Sizə "bapbalaca boyu, dağ boyda mənası olan" bir kitabla gəlmişəm. Jurnalist, yazar, aktivist Seray Şahinerin Antabus romanı ilə. Seray Şahiner 1984-cü il doğumlu Türkiyəli jurnalistdir. Bir Gün kimi bir qəzetdə çalışıb, bir çox toplumsal olayda aktivist kimi rol alıb, Ot dərgidə yazıları ilə çıxış edir və biri hekayə olmaqla Can yayınlarından 5 kitabı çıxıb. Seray Şahiner müxalif duruşu ilə tanınır. Göz altına alınıb, məhkəmələrə çıxıb, təzminat ödəmişliyi də var. Müxalifliyi bir tək siyasi sistemə deyil, həm də toplumun "norma" deyə sırıdığı şeylərə qarşıdı.
Kitaba məni yönləndirən türk booktuberlərin şərhləri oldu. Və dedikləri qədər də varmış. Səhər başlayıb günorta bitirdiyim bu 100 səhifəlik kitabda bütün qadın dünyası açılır.
Antabus adından başlayaq əvvəl. Antabus alkaqol asılılığının müalicəsi üçün istifadə edilən dərmanın adıdı. Kitabda da önəmli bir rolu var.
Kitab qəzetlərin üçüncü səhifəsində, ya da xəbərlərin kriminal bölümündə görüb keçdiyimiz, üzərinə 10 dəqiqə belə düşünmədiyimiz ya ölən ya öldürən, məişət zorakılığı qurbanı qadınlardan birindən, Leyladan bəhs edir.
Oxuduqca "qadının yerinin" kordinanlarını özümüz üçün dəqiqliklə öyrənirik. Bu günlərdə belə bir söz eşitdim - Bütün insanlar yaranışdan azaddırsa niyə qadınlar quldur ? Yaxınlaşın qul Leyla ilə (oxu qadın) tanış olaq.
Kitabın qapağında əli bıçaqlı qadın siluetindən anladığınız kimi o Leyladı. Ancaq o bıçaq onun əlinə necə keçib, bu uzun hekayədi. Leyla ailəsi ilə əyalətdən İstanbula köç edib. Bu ev kişilərin qadınların gözünü dimdikləyib tökdüyü, Leylanın atası, əmisi və qardaşları qarşısında sadəcə br heç olduğu bir evdi. Həmcinsi anası isə atasına tam təslim olub. Qızı üçün heç barmağını da qımıldatmaz. 16 yaşlı Leylanı ancaq birşey üçün evdən buraxırlar, işləyib pul gətirsin deyə. Bu iş yerində Leyla şiddətin başqa bir növü ilə qarşılaşır, təcavüzə uğrayır. Sevdiyi adam artıq "təmiz olmadığı" səbəbi ilə ondan üz döndərir. Atam, əmim nə vaxt məni və təcavüzçümü öldürəcək deyə gözlərkən, görür ki, heç nə olmur. Tezliklə başa düşür ki, ortada alış-veriş var. Bir təcavüzçüdən, bir də yeni ərindən pul alıb ailə namusuna yüksək dəyər biçiblər. Leyla özündən bir xeyli yaşlı, alkoqolik, Allahın bəlası bir adama ərə verilir. Əlbəttə ki, ailə dəstəyi, ata-ana varlığı yoxdu. Əldə bir sənət yoxdu, bir dost, bir tanış yoxdu, evdən çölə çıxmaq da yoxdu. Leyla hər axşam döyüləcək, təcavüz ediləcək bir əşyadı.
Ana, qonşu, qohum, polis, dövlət, hamı deyir ki, döz qızım, nə edəcəksən, uşaqların var. Hə, Leylanın uşaqları da var. Özü kimi bəxtsiz qızları. Leyla çox istərdi ki, uşaqlarını xilas etsin. Yəni doğulmadan onları abort etdirmək istəyərdi amma heç kim ona əməliyyat pulunu vermədi. Qadınların aborta üz tutmağı çox qınanır ama necə vəziyyətlərin olduğunu unuduruq. Leyla onların hansı həyata məhkum olduğunu yaxşı bilir. leyla ümidsiz bir həyat mübarizəsi aparır. Görəsən, oğlan doğsam ərim düzələr, görəsən bu yemeəyi bişirsəm gün yaxşı keçər, görəsən rəqs etsəm ərim pul verər, görəsən onunla yatsam daha az acıqlanar, görəsən Antabus içirsəm daha içməz...
Leyla bilir ya o ölməlidi, ya əri. O alsa balalarını yanına, qarnına atsa özünü balkondan. Bir kiçik üçüncü səhifə xəbəridi. Arxasında dedi-qodular, qınaqlar, analığına lənətlər, sevgilisi var idilər. Öldürsə ərini yenə bir üçüncü səhifə xəbəridi. Qəzetlər çarşaf-çarşaf yazar, onu təşhir edər. Parçalasınlar dağalardan damğa vursunlar deyə cəmiyyətin önünə atar. Kitabın içində çox vurucu cümlələr var. Seray Şahinər bu mövzuda içində gəzdirdiyi bütün sözləri püskürüb sanki. Bircə dənəsini yazım bura "Aaa, ben de kocama laf ettirmem. Ne de olsa nikahlı tecavüzcüm! ". Dəhşətlidir deyilmi ? Əslində bunların heç birini yazmasam da bir bu cümləni yazsam belə yetərdi.
Bizim kimi cəmiyyətlərdə qadın azadlığı daha geniş bir çərçivədən başqa bir şey deyil. Qalın bir çərçivə. Oxuyaq əziz qadınlar, həyatımıza gözəl fikirli, gözəl ürəkli adamlar alaq, bir ömür təhsilimizi artıraq. Çərçivəmizi dişimizlə-dırnağımızla genişləndirək. Ən azından heç kimin onu 1 mm belə daraltmağına icazə verməyək. Əks halda bu bizə itirilmiş bir həyat, hətta övladlarımızla birlikdə bir neçə həyat olaraq geri dönəcək.
Arzu Məmmədova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Möcüzəvi bal
Uşağın böyüməsi və inkişafı
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Birce Akalay
Baykal gölü ikiyə ayrıldı
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
"LACOSTE"dən çantalar
Şardan hazırlanan bəzəklər
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı
Qadınlar üçün 12 qızıl qayda
İşğaldan azad edilmiş Kəlbəcərin kəndindən görüntülər - VİDEO
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Qocalma əleyhinə preparat hazırlandı
Bu günün hava proqnozu
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Dünyada ilk- printerdən maşın çıxdı
Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar
Urmiya gölü niyə quruyur?
Gözəlliyin karyerada rolu
Minimalist manikür nümunələri
Səyahət üçün ən gözəl yerlər
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Musiqidən danışaq
Eser Yenenlerden hamiləlik pozu-FOTO
“Telegram”da videozəng funksiyası təqdim olundu
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Bakının üstünü alan duman nədir?
Şokoladlı keks (foto resept)
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Azərbaycanda zəlzələ
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Zəhər zərərsizləşdirən quşlar
Tavada albalı piroqu (foto-resept)
Tərəvəzli noxud şorbası
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Dırnaq yemək vərdişi
Cennifer Lopez sirri açdı-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Günün ulduz falı
Latviyaya səyahət
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Türkan Şorayda gözəl addım-FOTO
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
- ŞƏRHLƏR