Musatafa Kamal Atatürk - o, bütün dünyaya ilham verən, özünə heyran qoyan və imperializm altında qalan xalqlara örnək olan bir mücadilənin qəhrəmanıdı. Onun hərbi, siyasi zəkası bir yana, insani münasibətləri ilə diqqət çəkir.
Mustafa Kamal qızların təhsil alması, onların cəmiyyətdə yer tutmalarına çox diqqət göstərirdi. Mustafa Kamal övlad sahibi olmağı seçməsə də mənəvi qızları var idi. Onların yeni qurulan Türkiyə cumhuriyyətinə model olacaq qadınlar kimi böyüməsinə diqqət edirdi. Altı belə qız övladı oduğunu bilirik. Onlardan biri Türkiyənin ilk qadın pilotu Sabiha Gökcen idi. Sabiha altı uşaqlı bir ailənin sonbeşiyi idi. Ata və anasını altı yaşında itirmişdi. Atatürk Bursa səfərində ikən qardaşı ona yaxınlaşdı və bacısının vəziyyətini danışdı. Atatürk Sabihanı özü ilə Ankaraya gətirdi.
(Atatürk və qızı Sabiha Gökcen)
Məktəbi bitirdikdən sonra pilot məktəbinə daxil oldu. Daha sonra SSRİ-də təhsilini davam etdirən Sabiha bombardman təyyarəsi idarəçiliyində ixtisaslaşdı və Türkiyənin ilk qadın müharibə pilotu oldu.
(Ayşe Afet İnan Atatürk və İnönu ilə birlikdə müzakirə zamanı)
İkinci qızı Ayşə Afət İnan idi. Atatürk 1925-ci ildə İzmir səfəri zamanı Ayşəni məktəbdə görmüşdü. Selanikdən köçmüş bir ailənin qızı idi. Özü də selanikli olan Atatürk bu ailəni tanıyırdı. Onun oxumağa olan həvəsini görüb, ailəsindən də icazə alaraq fransızca öyrənmək üçün İsveçrəyə göndərdi. Ayşə Afət İnan Türkiyəyə qayıtdıqdan sonra Türk Tarix Qurumunun quruluşunda iştirak etdi. Daha sonra bu quruma rəhbərlik edən İnan tarix sahəsində bir çox əsərlər yazıb və ağıllı məsləhətləri ilə həmişə atasının yanında olub.
(Nebile İrdelp toyunda Atatürk ilə rəqs edərkən)
Atatürkün üçüncü qızı Nəbilə İrdelp idi. Nəbilə müəlliməlik məktəbindən seçilmişdi. Müəlliməlik etmək üçün Ankaraya gətirilmişdi. Üç il sonra Atatürk onu Viyana
səfurliyinin baş katibi ilə evləndirdi. Ankara Palasda qeyd olunan toyda ata qız birlikdə rəqs etdi. Atatürkün xəstəliyi vaxtı qızı Nəbilə də ağır xəstə idi. Atasından bir müddət sonra o da vəfat etdi.
(Rüqiyə Ərgin və Atatürk)
Atatürkün dördüncü qız Ruqiyə Ərgin idi. Ruqiyəni Konya şəhərinə səyahəti zamanı görmüşdü. O da kimsəsiz uşaqlardan biri idi. Ankaraya gətirildi, oxuduldu, böyüdüldü. Rüqiyə hərbiçi Hüsnü Ərgin ilə evləndi. Atatürk onun toyunu Dolmabağça sarayında etdi. Toyun ilk rəqsi ata qızın valsı oldu.
(Zəhra Aylin və Atatürk)
Atatürkün beşinci qızı Zəhra Aylin idi. Zəhranı bir uşağı evi ziyarətində görmüşdü. Bu qara qaşlı, qara gözlü, sakit uşaq diqqətini çəkmişdi. Səkkiz yaşlı qızdan adını soruşdu. Qız "Zəhra" dedi. "Zəhra, mənimlə gələrsən ?" dedi. Zəhra da "gələrəm" deyir. Zəhra Çankayaya gətirilir. Zəhra içinə qapalı, sakit bir uşaq idi. Müəllimləri onun ədəbiyyata meyilli olduğunu söyləyirdi. Atatürk Zəhranın təhsilini xaricdə davam etdirməyini istəyirdi. "Bacın (Ayşə Afət İnan) xaricdə tarix oxudu, sən də ədəbiyyat oxu" deyir. Zəhra oxumaq üçün Londona yola düşür və təhsil almağa başlayır. 1935-ci ildə Paris ekspresinə minir və qatar gölün üzərindən keçərkən özünü yaxşı hiss etmədiyini deyib, dəhlizdəki pəncərəyə yaxınlaşır və bir anda yıxılır. Həyatını xilas etmək mümkün olmur. Bəzilərin bunun bir qəza, bəziləri də intihar etdiyini deyir. Bacısı Sabiha Gökçen intihar ehtimalını əsla qəbul etmir.
(Atatürk böyik qızı Sabiha və balaca qızı Ülkü ilə)
Atatürkün sonuncu, ən sevimli qızı, son nəfəsinə qədər yanından ayırmadığı Ülkü Adatepe idi. Atatürkün anasının Vasfiye adlı övladlıq bir qızı vardı. Zübeydə xanımın ölümündən sonra Atatürk onu dəmiryolları şefi ilə evləndirir. Bacısının uşaq gözlədiyini biləndə məktub yazıb oğlan da olsa, qız da olsa adını Ülkü qoyun deyib. İlk dəfə 40 günlük ikən görüb onu. 50 yaşlı Atatürk ilk dəfə bu qədər balaca uşaq görür və onu çox sevir. Ülkü 9 aylıqkən bir gecə yuxu tutmur Mustafa Kamalı. Maşın göndərib anası ilə Ülkünü yanına gətirir və uşaqla oynayır. Bundan sonra 6 ay ərzində hər gün maşın səhər bacısı ilə uşağı gətirib, axşam aparır. Sonra "Vasfiyə bu iş belə olmayacaq uşağı da al yanıma köç deyib". Ömrünün son 6 ilini Ülkü ilə bir an ayrımadan keçirib. Xarici səfərlər, rəsmi görüşlər, balolar,xəstələndiyi vaxt avtomobil gəzintilərində, Savarona gəmisində , hər yerdə Ülkü var. Ülkü vacib bir iclasın ortasında qapını açıb içəri girə bilər, böyük bir heyətin qarşısında yerdə otura bilərdi. Atatürk onunla saatlarla gəzər, dənizdə üzər, ona oxuyub yazmaq öyrədərdi.
(Ülkü)
Hər səhər qızı gəlib oyadırmış onu. Bir dəfə Ülkü ağır xəstələndiyi vaxt Atatürkün həkimə söylədiyi sözlər - "ona bir şey olsa mən yaşaya bilmərəm" olmuşdu.
(Ülkü Adatepe)
Mustafa Kamal Atatürkün qızlarından başqa mənəvi övladı olan iki oğlu da var idi.
Arzu Məmmədova
XƏBƏR LENTİ
"Qalatasaray"dan biabırçı məğlubiyyət
Kim Çen In yeni nüvə silahını sınaqdan keçirmək niyətindədir
İaşə obyektlərində sanitar qovşaqlardan istifadə qadağan olunacaq? - AÇIQLAMA
Pensiyalarla bağlı yenilik
Motsart dinləyən körpələr kökəlir
Balaca mələklərimiz üçün...
Münasibətinizin hansı dönəmini yaşayırsınız?
Avropaya vizasız gedəcəyik: az qaldı
İnsanları ölümdən o qurtaracaq?
Almaniyadan şok islam qərarı
Müğənni beynini və səsini 10 milyona sığortalamaq istəyir
Çaydan dəstləri
HAVA necə olacaq?- 21 fevral
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Günün qoroskopu: təmkinli, amma əzmkar və qətiyyətli olun
Daryna Kossarın sənət əsərləri
İl ərzində yeməyə cəmi 2 dollar xərcləyib - FOTO
Alimlərdən dəhşətli virusla bağlı AÇIQLAMA
Bir yerdə idman edək-5
190 manatlıq birdəfəlik ödəmənin veriləcəyi yerlərin SİYAHISI
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Məşhur brendlərin uşaq kolleksiyası
Arıqlamaq istəyən xanımlar üçün
Çay sevənlər üçün YENİLİK
Dünya şöhrətli aktrisa vəfat etdi
Uşağımızın oyuncaqları
Facebook-da daha bir yenilik
Şahzadə Diananın üzüyü ikinci gəlini Megana verilib-FOTO
400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı
İtaliya mətbəxindən "Şokoladlı Tiramisu" (foto resept)
Can Yamanla Demet münasibətlərini gizlədə bilmədilər-FOTO
İnfeksiya yığan "tozsoran"
Günün ulduz falı
Leyla Əliyeva körpələrlə görüşdü
Heyvanlar haqqında maraqlı məlumatlar
Şəki kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır
"Pensiyalar artacaq" - Nazir
Pritçalar (son)
Müdafiə Nazirliyi: “Düşmən Ağbəndi atəşə tutur”
2018-ci ilin saç düzümləri (FOTO)
Dənizlinin “Xəzər Lənkəran”dakı yeni qaydaları
Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi?
7 milyona malikanə aldılar - FOTO
Kökəlmək istəyən xanımlara
Qüsurları ilə mükəmməl görünən modellər
Məhz təhsil üçün
Saç çubuqları
Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ
- ŞƏRHLƏR