Xoşbəxt ailə həyatının əsasını təşkil edən nüanslardan biri də həyat yoldaşımızın bacısı, yəni baldızımızla münasibətlərin yaxşı olmasıdır. Həm gəlin baldızını, həm də baldız gəlini bacısı kimi sevə bilməlidir. Əgər sevməsələr belə, bunu üzə vurmamalı, bir-birlərinə hörmətlə yanaşmalıdırlar. Pisliyə pisliklə cavab verməmək, sülh yolunu seçmək lazımdır. Bizə pislik edənə yaxşılıqla cavab verdikdə bir müddət sonra qarşımızdakı səhvini anlayacaq və peşmanlıq duyacaqdır.
Bəzi insanlar özlərində başqalarının həyatını idarə etmək, əmr vermək, özəl həyatına nəzarət etmək haqqını görürlər. Buna gəlin-baldız münasibətlərində daha çox rast gəlinir. Təzə gəlin yeni həyata qədəm qoyur, özünə xas yaşayış tərzi qurmaq istəyir. Baldız isə öncədən qurduğu həyat tərzini qorumaq istəyir, dəyişikliyə qarşı çıxır. Belə olduqda hər iki tərəf özünü qəbul etdirmək üçün bir-birlərinə müdaxilə edir ki, bu da bir sıra problemlər yaradır. Belə halda problemləri böyütmədən həll etməyə çalışmaq lazımdır.
Gəlin-baldız arasında yaranan problemlərdən biri də ev işlərini bölüşə bilməməkdir. İşləri gözümüzdə o qədər böyüdürük ki, 2-3 saata bitəcək işləri sanki bitməyəcəkmiş kimi görürük. Halbuki, birlikdə çətin işləri asanlıqla və qısa müddətdə görüb bitirə bilərik. Unutmayın ki, güc birlikdədir. Gəlin və ya baldız qarşısındakını gözləmədən işlərə başlamalıdır. Bir-birinin tənbəlliyini və ya astagəlliyini səbəb göstərərək mübahisə etməməlidir.
Problemlər təkcə eyni evdə yaşayanlar arasında deyil, ayrı evdə yaşayan gəlin və baldızlar arasında da yaranır. Bu problemlərdən biri ayrı yaşayan baldızın evin içindəki hər hansı bir problemə müdaxilə etməsidir. Əslində o bu problemə müdaxilə etməməlidir, amma əgər özünü saxlaya bilməyib yenə müdaxilə edirsə, o zaman ədalətli olmalı, tərəf saxlamadan məsləhət verməlidir.
Daha bir problem də ailəli baldızın uşaqları ilə ata evinə gəlməsinin evdəki gəlini narahat etməsidir. Halbuki, həftədə bir dəfə belə olsa evin qızının ailəsiylə bərabər olmaq istəməsi onun haqqıdır. Bu vəziyyət gəlinə ağır gəlməməlidir. Əslində hər iki tərəf bir qədər anlayışlı olarsa, heç bir problem yaranmayacaq. Qonaq gələn baldız gəlinə işlərdə bir qədər kömək etsə, uşaqlarının dəcəlliklərinə göz yummayıb onlara göz-qulaq olarsa, yəqin ki, bu vəziyyətdən heç bir gəlin narahat olmaz. Əgər gəlin özü də baldızdırsa, özünü baldızının yerinə qoya bilər. Atası evinə qonaq getdikdə qardaşının həyat yoldaşı ona üz turşutsa, özünü necə hiss edər?
Gəlin belə düşünməlidir: "Atasının evidir, əlbəttə ki, gələcək. Ailəsini ziyarət etməsi onun İslami və insani haqqıdır. Mənim necə ata evində rahat olmağa haqqım varsa, onun da rahat olması onun haqqıdır".
Ailə həyatınızın yoldaşınızla, qaynananızla, baldızınızla rahat, xoşbəxt və ən xeyirli şəkildə davam etməsi ümidiylə...
XƏBƏR LENTİ
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR - VİDEO
İndoneziyada "ASAN xidmət"in oxşarı açılacaq
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Gigiyena xətaları
Limonlu suyun faydaları
Xəzərdə zəlzələ oldu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək
Qaxda qış turizmi
Mehriban Əliyeva qayğanaq bişirdi - Foto
Almanlara qalib gəldik
Sıla ETİRAF ETDİ
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Fatih Terimin tapıntısı "Qalatasaray"dan ayrılır
Dünyanın ən nəzakətli oğrusu - VİDEO
Seren Serengilin əsil yaşı sübut olundu-FOTO
Hacıqabuldakı partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
Qarabağ Universiteti yaradılacaq
Donmayan balıqlar
Skarlett Yohanson 400 minlik nişan üzüyünü göstərdi-FOTO
Bu il İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlandı
Ət soyutması (foto resept)
Rusiya ilə Azərbaycanın fərqi
Obama ilahi oxudu
Kəs və yapışdır-33
Məşhur aktrisa ana olacaq-FOTO
Sürüşmə zonasında yol tikintisi başa çatır
Vunderkind uşaqlar
Virtual tanışlıq # Real tanışlıq
Ömür yolu
Enerjinizin azalmağına səbəb olan 5 qida!
Limonlu peçenyelər (foto resept)
Gəl, açıq danışaq
Margot Robbie: təbii və qüsursuz
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Aybaşı gününü hesablama
Panteizm
İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu
Burak Özçivitin serialının ilk VİDEOsurekord qırdı
Uşaqlar üçün yataq örtüyü dəstləri
Dadlı poğaça (foto-resept)
Bu gün Bengünün toyudur-Toplam xərc 1 milyon
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Ronaldunun sevgilisinin ev halı diqqət çəkdi-FOTO
Su fitnessi
Toya hazırsınızmı?
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Laçının işğalından 28 il ötür
Abituriyentlərə xəbərdarlıq
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
- ŞƏRHLƏR