Eşq insanı dəlicə qərarlar verməyə vadar edən bir duyğudur. Hər kəs onu bir cür simvolizə edir. Eşq insanları daim sevgi ilə bir-birinə bağlamır, o bəzən insanları nifrətlə də bir-birinə bağlayır. İnsanlıq tarixi eşq üçün iztirab çəkən, eşq naminə hər şeyini fəda edən, özünü öldürən, yataqlara düşən adlarla doludur. Gəlin, əfsanəyə çevrilmiş bir neçə eşq hekayələrinə nəzər salaq.
Romeo və Cülyetta
Şekspirin tragediyasından olan Romeo və Cülyetta bütün dünyada məşhurdur. Bir-birinə düşmən olan ailələrin övladı olan bu iki gənc bir-birilərini ilk gördüyü andan sevir və hər şeydən keçərək evlənirlər. Vaxtsız ölümləri isə iki ailəni barışdıran hadisəyə çevrilir.
Keopatra və Mark Antoni
Antoni və Kleopatranın da sevgisi dillərə dastan olmuş sevgilərdəndir. İki tarixi şəxsin sevgisi sonradan Şekspir tərəfindən qələmə alınmış və dünyanın hər yerində səhnələşdirilmişdir. Bir-birlərinə ilk gördükləri andan aşiq olurlar və onların bu sevgisi Misirin güclənməsində böyük rol oynayır. Bu güclənmədən narahat olan Romalılar Misirə müharibə elan etdilər və müharibə zamanı Antonu xanımının ölüm xəbərini alır ki, əslində bu xəbər ona səhvən gəlib çatır. Çünki əslində Kleopatra sağ idi. O, Kleopatranın ölüm xəbərini eşidən kimi öz qılıncı ilə özünü öldürür. Ərinin öldüyünü öyrənənə Kleopatra da özünü öldürür.
Lanselot və Queniver
Dairəvi masa cəngavərlərinin baş kralı olan Artur dövrünün ən önəmli və tragik eşq hekayəsi cəngavər Lanselot və Kral Arturun arvadı Queniverin eşqidir. Kraliça Lanselota olan sevgisinə məğlub olaraq krala xəyanət edir. Kral arvadının ona xəynət etdiyini öyrənən zaman lanselot kraliçanı qoyub qaçır. Bir neçə gündən sonra isə Queniveri yenidən geri qazanmaq üçün geri qayıdır. Bu hadisə Arturun krallığını zəiflətdi və dairəvi masanın parçalanmağına səbəb oldu.
Tristan və İzolda
Bu iki gəncin də eşq hekayəsi kral Arturun dönəminə təsadüf edir. İzolda İrlandiya kralının qızı idi. O, kral Mark ilə nişanlanır və Marka yoldaşlıq etmək üçün gələn qardaşı oğlu Tristana ilk baxışdan aşiq olur. Kral Mark evləndikdən bir müddət sonra arvadı ilə qardaşı oğlunun eşq münasibətlərin öyrənir və cəza olaraq Tristanı başqa bir yerə yollayır. Getdiyi yerdə başqa bir qadınla evlənən Tristin İzoldanı unuda bilmir və onun dərdindən xəstələnir. O, İzoldaya məktub yazaraq yanına gəlməyini xahiş edir. Tristanın arvadı isə ona yalan danışaraq İzoldanın gələ bilməyəcəyini deyir. Bu xəbəri eşidən Tristan dərddən ölür. Qısa bir müddətdən sorna isə İzolda da Tristanın yoxluğuna dözə bilməyib dərddən ölür.
Paris və Elena
Homerin Troyalı Elena və Troya müharibəsindən bildiyimiz eşq hekayəsinin bir qismi həqiqət, bir qismi isə uydurmadır. Bütün ədəbiyyatda Sparta kralı Menelausun xanımı, Troyalı Elena ən gözəl qadın olaraq qəbul edilir.Troya kralı Priamın oğlu olan Paris Elenaya aşiq olur və onu Troyaya qaçırır. Menelausun böyük qardaşı Agamennon tərəfindən idarə edilən böyük yunan ordusu Troyanı yerlə yeksan edir. Elena Spartaya geri gətirilir və əri ilə xoşbəxt bir ömür sürür.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hacıbala Abutalıbov: "Evləri yanmış sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcək"
Miqreni sağaldan bildirçin yumurtası
Pyotr dövrünə aid sikkələr tapıldı
Xarici turistlər bölgələrə axın etməyə başladı
Doğum sonrası ləkələrə qarşı ən sadə resept
Boyunbağılar
Feil - 2
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu
Zirehli texnikalarımızın döyüşə hazır vəziyyətə gətirilməsi ilə AÇIQLAMA
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Rekord qıran klip plagiat çıxdı - FOTO
Rəngli qış
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Azərbaycanlı cütlük Dünya Çempionu oldu - FOTO
Cəbhə xəttində olan Zakir Həsənov tapşırıqlar verdi
Ali məktəbə qəbul olmaq üçün bunları etməlisiz!
3 günlük detoksla formada qalın
Məşhur ulduz Şvarseneqqerin qızı ilə EVLƏNİR
İdeal piroq (foto resept)
"Qızıl Palma"nın qalibləri bəlli oldu-FOTO
Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə
"Gedib-gəlirsən, evdə yata bilmirsən" - 21-ci əsr Azərbaycan toyları
Qış depressiyası
Kolbasa alarkən nəyə diqqət etməli?
Məşhur aktyorlar sevgili oldu
Daha 30 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Cardi Bi Bakıya gəldi
Ləğv olunan icazələrlə bağlı nazirlikdən açıqlama
Qaçqın ailələri üçün problem: necə etməli?
Bu il Oskar mükafatı qazanan 3 film
Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq kinofestivala qatılacaq
Əcəb Sandal (foto resept)
Mimoza salatı (foto-resept)
Gənc Tamaşaçılar Teatrından daha bir layihə
Bu haqda danışmağa utanırsınız?
Fahriyenin sərvət dəyərində olan saatı - FOTO
Ağdamda gördüyü mənzərə fotoqrafı dəhşətə gətirdi
Kilo almağın səbəbləri
Ailə ixtilafları - II hissə
Ramazan ayının 17-ci gününün imsak və iftar vaxtları
İngilislərin Yeni İl əyləncəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Tuba Geckilin qeyri-adi tortları
Hamiləlik dövründə hansı qidalara üstünlük verməli?
Selulitlərinizdən bu qarışımla xilas olun
Mədə kiçiltmə əməliyyatı
Alimlər koronavirus daşıyıcısı olan heyvanları araşdıracaqlar
Balıq iyi verdiyi üçün hər kəs ondan üz çevirir - FOTO
Ərdoğan Rusiya qırıcılarını "vur" əmri verdi
Kişilər ağlamır
Bədəndəki toksinləri atmaq üçün çay
- ŞƏRHLƏR