Kitabsevər kitab rəfini necə yeniləməlidir? » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 23°
USD 1.7000 AZN
EUR 1.9343 AZN

Kitabsevər kitab rəfini necə yeniləməlidir?

1. Bu kitabı yenidən oxumaq istəyirəm?

Həvəslə alıb, heç cür geyinmədiyiniz geyimlər var. Biz onları geyinməyəcəyiksə, dolabda yer tutmasın deyə əldən çıxarırıq. Kitablara qarşı da belə davranmaq lazımdır. Diqqətinizi çəkməyən, bir daha oxumayacağınız kitabları əldən çıxarın. Həmin kitabı hələ oxumayan başqa birilərinə verin.

 

Kitabsevər kitab rəfini necə yeniləməlidir?

 

 

2. Bu kitab nə qədər vaxtdır oxunmağı gözləyir?

Bir kitab qurdusunuzsa, əlbəttə ki, bütün kitablar sizin olsun istəyəcəksiniz. Kitabın sizin marağınızı bir dəfə çəkməsi kifayətdir. Hər dəfə kitab aldığınız üçün oxumadığınız kitablar yığılar. Qarşınıza hədəf qoyun. İki ay ərzində oxumağa başlamayacağınız kitabları hədiyyə verəcəyiniz kitablar siyahısına salın.

 

Kitabsevər kitab rəfini necə yeniləməlidir?

 

 

3. Bu kitabı nə qədər sevirəm?

Kitabxana sizi əks etdirən bir güzgüdür. Bəzi kitabları daha çox sevirsiniz, dəfələrlə açıb baxırsınız, bu kitabların yeri kitabxananın əsas yeridir.

 

Kitabsevər kitab rəfini necə yeniləməlidir?

 

4. Oxuduğum kitabı nə qədər xatırlayıram?

Əlbəttə ki, oxuduğunuz hər kitab sizi təsirləndirməyəcək. Bəzi kitablar real həyatdan uzaqlaşmağa kömək edən kitablardır. Kitabxananızda belə kitablara yer verə bilərsiniz. Təkrar-təkrar oxumaq istədiyiniz kitablara xüsusi yer ayırın.  

Kitabsevər kitab rəfini necə yeniləməlidir?

 

 

 

 

Damla Karakuş

Səslərin sayı: 0
2
376
loading...
Şərhlər
Offline
Iceberg
Kitabxananı töküb silib yerinə yığmaq çox zövqverən məşğuliyyətdir
20 iyul 2018 15:42
imza: shafaabdulla.blogspot.com
Offline
Sima
Kitabxana sizi əks etdirən bir güzgüdür
20 iyul 2018 15:38
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )