə söylədiyin,
Əzbərlənib yaddaşıma
Həkk olunmuş nəsihətin,
Diləyinçün darıxmışam.
İlk gəlinlik yadigarın
Ələyinlə ələdiyin,
Mənim qoğal payımı da
Onunla bir bişirdiyin
İsti təndir çörəyinçün darıxmışam.
Hər biri bir günüm olan
Tellərinçün darıxmışam.
Əllərinçün darıxmışam...
Bircə kəlmə sözün üçün darıxmışam,
Ana, Vallah, mən tək sənin özün üçün
Darıxmışam.
Körpənəm
Ana, istəyirəm mən də bir qədəm
Boy atam, böyüyəm sənin dünyanda.
Yox, yox sənin üçün böyüyə bilməm,
Saçlarım ağarsa, yaşa dolsam da,
Sənin aləmində hələ körpəyəm-
Mən neçə körpəyə ata olsam da.
Gərək insanlığı səndən öyrənəm,
Yoxsa ki, bu ömür tez gedər bada.
Nə qədər həyat var-sən varsan, varam.
Qayğısız, duyğusuz körpə balanam.
De, mənə laylanı, bir bax, gör, mənəm.
Sənin aləmində dəcəl körpənəm.
Müəllif: Xəlil Mirzə.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub
Fərqli kitab rəfləri
Həftənin ilk iş gününün HAVASI
2019 Bahar Trendləri
Xankəndinin işğalından 25 il ötür
Kriştiano Ronaldonu koronavirusa görə karatinə aldılar - Şok
2017-ci ildə övlad sevinci yaşayan məşhurlar
Dünyada yeni böhran başlandı
"Brexit" Azərbaycana təsir edəcəkmi?
Yuxularımız bizə nə deyir?
Obyektivlik hissindən məhrum olan müxalifətin acı taleyi
Məktub 107 il sonra çatdı
Yasin Quliyev ödənişsiz təhsil alacaq
Günün qoroskopu: qətiyyətli və inadkar olsanız...
Şəkər tozu ilə pilinq
Düşmən hərbi kolonu darmadağın edildi - VİDEO
Təyyarədə utandı, 96 kq arıqladı - FOTO
Jurnalist olmaq istəyənlərin diqqətinə!
Kişilər və pişiklər
Rekordlar kitabına düşmək 3 ilini aldı - FOTO
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib
İspan dili 17-ci dərs
Telefonla çəkdiyi şəkil övladını ölümdən xilas etdi - FOTO
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
Ünsiyyət üçün sözlərə ehtiyac olmadığını göstərən illustrasiyalar
Sinəsini böyütmək istədi beyni iflic oldu-FOTO/VİDEO
"Samsung" bazara "iWatch"a rəqib məhsul buraxacaq
Baş ağrısı və Miqren
Çayın zərəri də var
Məşhur müğənninin səsi batdı
Cinsi MIF-lər nədir?
Aşağı maaş Azərbaycanın imicinə mənfi təsir edir
Acundan AÇIQLAMA-FOTO
2012-nin ən dəbli gəlinlik kolleksiyası
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Sabahın HAVAsı
Trilioner oldu, sevinci çox çəkmədi
Şüşədə buzlu naxışlar
Azərbaycanlı zəvvarların ilk qrupu qayıtdı
Şirniyyat gəlincikləri
İsveçdən Ermənistana xəbərdarlıq
"ABŞ-dan dəstək gözləmirəm"
Britaniyalılar "Qızıl Top"un qalibini müəyyənləşdirdilər
Sabah 26920 nəfər biliyini sınayacaq
28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO
Bekhem Ailəsi qınandı-SƏBƏB
9 illik gəlinə kişi olduğunu dedilər
Rəqqasə Fatimə Leyla Əliyeva ilə... - FOTOLAR
Sağlam dərinin sirri
Qarabağın yalnız bir həlli yolu var
- ŞƏRHLƏR