Bakıda hava 23°
USD 1.7000 AZN
EUR 2.0016 AZN
15:35Surayye Gelim canim Vhatsapa baxmamisan?Basim qarisiqdi 12:44Sima sureyya haralardasan kiz 12:44Sima salam qizlar hardasiz 08:51Xəyalə Murad Sabahınız xeyir olsun, Əziz Qadin.Netlilər!
38611

Yenə giley-güzar...

 

Yenə giley-güzar...

 

Oxuyub nə deyəcəyinizi bilirəm. “Dünyada yeni-yeni elmi kəşflər əldə edildiyi bir vaxtda bu yazının nə mənası var?” Bir tərəfdən haqlısınız, amma nəzərə alın ki, biz harda və necə adamların arasında yaşayırıq, eyni zamanda hansı problemlərimiz var. Belə olan təqdirdə yazılarımız da özümüzə uyğun olmalıdır. Heç alış-verişə çıxanda dilxor olmamısınızmı? Maraqlanmadığınız əşyalar üçün sizi az qala güclə sürüyüb satdığı malların arasına çəkən olmayıbmı? Piştaxtasına baxmadığın halda, “Keçin içəridə yaxşı mallarımız var” deyən qır-saqqızlara rast gəlməmisinizmi? Ola bilər, çoxunuz tanınmış geyim firmalarından geyinirsiniz, belə məqamlarla üzləşməmisiniz. Elə isə millətinizin bu xüsusiyyətindən də xəbər tutmuş olacaqsınız. Sadə insanların alış-veriş etdiyi yerlərdə alverçilər alıcıları təngə gətirir. (Onu da qeyd edim ki, əksinə də olur. Bəzən alıcılar da yersiz hərəkətlərə yol verir.) Amma malını satmaq üçün hər yola əl atan satıcılara daha çox rast gəlirik. Bu cür taksi sürücüləri də var. Getmək istəmədiyin halda, yalvar-yaxar səni maşınına tərəf aparır. Kasıbçılıqdır, başa düşürəm, ona müştəri lazımdır, amma nədən o qazancı üçün bu cür zəhlətökənlik etməlidir ki? Bəzən iki yoldaş müştəri üstündə əlbəyaxa da olurlar. Bundan necə yazmayasan, biz buyuq axı? İndi dünya başqa işlər görür deyə bunlara gözmü yumaq? İnkişaf etmiş ölkələrə çatmaq üçün bu cür soydaşlarımıza izah etməyəkmi ki, “peşə qaydalarınıza riayət edin”, “qazanc üçün özünüzü kiçiltməyin”. Şəxsən mən dil tökənlərdən yox, piştaxtanın arxasında dinməz-söyləməz dayanan satıcıya yaxınlaşır, taksinin içində oturub kədər yağan gözlərini uzaqlara dikən sürücüyə gedəcəyim ünvanı söyləyirəm. Yersiz dil tökmək, sözü dəyərdən salmaq hər sahənin adamlarında var. Məqsədinə çatınca yalvarır, işini yerbəyer etdikdən sonrasa özünə “əhsən” deyib xüsusiyyəti ilə öyünür, sənisə unudur.

Hərə bir şeydən-kimi kobud sözdən, kimi də qapazdan anlayar. Sözdən anlayanlar az olar. Bu məqamda bir-iki kəlmə də özümdən yazacam. Sözdən anladığımı bildirmək üçün. Məni utandırmaq və yaxud incitmək, lap elə tənqid eləmək üçün də bircə kəlmə söz kifayət edir ki, işimi bilim. Ona görə “ağır oturub batman gəlirəm ki, söz deyən olmasın” Sözün dəyərini bilirəm. Əgər nəyinsə ucbatından bircə kəlmə “gərək belə etməyəydin” deyilərsə xəcalət çəkməyim üçün başqa ifadəyə ehtiyac qalmaz. Yazının əvvəli alış-verişdən başladığı kimi qoyun elə həmin mövzu ilə də bitsin. Həm də sözün dəyəri bir daha bilinmiş olar.

Bu yaxınlarda geyim almaq niyyəti ilə dükana üz tutmuşdum. Mütləq nəsə alacaqdım, buna görə də bir neçəsini geyinib baxmaq istədim ki, yaraşanı alam. Odur ki, 4-5 geyimə baxmalı oldum. Sonda ikisini götürdüm. Satıcı qadın geyimləri mənə verdi, pulunu aldı və arxamca “ Bizə görə nigaran qalma hamısını qaytarıb yerləşdirəcəyik” dedi. Bərk utandım. O fikrini mədəni şəkildə söyləmişdi. Buradan həm də insanların bir-biri üçün narahatlıq keçirmədiyi vurğulanmışdı. Hər kəs özünü düşünür. Yəni alıcı satıcının qeydinə niyə qalsın ki. Buna da üzüldüm. Sevindiyim yeganə məqam o oldu ki, hirsini, hikkəsini sakit tərzdə bir cümləylə ifadə edən satıcı qadına rast gəlmişdim.

Pərvanə Bayramqızı

23 mart 2018

Səslərin sayı: 2
3
388
Digər yazılar
Şərhlər
Offline
Ayla Ayla
Mən satıcı işləmişəm. Ən çox da uşaq paltarında belə əziyyət çəkmişəm. Baxan atır bir qırağa hardan götürüb bilmir. Qalırsan belə. Siz həqiqətən mədəni insanla rastlaşmısız. Mən dözmürdüm.
23 mart 2018 17:01
Offline
Surayye
Yox niye utanirsiz ki? axi bes paltara baxib ikisini almisiz. Hec almasaydiz onda basqa mesele
23 mart 2018 16:06
Offline
Xəyalə Murad
Pərvanə xanım, bu giley-güzar deyil, həqiqətdir. Hər günümüz belə keçir. Ancaq əynimə bir kofta almaq üçün bir neçə koftanı qaldırıb baxdığımda (nadir halda geyinib baxıram)satıcı qızlar al qalırlar əlimdən alsınlar ki, biz dura-dura siz qatlayıb yerinə qoymayın. Siz də insansız,gün boyu neçə dəfə paltar qatlayıb düzməli olursuz-deyirəm.
23 mart 2018 13:32
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış