Hamı deyir seriala baxmıram. Amma çox olub ki, söz arası seriallardan misal çəkirlər, ya da səhifələrinə təsadüfən nəzər yetirsən, mütləq qeyd elədiyi filmlərdə serial adına rast gəlirsən. İnsanlar, yəni özümüzünkülərdən danışıram, zövqlərini inkar edəcək qədər səmimiyyətsizdirlər. Camaat beş dil bilir, iki universitet bitirib, xarici ölkələrdə rüşvətsiz, bütün dünyanın tanıyıb ,qəbul elədiyi diploma sahib olub, gəlib ölkəsində serial çəkib, bunlar da deyir, seriala baxmaq əskiklikdir ya səviyyəsi aşağıdır. Düşünməyin ki, mən bütün günü seriala baxan insanam. Son üç ildə tv-dən uzaq olan biriyəm, nadir hallarda HOLLİVUD çəkən filmlərə baxıram, amma serial da izləmişəm.
İllər öncə baxdığım "Gönülçelen" seriala baxdım, həyatım işıqlandı. Seriala baxarkən musiqi zövqüm dəyişdi, türk serialı olduğu üçün, Türk Sanat Musiqisinin sirlərindən anlayışım oldu və Cemal Süreyyanı, Aziz Nesinin adını ilk o serialda duydum. Ailə, uşaq deyərkən başım qarışdığı dönəmdə kitab oxuma, mütaliə etmə həvəsim yenidən baş qaldırdı....
Kişilərə də aiddir bu status. İllərdi davam edən "Kurtlar vadisi"nə hələ də baxanlar var. Mənim heç zövq almadığım, yayımlandığı ilk günlərdən yalnız uşaqların və qadınlarının öldürüldüyü bir "mafya babaları" filmi. Bütün günü serial izləyən qadınları qınayan kişilər beş ildir eyni səhnələrə hələ də baxırlar.
Bu bilirsiz, nəyə oxşayır? Mən sevgi romanları oxumuram deyib, oxuyanları "zəif zövqlərin nümayəndəsi" adlandıran, az qalır ələ salan müəyyən kütlənin, "sevgisizlik" " məhəbbətsizlik", "təklik" statusları paylaşmasına...
Qarşınızda kim olur olsun, nə yazır yazsın, nə oxuyursa, buraxın oxusun... heç kim bir -birini ələ salmaq , aşağılamaq hüququna sahib deyildir. O zaman oxuduğunuz elmi, şəxsi inkişafınız, əldə etdiyiniz dünya görüşünüz, 4- 6 il əziyyətlərlə başa gələn diplomlarınız boşa gedir. Oxumaq, mütaliə ilk baxışdan nəyə, necə yanaşmalı olduğumuzu öyrətməlidir bizə, sonra çıxıb "bu kitab mənim ruhumun aynasıdır", "bu yazar insan hisslərini anlayan, bir dahidir" deməyə haqqımız ola bilər. Dediyim odur ki, davranış, münasibət etiketlərinə riayət edək. Qarşımızdakı yemək dadsızdırsa və ya məclisdə içindən xoşa gəlməz bir şey çıxıbsa, onu ətrafında yemək yeyən insanlara bəlli etmədən bir kənara eləyin, hər kəs geci-tezi anlayıb sözünü deyəcək, yox anlamırsa, boş yerə könül bulandırmaq lazım deyil... ‪Səmimiyyətsizliyə son‬ verək, lütfən!
Kubra İ-va
XƏBƏR LENTİ
Netanyahu: "Dünyada İslama qarşı hücumlar təşkil olunmalıdır"
Rihanna və Cenniferdən sonra Demet Akalın geyindi - FOTO
WhatsApp”dan daha bir möhtəşəm yenilik
Azərbaycana qış gəldi
Bu gecə Azərbaycana qış gəlir
Məşhurlar və quşlar (2-ci hissə)
Bir gecədə 600 min qazanır
Mobil telefonlar
“WhatsApp” hücümu: NAZİRLİKDƏN XƏBƏRDARLIQ
Uğurlu pəhriz
Atakamanın nəhəng əli
Müasir ayna modelləri
Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı tövsiyəsi
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
5 günə şəkəri həyatınızdan çıxarın
Qarabağ münaqişəsinin başlamasından 28 il ötür
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Anar Eyvazov: Ordumuz yeni dayaq məntəqələrini azad edib
Yeni il üçün hazırlanan salatlar (2) (foto resept)
Dəriyə parlaqlıq verən ərzaqlar
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Məcburi köçkün uşaqlarının yemək xərci kəsiləcək
Pulqabı modelləri (2)
Azərbaycan bu siyahıda sonuncudur
Gəncədən Bakıya uçanlara müjdəli xəbər
Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
Azərbaycanda oğlan şagirdlərin sayı qızlardan çoxdu
Çayın və limon suyunun faydaları
Üzdəki tüklərdən xilas olmaq üçün...
Tramp Elvis Presliyə ölümündən sonra medal verəcək
Neft ucuzlaşıb
Bu uşaq qidaları Azərbaycanda qadağan olunacaq
Uşağına bu adı verənə 10 min dollar mükafat
Elektron heyvanlar
Küftəli düyü şorbası (foto resept)
Hande Ataizi pullarını itirdi
Artıq çəkidən xilas edən avokado detoksu
Mobil telefonların idxalı azaldıb
Çuğundur şorbası (foto-resept)
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
"Hədəfimin mənbəyi arzularımdır..."-Xəyalə Muraddan müsahibə
Bu tarixdə yadplanetlilərlə əlaqə yaradılacaq
Nusretin Mikonosdakı restoranı açılışdan 48 saat sonra Bağlandı-SƏBƏB
Günəş Sistemində səyahət
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
Qadınlarda sidik qaçırma
Putinin bitməyən erməni sevgisi
Daha sağlam 2020 keçirmək üçün...
Çağatay Amerikaya köçür
Meray Keri illər sonra incə belini nümayiş etdirdi-FOTO
- ŞƏRHLƏR