İnsanın özünü dəyərləndirməsi dedikdə, ilk növbədə onun bir insan kimi,şəxsiyyət kimi cəmiyyətdə rolunu və vəzifəsini dərk etməsidir.
Bunun üçün yaxşı olar ki, tez-tez "mən kiməm?" sualına cavab verə... O zaman insan daşıdığı funksiyanə daha yaxşı dərk edəcək...
Belə bir deyim var ki, özünə qiymət verməyən insan heç kimə qiymət verməz... Deməli insan İlk növbədə özünə, sonra başqasına qiymət verməlidir. Bu xüsusiyyət başqalarının da qiymət verməsinə səbəb olacaq. Həyat mübarizə meydanıdır. Bunun üçün insan özünü cəmiyyətə qəbul etdirməyə çalışır. Sadəcə hər kəs müxtəlif üsullarla... Doğru, ya da yanlış... Özünə qiymət vermənin ən gözəl üsulu insanın öz hərəkətlərinə tənqidi yanaşmasıdır... Nəyi düz, nəyi səhv etdiyini anlayır. İnsanın öz hərəkətlərini təhlil etməsi gələcəkdə bu səhv hərəkətlərin təkrar olmaması deməkdir. Təsəvvür edin, cəmiyyətimiz necə gözəl olardı... Amma unutmayaq ki, insan özünə həddən artıq qiymət verəndə bu ona gətirib çıxaracaq ki, onlar heç kimi bəyənməyəcəklər... Belə adamlar eqoist və özünü bəyənmiş olurlar. Biz başlayırıq onları tənqid etməyə. Deməli özünübəyənmənin ifrat dərəcəsi də düzgün deyil. Əks təqdirdə gülüş obyektinə çevrilə, dostlarımızı itirə bilərik.
Hər birimiz istər -istəməz insanların diqqət mərkəzində oluruq... Ətrafımızdakı insanlar bizə göz qoyur, hərəkətlərimizi müzakirə edib qiymət verirlər. Nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma qaçılmaz bir fakt var ki, bizim cəmiyyət öz hərəkətlərini cəmiyyətin fikrinə uyğun qurmaga alışıb. Nə deyərlər. Kaş ki, hamı "nə deyər" əvəzinə "necə olacaq" deyə fikirləşərdilər... Necə gözəl olardı...
İnsan eyni zamanda ətrafındakı insanlara da qiymət verməyi bacarmalıdır... Dostluqda düzgün seçim etməlidir ki, sonradan peşman olmasın. Çünki insan ömrü boyu kiminləsə dostluq etməyə, yoldaşlıq qurmağa məcburdur... Bütün həyatı boyunca başqaları ilə ünsüyyət qurmağa, onlarla birlikdə yaşamağa məcburuq... Buna görə də, birgə yaşayış qaydalarına əməl etmək məcburi şərtdir.
Bəs ətrafdakıları necə qiymətləndirək...
Biz hər gün müxtəlif insanlarla ünsiyyətdə oluruq. İşdə, dərsdə, yolda, avtobusda və s. Bu insanlarla münasibətimiz qısa müddətli olsa da, biz onlara qarşı kobud münasibət göstərməməliyik. Əgər kobudluq etsək ətrafdakı insanların qınağına tuş gəlirik... Hər gün görüşdüyümüz insanlar da var ki, onlar bizim doğmalarımız, şagirdlərimiz, iş yoldaşlarımızdır. Təbii ki, bunları yaxşı tanıyır, onların müsbət və mənfi cəhətlərini bilirik. Bu insanların hərəkətləri bizdə emosiya doğurur. Bəzən razı qalır, bəzən narazılıgımızı bildiririk.
Ətrafdakılara qiymət verərkən onların bizə qarşı münasibətini, yaxınlıq dərəcəsini nəzərə almalıyıq. Məsələn, valideynlərini incidən,hörmətsizlik edən biri haqqında danışanda onu pis insan kimi qiymətləndirməyimiz bunun təzahürüdür. Yaxud, ətrafımızdakı insanların sədaqətinə, mehribançılıgına, səmimiyyətinə görə qiymət veririk. Ünsiyyət zamanı bunu nəzərə alırıq. Yaxşı olan o deyil ki, bizi tərifləsin. Yaxşı olan odur ki, səhvlərimizi bizə deyə bilir... Gələcəkdə bu səhvləri etməməyimizə səbəb verir. O zaman insan özünü tənqid edər və özündə düzgün xarakteri formalaşdırar.
Ona görə də cəmiyyətdə düzgün yaşamaq üçün cəmiyyətə dəyər vermək, onu qiymətləndirmək lazımdır. Cəmiyyətdən təcrid olunmaq ən böyük cəzadır. Hər bir insan cəmiyyətdə layiqli yer tutmaq üçün özünə və ətrafdakılara hörmətlə yanaşmalıdır. Həqiqəti sevməli, haqsızlığa və zorakılığa yox deməyi bacarmalıdır.
Müasir dünyamızda hamınıza həqiqət və ədalət uğrunda mübarizədə uğurlar arzulayıram. Uğurlarınız bol olsun!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR