Eşq
Keçmiş, bu gün, gələcək ... hamısını ard-arda düzüb dümdüz bir xətt çəkərik. Buna görə də keçmişin keçib getdiyinə, gələcəyin hələ gəlmədiyinə inanırıq və ən pisi də odur ki, zamanı əvvəldən çəkdiyimiz bu dümdüz xətdə yeriməyə məcbur edirik. Amma bəlkə də o bunun sonunu görməyəcək qədər sərxoşdur. Bəlkə də düz cizgilərlə əlaqəsi yoxdur zamanın, böyük bir çevrədir. Hətta çevrə içində çevrə...
Məhrəm
Xarab deyə qaldırdığın küncdə dayandığı yerdə eşqə gəlib işləməyə başlayan böyük bir saatdı həyat. Qururdum mən də çoxdandır geriyə qalmağını düzəltmək istərcəsinə dəli kimi çırpınırdı. “Tik-tak, tik-tak, tik-tak”-layırdı dayanmadan.
Be-Ce isə dayanmadan zamanı pisləyirdi hər zamankı kimi “tik-tak zamanın tik-takıdır” deyirdi.
Əraf
Keçmiş zehinlərimizi örtən bir sis buludundan ibarətdir. Gələcək isə təkbaşına bir xəyal pərdəsi, nə gələcəyimizi bilə bilir, nə keçmişimizi dəyişə bilirik. Sufi daim bu anın həqiqətini yaşayar.
Səbr nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü xəyalında canlandıra bilməkdir. Allah aşiqləri gülbəşəkər kimi dadlı-dadlı yeyər, udar və bilirlər ki, göydəki ayın hilaldan bədirə çatması üçün zaman lazımdır.
Məhrəm
Təkrar eynilik demək deyil, nə də çevrə yuvarlaqdı əslində... “Dəm bu dəmdir, dəm bu dəm...” zənciri içində keçmiş də, gələcək də bizimlədir, hamısı bu anın içindədir...
Eşq
Böhranda olan hər insan kimi o da itirib zamanın ritmini. “Kaş ki“ deməkdən başqa bir şey etmir. Zamanın ucundan tutum deyərkən anı tamamilə itirib. Xarab val kimi eyni nəqəratın misralarını oxuyur, oradan başqa yerə keçmir.
Qara süd
Hər ayna açarı itmiş bir qapıdır. Açılır sirli diyara. Əgər aynaya çox baxsan, qapı açılar və itərsən sonsuzluqda.
***
Zamanın ona qəddar davrandığını düşünürdü; itirilən fürsətlərin əvəzinə yenisini verməmişdir. Halbuki, o həmişə bir addım geridə gəlmişdi. Həmişə hər şey olub qurtardıqdan sonra evə getdiyi zaman kaş ki-lər yoldaşlığında tapmışdı özünü. Harada nə etməsi lazım olduğunu bilməmişdi. Tək ehtiyacı eyni hadisəylə bir daha qarşılaşmaq ikən zamanı təkrarlara razı edə bilmədən qocalmışdır.
Məhrəm
“Gözlərinə de, məni unutsunlar.“, dedi Be-Ce yarı zarafat, yarı ciddi.
“Düşünmürəm.“ dedim, “Unutmazlar”.
“Heç bir şeyimi?” dedi.
“Heç bir şeyi”, dedim niyə təkid etdiyimi bilmədən.
“Halbuki, göz də qəlb kimidir”, dedi Be-Ce, “Görməyəndə unudur”.
***
Mütəmadi olaraq keçmişi danışıb, keçmişə qovuşmaq həsrəti çəkənlər ömrü boyu qurbətdə yaşamağa məhkumdular. İncidir keçmiş, hədər yerə yaralanır insan...
Şəhərin aynaları
Başlanğıcı tapma sevdasına düşmədikcə hər hansı bir yerindən girə bilərsən çevrəyə, amma başlanğıc adı verə bilməzsən girdiyin yerə. Nə bir başlanğıc, nə bir eşik, nə bir son dayanacaq... Haradan yola çıxıramsa, çıxım həmişə əvvəli var...
“Kaş ki, zaman heç ayılmasa, düz cizgidə yeriməyi heç bacarmasa, kaş ki, həmişə ləngər vursa, nə etdiyini bilməsə, parçalasa. Biz də baxıb-baxıb etdiklərini qınasaq və bir daha heç bir şeyimizi ona həvalə etməsək”.
“Ayılsa, nə olar ki?” “Ayılsa, xatırlayar.” “Xatırlamaq nəyə lazımdır ki?” “Heç bir şeyə. Xatırlamaq acıdan başqa heç bir şeyə yaramır.”
Məhrəm
Su dediyin axmasa, bulanıqlaşar, çağlamasa, kirlənər. Keçmiş dediyimiz əvvəli, sonu olmayan, sahilinə çata bilinməyən, sərhədsiz, bitməyən bir göldür. Axıb getməyi lazımdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qışda dəbli olmağın formulu
Londonda azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
Alim açıqladı – İmmunitet koronavirus üzərində nə qədər təsirli olur?
2018-ci ilin ən yaxşı filmləri bəlli oldu
Paşinyanın Rusiyaya səfəri ləğv edildi
Məşhur cütlükdən AÇIQLAMA
Alina Kabayevanın əkizləri doğuldu
Sel Tovuzu dağıtdı
Məktəblilər pulsuz, isti yeməklə təmin ediləcəklər
Düşmənin raket hücumuna məruz qalan Gəncənin səmadan çəkilmiş görüntüləri - VİDEO
"Canlı-canlı tabuta girmək qorxulu imiş"
Malta mənzərələri rəsmlərdə
Diqqət! Həyat üçün təhlükəlidir
Günün ulduz falı - 22.09.2013
"WhatsApp"da yenilik
İlk dəfə metroya mindi məsxərəyə qoyuldu-FOTO
Banklar krediti dayandırdı
Qərb zonasında qasırğa
Sehirli dəyirman
Xəzərdə Qara leylək, Qafqaz və Talış qırqovullarının nəsli kəsildi
Təyyarə sərnişinləri BUNLARI BİLMƏLİDİR
Parçadan muncuq hazırlanması
2017-ci ildə hansı bürclərə ikinci yarını tapmaq qismət olacaq?
Koronavirusla bağlı SON STATİSTİKA
Gözəllik üçün fotoks
Ceymsin sehirli kitabxanası
Azərbaycan pilotları NATO-nun qatıldığı təlimlərdə
Paşinyanın “sağ əli” məhv edilib
Azərbaycanda hava kəskin pisləşdi
Kürdan kababı (foto resept)
Çiyələkli keks (foto resept)
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Bananlı, şokoladlı keks (foto resept)
Həkim bir xəstəyə nə qədər vaxt ayırmalıdır?
Meyvələrə sehirli toxunuş
Ərişdə şorbası (foto-resept)
Bakı "qızıl"a bürünür
Bakı ətrafında torpaq neçəyədir?
HAVA necə olacaq?-30 Sentyabr
Dağlıq Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq
Azərbaycanda daha 25 hərbi qulluqçu mənzillə təmin olunacaq
Kim ki yüz il yaşamırsa: Nanənin faydaları
General-mayor Həzi Aslanovun ölümündən 70 il ötür
Bulqurlu yaz salatı (foto-resept)
Dekabrın 14-dən parça maska taxanlar cərimələnəcək?
Bengünün 3 gəlinliyi - FOTO
Whatsapp-da 3D yenilik
Onlar Minskdə görüşəcək
Mayli Sayrus daha bir açıqlama ilə GÜNDƏMDƏDİR
DİQQƏT! Bu paltarlar xəstəlik daşıyır
- ŞƏRHLƏR