İlk məhəbbət
Məskəni olduğu qəlb tək,
İlk məhəbbət kövrək olur.
Qəlbə dolur şirin mey tək,
Bəzən qönçə kimi solur...
İlk məhəbbət həzin olur,
Qəlboxşayan nəğmələr tək.
Gözəlləşdirir bir anda,
Həyatı tər çiçəklər tək.
İnsan yavaş-yavaş anır,
Nə deməkdir eşq, nədir istək!
Nədir ülvi, saf məhəbbət,
Nədir tükənməz səadət!
Olaydım
Bilirəm, dənizi çox sevirsən sən,
Kaş, mavi ətəkli dəniz olaydım.
Hər dəfə sahilə seyrə çixanda,
Səni dalğalarımla qucaqlayaydım!
Bilirəm, günəşi çox sevirsən sən,
Kaş qızıl hörüklü günəş olaydım.
Zülmət gecələri sənin xətrinə,
İşıqlı səhər tək, nurlandıraydım!
Bilirəm, çiçəkləri də çox sevirsən,
Kaş sevdiyin o gözəl, xoş çiçəklərin,
Ləçəyi olaydım, ətri olaydım!
Hər dəfə onları qoxlayanda sən,
Qəlbinin içinə səssiz dolaydım.
Gülləri, çiçəyi sevən şəhzadəm,
Mən sənin başının tacı olaydım.
Qismətin, vəfalı yarın olaydım!
Qəlbimdəsən
Mən günəşəm, sənsə mənim şəfəqimsən,
Mən səmayam, sənsə mənim göy rəngimsən,
Mən göz yaşı, sənsə mənim sevincimsən,
Ona görə sən həmişə mənimləsən,
Ona görə sən həmişə qəlbimdəsən.
Qızılgüləm, sənsə mənim bülbülümsən.
Gur avazam, sənsə mənim səs telimsən.
Yanan şamam, sənsə mənim pərvanəmsən,
Ona görə sən həmişə mənimləsən.
Ona görə sən həmişə qəlbimdəsən.
Mən kədərəm, sənsə məni sevindirən,
Mən dərdliyəm, sənsə məni ovunduran,
Mən xəstəyəm, sənsə mənə şəfa verən,
Ona görə sən həmişə mənimləsən.
Ona görə sən həmişə qəlbimdəsən.
Mən ürəyəm, sənsə mənim döyüntümsən,
Mən vurulmuşam, sənsə mənim aşiqimsən,
Mən taleyin, sənsə mənim qismətimsən,
Ona görə sən həmişə mənimləsən.
Ona görə sən həmişə qəlbimdəsən.
Müəllif: Günel Malıyeva
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kanadalı lotereyada 47 milyon dollar udub
Badımcanın faydaları
Bu şəxslər kommunal xərclərdən azad edildi
Günün ulduz falı
Suya qənaət vərdişi bizə niyə lazımdır?
Sensasiya: Marsda su tapıldı
Google-dan təqaüd qazanan Murat Çiçek
Viktoriya Sekretdən yun və trikotaj platyalar
Sürücülər üçün: Cəriməni tez ödəyənə 50 faiz güzəşt
Məşhur filmdən Azərbaycana Təşəkkürlər-FOTO
Əsl ananın əziz xatirəsinə
Doğuş vaxtı qadın özünü necə aparmalıdır?
İranlılara ümrə ziyarəti yasaqlandı
Gil maskasının faydaları
Toylara icazə verilməməsinin ƏSL SƏBƏBİ - Türkiyə təcrübəsi dərs oldu
Uşaq otağı üçün maraqlı dekorasiya nümunələri
Tərtər şəhəri atəşə tutulub - RƏSMİ
Pomidor maskası
Yataq otağı dizaynı
113 yaşlı seçici məntəqədə səs verəcək
Koronavirusun ikinci dalğası daha təhlükəli olacaq? - professordan açıqlama
Günün qoroskopu: inadkarlıq münasibətlərdə çox problemlər yarada bilər
Göbələk dolması ( foto resept)
Miniatür əl işləri
Bakı İES yanvar-iyul aylarında təxminən 300 milyon kVt/s elektrik enerjisi istehsal edib
Bu rayonlarda qaz olmayacaq
İlham Əliyev mükafatlandırıldı
Bu il nümayiş olunacaq, kitab əsasında çəkilmiş 10 film
Quru dəri üçün nəmləndirici maska
Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib
Bu qidalar iştah kəsir
Günün qoroskopu: Pozitiv olun!
Piylənmənin səbəbləri və fəsadları
Alimlər koronavirus daşıyıcısı olan heyvanları araşdıracaqlar
Tələbə adını qazananların siyahısı çap olundu
Toy üçün mahnılar-Siyahı
Mənzil-istismar sahələri ləğv olunacaq
İlin transfer bombası partladı - 31.5 milyon avro
Yeni qaydalar: Sürücülər bunu bilməlidirlər
Adelin Yeni İl FOTOsessiyası
Elektrik enerjisinin aylıq istehlak limiti artırıldı - QƏRAR
Dahilərin kəlamları
Bananlı tort (foto resept)
Jennifer Lawrence'ın 12 milyonluq evinə qonaq olun
Tacikistanda bir sutkada 4 zəlzələ: onlarla evi dağıldı
Namazın rükətlərinin sayını bilmədən...
Hande Erçelin anası öldü
Koronavirusla bağlı son STATİSTİKA
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
Xamalı quzuqarnı (foto resept)
- ŞƏRHLƏR