Ayaq bağlanması (başqa adla Lotus ayaqlar, qız uşaqlarının ayaqlarının müəyyən bir ölçünün üstündə boyüməməsi üçün edilən"estetik" əməliyyat) ənənəsi,10-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinə qədər təxminən min il boyunca milyonlarla Çinli qadının məruz qaldığı "işgəncədir" əslində.
Ənənənin mənşəyi
Ənənənin mənşəyi 10-cu əsrin ikinci yarısında Çində hökm sürən Tan sülələsindən başladı. İmperator Li Yu'nun çox sevdiyi bir kölə qızın kiçik ayaqları ilə lotus şəklindəki platformanın etdiyi rəqs bütün Çində bir "moda" başlatdı. Saray içindəki və xaricdəki qadınlar bu gözəl qızın imperatorun gözünə girməsinin səbəbinin ayaqlarının kiçikliyi olduğu qənaətinə gələrək öz qızlarının ayaqlarının böyüməməsi üçün bir çarə axtarışına başladılar. Nəhayət 3-5 yaş arasındakı qızların ayaq barmaqları qırılıb ipəkdən sarğılarla yaxşıca, olduqca bərk bağlanması şəklində bir metod kəşf edildi və yüzlərlə il ərzində milyonlarla aristokrat Çinli qadın bu işgəncəyə məruz qaldı. Bu şəkildə ayaqların 7,62 santimetrdə qalmasıyla birlikdə, dabandaki əyilmə də ortadan qalxdı. Bu görüntü o zamanlar gözə çox gözəl göründüyü halda, indi anormal, şikəst bir ayaq görüntüsünü verir.
Buna niyə razı olurdular?
Kiçik ayaqlı qadınlar, özlərini imtiyazlı hiss edirdilər, çünki bütün həyatları boyunca müstəqil hərəkət etmələri əngəllənirdi. Bəs buna nə üçün sevinirdilər ki? Ayaqlarının barmaqlarının qırıq olması, elə də buraxılıb, bərk-bərk bağlanması (ağrını təsəvvür edin) nələrinə lazım idi? Niyə bu cür ağrıya dözürdülər? Çünki Çin şəhərlərində qadınların küçələrdə gəzmələri, kişilərlə eyni mühitlərdə olmaları, xüsusilə aristokrat qadınlardısa, xoş qarşilanmırdı. Ayaq bağlama əməliyyatı qadının tək başına gəzməsinə maneə törətdiyindən onların tək şəhərə çıxmaması, tək gəzə bilməməsi namusuna bir zərər gəlməməsi demək idi. Geydikləri xüsusi ayaqqabılara "qızıl lotus" deyilirdi.
Əməlliyyatdan sonrakı mərhələlər
Kiçik ayaq yaxşı bir evliliyə atılan ilk addım idi. Kiçik ayaqlı qız uşaqlarına əməliyyatın reallaşması anından etibarən bir də kölə verilirdi. Kölə və bu "işgəncəyə"məruz qalmış qadın bütün həyatlarını birlikdə keçirir, bir növ asılılıq əlaqəsi qururdular. Lotus ayaqlı qızların evliliklərindən sonra məsuliyyətləri qaynanasına keçir, ona bir şey olarsa da, ərlərinin bacılarınının (baldızı) məsuliyyəti altına girirdilər. Onların bir çoxu bu prosesdən şikayət etmirdilər. Çünki ömür boyu bir şikəstliyin, güclü ağrının qarşılığı yüksək status, zənginlik, möhtərəmlik və yaxşı bir evlilik idi. Eyni zamanda bir qız uşağının ayaqlarının bağlanması, onun imperatorun arvadı olmağa namizəd olması demək idi.
Etirazlar
Bu ənənəyə qarşı 17-ci əsrin başlarından etibarən etiraz başladı. Tzin sülaləsinin 1645-ci ildə ayaq bağlamanı qadağan etdi, amma bunda müvəffəqiyyət qazana bilmədi. 1911-ci ildə Çinlilərin və Qərblilərin də köməyiylə bu əməliyyat cinayət sayılmağa başlandı. Bəzi qadınların bu qadağaya qəti etiraz etdi. Bunun üzərinə gənc Çin Xalq Respublikası Hökuməti, üç mərhələli bir program başlatdı. Proqramın ilk mərhələsi bütün təhsil mərkəzlərində bu əməliyyatın fəsadları haqda məlumat verilməsi idi. Digər 2-si isə təhsil almayanların müxtəlif yollarla məlamatlandırması və lotus ayaqlara sahib olanların bundan sonra evlənə bilməyəcəyi idi. Qısacası kiçik ayaqlı qadınları bu dəfə də "evdə qalma" təhlükəsi gözləyirdi.
Bütün bunlar işə yaradı və qısa zamanda Çinin çox böyük bir qismində bu ənənə sona çatdı. Çindən qaçan ailələr arasında isə davam etdi. Xüsusilə ABŞ-da bu ənənənin 1950-lərə qədər davam etdiyi deyilir.
XƏBƏR LENTİ
Keçmiş sevgilisi toya gəlinlikdə gəldi-FOTO
Messi utandı-FOTO
Pulqabılar
Facebook elektron pul xidmətinə başlayır?
Soğanın yeni faydaları
Rusiya şokdadır: rubl dibə vurdu
Ancelina Coli xəstəxanadan çıxdı-FOTO
Gülbən Ergen və Demet Akalın barışdı-FOTO
Azərbaycana yeni heyvanlar gəlir
Cavabsız suallar
İçlikli kartoflar (foto resept)
Pensiyalarla bağlı yenilik
Qida formasında olan sırğa modelləri
HAVA necə olacaq?-23 dekabr
Sarımsaqlı saç maskası
“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək
Meltem 80 yaşlı ərindən qaçmasını AÇIQLADI-FOTO
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
"Huawei" istifadə edənlərin DİQQƏTİNƏ: Artıq işləməyəcək
72 yaşlı "Rembo"yaralandı
Qəbiristanlıqlarla bağlı yenilik
Orbakayte qızına ad günü etdi - fotolar
İnstaqramda yeni funksiya
Bir aya 10 kiloqram arıqladı - FOTO
2 qadın boksçumuz mükafat aldı
Azərbaycanda hansı qrup qana ehtiyac var?
"WhatsApp‍"a bezdirici özəllik gəlir
Azərbaycan xanımları əsgər gedərlərmi?
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Boşanma ərəfəsində necə davranmalı?
4 aylıq qızı ilə jurnalın üz qabığında - FOTO
Ariana Grande 7 milyona tarixi ev aldı
İspan dili 14-cü dərs
Bunlara diqqət edin
Az ye, çox yaşa
"İsveçə gedə bilməsəm də..." Xəyalə Muradla müsahibə
Tramp onun yenidən prezident seçilməsini istəməyən ölkələri açıqladı
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Özbək aşı (foto resept)
Düçüncə dərsi (4)
HAVA necə olacaq?-25 Avqust
Türk mətbəxindən " Kaymaçina" (foto resept)
Təranə Qumral: "Musa ilə ayrılanda eybəcər görünürük"
Pulla izləyici sayı artıran məşhurlar
Dünyanın ən böyük məscidləri
Mədə kiçiltmə əməliyyatı
Hərbçiləmiz Ramştayna gedir
Naringili peçenye (foto resept)
Qan şəkərinin düşməsinin səbəbləri
Həftə sonunun HAVAsı
- ŞƏRHLƏR