Eşitmir
Aman Allah, qoru bizi bəladan,
Ata-oğul bir-birini eşitmir.
Görən hara gedir bu qanlı karvan?
Dəli Araz öz Kürünü eşitmir.
Tale küsər, qismətini gəc eylər,
Bel bükülər, ömür vaxtsız köç eylər.
Yerli, yersiz kişisini gic eylər,
Arvadlar da öz ərini eşitmir.
Zülfüqar, ölübdü nazı gözəlin,
Yoxdu dürlü-dürlü sözü gözəlin.
Gör necə dönüb ki, üzü gözəlin,
Nə xeyrini, nə şərini eşitmir.
Dünyada
"İşığı zülmətə, ömrü röyaya,
Çeşməni kölməyə dəyişmək olmaz!
Küllüyü bağçaya, bağı səhraya,
Düyünü ilməyə dəyişmək olmaz!"
Qəm yükü ağırdı, çəkə bilmirəm,
Günü-gündən artıb, çağlar dünyada.
Uçub könlüm evi, tikə bilmirəm,
Bu fələk gör kimi dağlar dünyada?
Bilmədim ki, kimlər məni çeynədi,
Yaralarım göz-göz oldu göynədi.
Tale gördüm, saplanmamış iynədi,
Kimlər gülər, kimlər ağlar dünyada?
Xəyal gəzdi gah dağı, gah aranı,
Açıq-aşkar gördüm ağı, qaranı.
Zülfüqar, qövr edən belə yaranı,
Kimlər məlhəm qoyub bağlar dünyada?
01.04.1997
Məni
Gəriləndə könül simi,
Tapılmadı duyan məni.
Səsinə qatdım səsimi,
Ağlatdı uyuyan məni.
Yandırdılar kömür kimi,
Əritdilər dəmir kimi.
Oxlov ilə xəmir kimi,
Gör kimlərdi yayan məni.
İstədim dəryada üzəm,
Qəfil suda sındı kuzəm.
Dağlara üz tutdum bu dəm,
Çaldı ilan-çayan məni.
Qopdu qəlbimin harayı,
Uçdu möhtəşəm sarayı.
Sadəliyin budu payı,
Kimdi indi sayan məni?
Parıltıma kor oldular,
Külüm düşdü, qor oldular.
Çevrilib nankor oldular,
Qalmadı ovlayan məni.
Becərdiyim vermədi bar,
Gen dünyamı eylədi dar.
Dövran dəyişdi, Zülfüqar,
Tez unutdu doyan məni.
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Toyuqlu qovurma (foto-resept)
Səhiyyə Nazirliyi: Hüquqlarınızı tələb edin
İnanılmaz olsa da, realdır
Köynək düymələri
Günün ulduz falı - 15.08.2013
Neymar Messi və Ronaldunu geridə qoydu
Dizaynı ilə seçilən əşyalar
Bu gün Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümüdür
Bakı bulvarında bayram sürprizi
Avropanın parıldayan şəhəri - Barselona
Kökəldən səhər vərdişləri
2023-cü ilə qədər trans yağların istifadəsindən tamamilə imtina edilə bilər
Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi
Bakı bazarlarında yeni bahalaşma
Düşmən ordunun böyük sirri
Günün ulduz falı - 01.02.2014
Məşhur modelin bu addımı QALMAQAL yaratdı-FOTO
Bir həftəyə 7 kq arıqlamanın yolları
Bu günün hava proqnozu
Biliyini yoxla (2)
Günün ulduz falı
Qeyri-adi çantalar
Zirəddin Rzayevdən tükürpədici proqnoz
Qəhramanların qeyri adi qorxuları...
HƏR KƏS bu uşaqdan danışır-FOTO-VİDEO
Bakı-Sumqayıt magistralına alternativ yol çəkilsin
Evində Wi-Fi olanların diqqətinə
68 yaşlı Hollivud ulduzu 3-cü dəfə evlənir - 32 yaşlı qadınla - FOTO
Qoltuqaltını ağardan 3 üsul
Əlillər və şəhid ailələri mənzillə təmin ediləcək
Günün qoroskopu: mübahisələr istisna deyil
Təyyarəyə gizli girən qarğa Sinqapurdan Londonda uçdu-FOTO
Albalı limonad (foto resept)
Mənim toxuduqlarım
Həcc ziyarətinə getmək üçün kvota aradan qaldırıldı
Şahzadə Diananın məşhur libası satışa çıxarılır-REKORD MƏBLƏДћ
Günün ulduz falı
Qazax benzini alacağıq
“Ermənistan qeyri-humanistlik göstərərək 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib” - RƏSMİ
Bakıda Ebola virusu? 8 nəfər həkimə müraciət etdi
"Pizza" (foto-resept)
Qızıl maska sayəsində dəriniz işıldasın!
Düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların yeni görüntüləri yayıldı - VİDEO
Koronavirus əlamətlərini hiss edirsizsə, BUNLARI EDİN
Armudlu maffinlər (foto resept)
Moskvada Qurban bayramında 100 min müsəlman namaz qıldı
3 erməni əsgərini əsir götürən şəhid polkovnikin evindən REPORTAJ
COVID-19-dan qorxan avtobus sürücüsü risk etmədi - VİDEO
Milli Televiziya və Radio Şurası teleseriallarla bağlı xüsusi müraciət edə bilər
"Real" - "Atletiko": Derbi hansı kanalda?
- ŞƏRHLƏR