Bakıda hava 22°
USD AZN
EUR AZN

Şəkil çəkdirmək

 

Şəkil çəkdirmək
Fotoaparat da bütün ixtiralar kimi insanların işinə yarayan texniki nailiyyətdir. Şəkil çəkdirməyi hamımız sevirik, bu bizə zövq verir. Ən çox bəyəndiyimiz şəkillərimizi hətta dostlarlarla da paylaşırıq. Ömrünün bir neçə saniyəsini şəklin yaddaşına köçürüb onunla üz-üzə qalmaq adamda qəribə hisslər oyadır. Hansı məqsədlə çəkildiyini isə şəkil özü söyləyir. Elə şəkillər var ki, sahibi kimi başqalarının da xoşuna gəlir. Şəkillər çox şeydən xəbər verir. Birinin nə cür həyat tərzi keçirdiyini şəkillərindən bilmək olur. Bəzən aldadıcıları da olur. Şəkildəki məqam yanlış təsəvvür oyada bilir. Bunları ayırmaq, hər hansı qənaətə gəlmək də baxanların dünyagörüşündən asılıdır. Bizim şəkillərimiz mentalitetimizi tez “ələ verir” Köhnə şəkillərdəki kişilər qatarlı, patronlu, xanımlar da ağzı yamşaqlı olublar. Nisbətən yaxın dövrün şəkillərində də kişilər əllərini cibinə qoyub kişi-kişi dayanıb xanımlar onların qollarından az qala sallaşıblar. Bu da yaşayış tərzimizin bir göstəricisidir.

 

Şəkil çəkdirmək

 

 

Şəkil çəkdirməyi mən də xoşlayıram. Baxmağı da həmçinin. Xüsusilə də, ağ-qara fonda (sovet dönəmində) çəkilənləri. Belə şəkillər arxada qoyub gəldiyimiz günlərimizin bizə sadiq qalan anlarıdır. Kənddə böyümüşəm. Çox adam kənd yerində yaşayan adamların hər şeyinə ağız büzür, çünki onlarda dünyagörüş bir qədər zəif olur. Sizə mənəmlik kimi görünəcək, amma gerçəyi yazıram. Bir məmur ailəsindən yox ətrafımızdakılardan qat-qat üstün idik. Bunu fotoaparatın şahidliyinə arxayın olub yazıram. Sözlərimi şəkillərimiz təsdiqləyir. Anam ad günlərimizdə şəklimizi çəkdirmək üçün bizi Gədəbəydən Gəncə şəhərinə gətirirdi. Saçlarımızı da elə ordakı gözəllik salonlarında kəsdirirdi. (Söz yox ki, bunu ağlada-ağlada edirdi.) Şəkillərə qarşı həssas idi. Onları alboma yığıb elə qoruyurdu ki, elə bil kimsə övladını ona tapşırıb getmişdi. Hərdən mənə elə gəlirdi ki, evimiz muzeydir, şəkillərimizi eksponat kimi qorumalıyıq. O şəkillərin indiyədək biri də zədələnməyib. İndi çəkilibmiş kimi keyfiyyəti də yerindədir. Həmin günləri yaşayarkən sonralar bunları yazacağım ağlıma gəlmirdi. Onda elə bilirdim ki, bütün uşaqlar bizi kimi böyüyür. Yaşadığım hər şeyi adi sanırdım. Böyüdükcə anamızın dünyagörüşlü olması üçün bizi xoşbəxt uşaqlar hesab edənlərin haqlı olduqlarını anladım. Bu xoşbəxtliyi gec duymuşam. O vaxtlar bizə həsədlə baxan uşaqları xatırladıqca kədərlənirəm. Çoxlarının bircə dənə də olsun uşaqlıq şəkli yoxdur. Bir evə qonaq gedəndə o biri uşaqlar süfrəyə boylananda biz şəkillərlə maraqlanırdıq. Bəzi ailələrdə albom olmadığından şəkillər əzik-üzük halda sellofanda saxlanılırdı. (Bu anamın heç ürəyincə olmurdu.) Nədənsə elə bilirəm ki, uşaqlıq şəkilləri olmayan adamlar uşaqlıqlarını itiriblər. O illərdən şəkil çəkdirməyə yaxşı iş kimi baxmışam. Amma, gərək şəkil də şəkil ola, adama nəsə söyləyə.

 

Şəkil çəkdirmək

 

Hazırkı zamanda sahibinin öyünə biləcəyi, ona şöhrət gətirəcək ən qiymətli şəkli müğənnilərlə çəkdirdikləri şəkil hesab olunur. Bəziləri müğənni ilə xatirə qalsın deyə yox, qürurlanmaq üçün şəkil çəkdirir. Belə olmasaydı kimsə problemlərinin başından aşmasına baxmayaraq, toyda müğənninin yanında durub bir anlıq bütün dərdini unudub xoşbəxtcəsinə gülümsəyib çəkdirdiyi şəkilləri adamların gözləri qarşısına zorla gətirməzdi. Bir neçə dəqiqəlik ünsiyyətdən yaranan iki-üç şəkillə öyünməyi çoxu səadət sanır. Müğənni ilə şəkli varsa özünü kredit borclarından azad olmuş kimi hiss edən o qədər adam var ki. Belə düşünən adamlar kimi çoxu da belə şəkilləri olanlara həsəd aparır.Toyu tərk edən andan onu unudan müğənni ilə olan şəkli həmin şəxsə ətrafında nüfuz qazandırır. Bunları müşahidə etmək çox ağırdır. Belə məqamları müşahidə edəndə o boyda ziyalılarımızın zəhmətinin havaya hopduğunu zənn edirəm. Camaat müğənnilərlə şəkil çəkdirir mənsə mütaliənin təbliğinə günlərimi, aylarımı sərf edirəm. Bu yöndə çəkdirdiyim şəkilləri sevə-sevə paylaşıram ki, baxanlarda kitaba maraq və həvəs oyansın.

Halına yandıqlarımızsa bizə “kef elə, dünya beşgünlükdür” deyirlər. Neynəyək, yoxsa gedib müğənni ilə şəkil çəkdirib dəyərli olduğumuzu sübutmu edək?

Ağılsız beyinlərin də şəklini çəkən fotoaparat olsaydı...

Pərvanə Bayramqızı

Səslərin sayı: 1
3
552
Digər yazılar
Şərhlər
Offline
Surayye
Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
23 avqust 2019 17:49
Offline
Ayla Ayla
Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
23 avqust 2019 14:01
Offline
Xəyalə Murad
Mütaliəyə maraq oyadan şəkilləri müğənnilərlə çəkilən şəkillərdən daha çox bəyənirəm.
23 avqust 2019 11:15
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 04:07 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (473)

    Hüquqşunas məsləhəti

    cialis prices lipitor generic cheap cialis online http://www.yazansat.com/vb/showthread.php?p=688496#post688496pBlo51s4dXhttp://www.annoncexxx.com/forum/viewtopic.php?pid=1921748#p1921748pBlo51s4dXorder cialis online sildenafil cost buy cialis online https://forum.pengadaan.id/viewtopic.php?f=23&t=4300&p=94763#p94763pBlo51s4dXhttp://forum.brokerjunction.co.za/phpBB3/viewtopic.php?f=4&t=99703pBlo51s4dX
  • 19:33 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (473)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Кредит до 6.000.000 тенге без залогов от официального Альфа Банк Казахстан 4% годовых - рассмотрение за 5 минут онлайн.Здравствуйте. Моментальный кредит под любые цели и минимум документов от 50тысяч до 3.000.000 рублей. Подробности, и Рассмотрение заявки за 2 минуты на официальном сайте РосБанк.
  • 18:50 - Müəllif: AnmorIX
    Hüquqşunas məsləhəti (473)

    Hüquqşunas məsləhəti

    buy generic cialis online ed remedies that really work cialis pills http://tazaforum.com/phpbb3/viewtopic.php?f=108&t=45359pBlo51s4dXhttp://forum.mo-aksarka.ru/viewtopic.php?pid=61061#p61061pBlo51s4dX
  • Əzələ ağrıları üçün xalq təbabəti üsulları

    - Əzələ ağrıları ağır yük daşımaqdan ortaya çıxıbsa, ilıq suda isladılmış dəsmalla ağrıları azalda bilərsiniz.
  • Nevroz və ürək xəstəliklərinin səbəbi

    indi ele cetindiki hersey
  • Münasibətdə xəyanət qədər təhlükəli olan davranışlar

    Münasibətdə xəyanət qədər təhlükəli olan davranışlar
  • 17:43 - Müəllif: Sima
    Meghan Marklenin pozduğu qaydalar (2)

    Meghan Marklenin pozduğu qaydalar

    Meghan Marklenin pozduğu qaydalar
  • 18:21 - Müəllif: Kredit_jetYJ
    Hüquqşunas məsləhəti (473)

    Hüquqşunas məsləhəti

    Здравствуйте. Моментальный кредит до 5.000.000 рублей под 9,9% годовых на любые цели и минимум документов. Решение по кредиту сразу, а также детальные подробности на официальном сайте Альфа Банк.Здравствуйте. Моментальный кредит на любые нужды от банка Уральский под 9,5% годовых. Решение по кредиту сразу! До 200.000 рублей по паспорту и до 3.000.000 рублей по паспорту и справке о доходах. Подробности и решение по кредиту на официальном сайте Банк Уральский.Здравствуйте. Быстрый кредит для "?П" и "ООО" отЛокоБанк. Открытие рассчетного счета за 1 минуту и 0 рублей. Продукты и тарифы разные (смотрите на сайте по ссылке).
  • Bengü 40 günlük qızı ilə - FOTO

    Görəsən necə belə tez arıqladı?
  • Bəzi əşyaların bilmədiyimiz xüsusiyyətləri

    Kameraya yaxın olan kiçik nöqtə siz telefonla danışarkən kənardakı səs-küyün səsinizə qarışmasına mane olur. bilmirdim
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış