Bakıda hava 15°
USD 1.7000 AZN
EUR 1.9474 AZN
23 oktyabr 13:17Xəyalə Murad Gözəl gününüz olsun,Pəri xanım! Hər şey sizin üçündür
39338

Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO

 

Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO

Sabah, oktyabrın 12-də Britaniyada kraliça 2-ci Yelizavetanın nəvəsi, şahzadə Endryunun və Sara Ferqüssonun qızı Yevgeniya Viktoriya Helenanın toyudur.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, York hersoqu Endryunun 28 yaşlı qızı 32 yaşlı sevgilisi, iş adamı Cek Bruksbenklə ailə quracaq.

Nyukasl Universitetinin ingilis ədəbiyyatı və incəsənəti tarixi fakultəsini bitirmiş şahzadə Yevgeniya hazırda Londondakı "Hauser and Wirth" müasir sənət qalereyasının dierktorudur.

Şahzadənin valideynləri - York hersoqu, şahzadə Endryu və hersoginya Sara Farqüsson 22 il əvvəl boşansalar da, normal münasibətlərdədir.

Cek Bruksbenk isə aktyor, Hollivud ulduzu Corc Kluniyə məxsus "Casamigos" şirkətinin brend-meneceridir.Şahzadə Yevgeniya ilə Cek 2010-cu ildə İsveçrədəki Verbye kurortunda tanış olublar, elə ilk baxışdaca bir-birlərinə vurulublar.Bukinhemdəki nüfuzlu, təhsil haqqının çox bahalı olduğu Stou məktəbini bitirmiş C.Bruksbenk pablar şəbəkəsi yaratmaq niyyətindədir.Toydan sonra Britaniya kraliçası 2-ci Yelizavetanın ona qraf titulu verəcəyi gözlənilir.Şahzadə Yevgeniya və Cek Brunksbenk hazırda Kensinqton Sarayında yaşayırlar.Toy sabah yerli vaxtla saat 11-də, Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində başlanacaq.Daha sonra təzə bəylə gəlin kraliça 2-ci Yelizavetanın qəbuluna yollanacaqlar.Günorta və axşam saatlarında toy Vindzordakı Böyük Parkda yerləşən "Royal Lodge"da davam edəcək.
Toyun xərcləriŞahzadə Harri və Meqan Marklın toyunda olduğu kimi, şahzadə Yevgeniya və Cek Bruksbenkin toyu ilə bağlı bütün məsrəflər kraliçanın hesabından dönəcək.Dövlət büdcəsindən yalnız mühafizə ilə bağlı xərclər ödənəcək.Hesablamalara görə, kraliça 2-ci Yelizaveta və şahzadə Yevgeniyanın valideynləri toyun, sadəcə, mühafizəsinə ən azı 2 milyon funt-sterlinq ayırıblar.Lakin bu gün bəlli olub ki, mühafizəyə dövlət büdcəsindən də 2 milyon funt ayrılıb və bu, britaniyalıları çox qəzəbləndirib.
Toyun qonaqları
Toya 1200 "adi insan" dəvət olunub. Dəvətnamələr lotereya əsasında paylanıb. Bukinhem Sarayından verilən məlumata görə, toya qatılmaq üçün 100 min müraciət olub."Yüksək mənsəbli qonaqlar" arasında zadəganlar, sənətçilər, siyasətçilər, iş adamları, habelə şahzadə Yevgeniya və Cek Bruksbendin dəstəklədikləri xeyriyyə təşkilatlarının nümayəndələri var.Toyda şahzadə Yevgeniyanın təhsil aldığı Müqəddəs Georgi Məktəbi və "Coworth Flexlands"dan nümayəndələr də olacaq.Kilsədəki nikah mərasiminə isə 800 nəfər qatılacaq.Şahzadə Yevgeniyanın toya dəvət etdiyi dostları və rəfiqələri arasında müğənni Elli Qoldinq, model Kara Delevin, habelə milyarder Riçard Brensonun övladları Holli və Sem də var.
Gəlin nə geyinəcək?Şahzadə Yevgeniyanın toyda geyinəcəyi gəlinlik paltarı ilə bağlı konkret məlumat yoxdur. O, "Erdem", "Ralph & Russo" və "Vivienne Westwood" brendləri arasında seçim edəcək.
Və digər təfərrüatlar
 Şahzadə Harri ilə Keyt Middltonun övladları şahzadə Harri və şahzadə Şarlotta toyda paj ilə gəlinin rəfiqəsi funksiyalarını yerinə yetirəcəklər.C.Bruksbenkin sağdışı onun kiçik qardaşı olacaq.Gəlinin ətəyini isə müğənni Robbi Uilyamsın qızı Teodora Rouz Uilyams tutacaq.Toyun tortunu tanınmış londonlu konditer Sofi KUabo hazırlayacaq. Tort "Qırmızı məxmər" adlanacaq.
Nikahı Britaniyanın ilk qaradərili arxiyepiskopu Con Sentamu qılacaq, mərasimi Vinzorun keşişi Devid Konner aparacaq.Nikah mərasimi başa çatanda təzə bəylə gəlin kilsədən çıxıb Qvardiya Qrenadyor Alayının əsgərlərinin qarşısından keçəcəklər.Toyda dünyaca məşhur tenor Andrea Boçelli, Britaniyanın Kral Filarmoniya Orkestrinin çıxışları olacaq.Toy Britaniyanın İTV və ABŞ-ın TLC telekanallarında translyasiya ediləcək.Toyda mərhum şahzadə Diananın sevimli himni olmuş "I Vow To Thee My Country" səslənəcək.

Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO

Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO

Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO

Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO

Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO


Səslərin sayı: 1
3
198
loading...
Şərhlər
Offline
Sima
bularin aylesuinde neqede şahzade var
11 oktyabr 2018 21:41
Offline
Xəyalə Murad
Toyun xərcləriŞahzadə Harri və Meqan Marklın toyunda olduğu kimi, şahzadə Yevgeniya və Cek Bruksbenkin toyu ilə bağlı bütün məsrəflər kraliçanın hesabından dönəcək.Dövlət büdcəsindən yalnız mühafizə ilə bağlı xərclər ödənəcək.Hesablamalara görə, kraliça 2-ci Yelizaveta və şahzadə Yevgeniyanın valideynləri toyun, sadəcə, mühafizəsinə ən azı 2 milyon funt-sterlinq ayırıblar.Lakin bu gün bəlli olub ki, mühafizəyə dövlət büdcəsindən də 2 milyon funt ayrılıb və bu, britaniyalıları çox qəzəbləndirib.
11 oktyabr 2018 15:52
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ayla Ayla
Bu şahzadə də təzə çıxdı? Niyə görmürdüy

Bu şahzadə də təzə çıxdı? Niyə görmürdüy

Bu şahzadə də təzə çıxdı? Niyə görmürdüy
11 oktyabr 2018 15:27
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )