Gec evlilik: Kimisi bunu sosial problem kimi dəyərləndirir, kimisi də psixoloji baxımdan dəyərləndirir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, "Günə Doğru" verilişində son zamanlar Azərbaycanda gec ailə quranların sayının durmadan artması ilə bağlı maraqlı reportaj yayımlanıb.
"Bu yaş həddi bizim cəmiyyət üçün gec hesab olunur, amma, inkişaf etmiş ölkələrdə bu normal yaş həddidir. İnsanlar xoşbəxt olmağa can atırlar. Bundan da irəli gəlir ki, bir az gec evlənirlər", - deyə psixoloq Vəfa Əkbər fikrini izah edib.
Ailə quran gənclərin yaş həddi 27-30-a qədər yüksəlib. Ekspertlər evlilik yaşının artmasını gələcəkdə demoqrafik baxımdan ölkə əhalisinin sayında da təsir edəcəyini deyirlər.
"İş elanlarında bakalavr, bəzən magistr təhsili istəyirlər. 26-27 yaşına qədər gəlib çıxır, hələ oğlanlar üçün 1 il də əsgərlik. Oğlanlar peşə sahəsində müvəffəq olsaydılar onlar tez evlənərdilər. Təəssüflər olsun ki, bizdə bu sahə ilə bağlı problemlər var. Hər qadına görə 2 uşaq nəzərdə tutulur, amma evlilik yaşı yuxarı qalxdıqca bu rəqəm də artıq sual altına düşür", - sosioloq Cavid İmamoğlu bildirib.
Şəhər sakinləri isə gec ailə qurmağı sosial problemlərdə görürlər.
Paytaxt sakini: "Uşaqlar istəyir ki, hər bir şəraiti olsun, ondan sonra evlənsinlər ki, söz-söhbət olmasın".
Paytaxt sakini: "Mən özüm 31 yaşında ailə qurmuşam. Özüm də bundan razıyam".
Paytaxt sakini: "Ev olmur, iş olmur. Gərək normal iş olsun ki, ailəni dolandıra biləsən".
Ekspertlər belə hesab edirlər ki, gec evliliyin kökündə daha çox maddi problemlər durur. Əgər sosial problemlər olmazsa, evlilikdə yaş həddi minimuma enə bilər.
"Evlilik yaşı 29-a qalxmamalıdır, iqtisadi vəziyyətdən, işsizlikdən asılı olmamalıdır. Hər bir kəs sevdiyi şəxslə, istənilən yaşda ailə qura biləcək təfəkkürə sahibdir. Ailə planlaşdırılmalıdır", - sosioloq Cavid İmamoğlu qeyd edib.
Çox zaman valideynlər uşaqlarını evlənməyə məcbur edirlər. Bu isə nəslin davam etməsi istəyidir.
"Sağlam ailə olduqda, xəyanət olmayanda, sağlam təfəkkürlü şəxsiyyət yetişdirdikdə, o ailə üçün vacib deyil ki 4-5 uşağı olsun. Onlar bunu düşünməlidirlər. Bunu düşünən insan varsa gec evlənir. Düşünməyənlər isə tez-tələsik, hətta cəmiyyətin düşüncəsini ön plana çəkib evlənirlər", - psixoloq Vəfa Əkbər fikrini yekunlaşdırıb.
Əgər həyatınızda yaxşı münasibətdə olduğunuz bir insan varsa və maddi baxımdan özünüzü yaxşı hiss edirsizsə, gecikməyin. Əks halda gələcəkdə problemlər yaşana bilər. Unutmayın ki, evlilik sağlam seçimdir. Hər zaman sağlam seçimlər diləyi ilə.
XƏBƏR LENTİ
Körpənizin bu sözləri söyləməsi şərtdir!
Heykəltaraş ruhlu Bugatti Veyron
Camaat bələdiyyə sədrinə qarşı: "Elə küçədə, maşının üstündə..."
Paytaxtda duman tıxac yaratdı
Emosiyalar həyatı bəzəyir
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Yüksək reytinq = Daha çox qazanc!
Kriştianu Ronaldu: "Ən güclü futbolçu özüməm"
Unudulmaz günün bəyaz donu
Azərbaycanda gəlinlərin həyatı niyə əzaba dönür?
Toyuq ətli lahmacun (foto resept)
Məşhur konqresmendən Obamaya Azərbaycanla bağlı çağırış
Məşhur cütlüyün Vyetnam səfəri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı
Ellada Babayeva ilə müsahibə
Tərz sahibi olmağın yolları
Ölü qadının uşağı oldu
Azərbaycanlı məktəbli ermənini yerə sərdi - FOTO
Payız depressiyası və ondan xilas yolları
Türk serialları ölkəyə yarım milyard dollara yaxın GƏLİR GƏTİRDİ
Qocalıqda yorğalıq: futboldan doymayanlar
Borca görə qaz, su və işıq kəsilə bilərmi? - VİDEO
Pendirli-kəsmikli piroq (foto resept)
Görüş təsdiqləndi
Günün qoroskopu: dözümlü və səbrli olun
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Kolbasa alarkən nəyə diqqət etməli?
Erməniləri faş edən tapıntı
"Telegram"ın işində qüsurlar yarandı
Məşhur aktyor yaponiyalı qızla evləndi-FOTO
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Christophe Guinetin əl işləri
Ermənistanda Rusiya hərbi bazalarının sayı artır
Mən nə qədər qoca olsam da...
Qeyri-adi fincanlar
Bu şəxs oyuncaqla evləndi-FOTO
Gülben Ergen koronavirusa görə məhkəməyə gəlmədi
Hava necə olacaq?
Meghan Marklenin hamiləlik tərzi
Bu gün 2014-cü ilin ən kədərli günüdür
Dünyanın ən məşhur köpəyi öldü
Doğum çantası
Troya muzeyi dünyanın diqqətində
Sertap Erenerin bu davranışı xoş qarşılanmadı-FOTO
Birinci Sinifə Gedəcək Uşaqların Valideynlərinin Nəzərinə
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Doğum evində uşaqlar səhv düşdü
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
İmkan verin, bir az da yatım...
MTV ən yaxşı videoklipləri seçdi-FOTO
- ŞƏRHLƏR