Düz-qoş da yenə bu dəfə
Yenə dəyiş də hər şeyi
Bu şəhərin qaş-qabağından başla ilk
Sonra keç ürəklərə
Sil bunların bu beş qəpiyə dəyməz qeyrətini
Atamı öldürən Əzrailin də mələy olduğuna inandıra bilmərsən məni
Səninlə danışdığıma baxma
Mən heç sənə də inanmıram
Tanrı, sənin də bir tanrın var
İnanıram buna
Tanrının da bir Tanrısı var
Atamın atası kimi
Anamın anası kimi
Onsuzluq hər gün ürəyimə köz atar
Onu başqa bədənlərə yadigar vermək
Dodaqlarında nəfəs tapan həyatıma
Tanrını öyrətməy üçün ehtiyacım var dodaqlarına
Gəl asaq özümüzü
Peşmançılıq üçün nə qədər gec olsa
O qədər yaxşıdı
Mənimlə öpüşəndə bunu bilirdin
Qaraların cəmiyyətində
Sən ağ bir dəhliz
Xilasın yolu
Heç bir yerin əhli deyil
Bu asi sevgi
Düşməli bir nəfər əzab atəşlərinə
Yanmalı bir nəfər
Aparmalı özüylə cəmiyyəti uçurumdan aşağı
Boşalmalı Bakı
Təmizlənməli toz-torpaq
Bizim olmalı bütün küçələr
Elə bilirsən bidəlildi batan günəş?!
Şairlikdən asandı sevmək
Şairlikdən asandı basıb getmək
Dişini sıxıb getmək çətindi
Ətini didib getmək çətindi
Amma mistik bir şəhər var heç kəsin bilmədiyi
Orda hələ də insanlar sevməyi bacarır
Hələ də əllərdə yox, qucaqlarda daşınır güllər, qarların üstündə
Hələ də ora ad qoymuyub kimsə
Ayırmıyıb, bütün ayrılıqları yaradan cinayətkarlar kimi
Bir yol var, hansısa bir yol
Bəlkə İçəri şəhərin bilinməyən bir küçəsində
Bəlkə beş mərtəbədə
Bir yol var, əminəm, bir yol
O yol xilas
O yol samsara
Bilirəm, sən o şəhərdən yolunu azıb
Ya İçəri şəhərin bilinməyən o küçəsindən
Ya da ki beş mərtəbədən girmisən bu cəhənnəmə
Gözlərin səni satır, gözlərin
Bir gün, o yolu tapacam
Səni gic-gicə bir yalanla aldadıb
Aparacam ora
Bənövşeyi olacaq o yol
Bərk qaç deyəcəm, bərk
Bir az da döz, bir az
Saçlarının azadlığına
Az qaldı...
Ali Khayyam
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu çiçəklər təəccüb doğurur
Saçları uzadan xardal yağı
Evlilik verilişləri bağlanacaq, bütün aparıcılar eyni filmə çəkiləcək
Cazibədar xanımlar üçün donlar
Kahı salatı (foto resept)
Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar
Zebra keks (foto resept)
Uşağınızdan sizə məktub!
Dirsəkdəki qaralmaları aradan qaldıran üsullar
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Ön cəbhədə şiddətli atışma
Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi
Onların da geyimləri var
Daha bir ölkə İŞİD-i vuracaq
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Dəbli çantalar
Dəbli çantalar
Şəkidən Bakıya qatarla gəlin gətirdilər
Ay qana boyandı
Türkiyəli yazıçıdan Adriana Limaya qeyri-adi EVLİLİK TƏKLİFİ - FOTO
İdeal insanların həyata baxışı
"İrəvanda xal qalmadı", yoxsa...
2019-da 2000-ci illərin trendləri geri qayıdır
Günün qoroskopu: Cəsarətli olun!
Binə hava limanı bağlanır
XİN: Ukraynadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi nəzarət altındadır
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
İlham Əliyev və xanımı ən böyük idman kompleksində
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Qeybətin mənfi tərəfləri
Milli Kino Günü qeyd olunacaq
Milli parklar təhlükədə
Qarderobunuzu qışa hazırlayın
WhatsApp-ın azərbaycanlı istifadəçilərinə şübhəli mesajlar gəlir
İranlı ekstrasensdən şok proqnoz
Qeyri-adi güldanlar
Günün qoroskopu:Səbrsizlik etməyin!
Tanınmış milyarder Bodrumda çimərliyi bağlatdırdı - FOTO
Xarakterimizdən xəbər verən qaş formaları
Azərbaycanda yeni şəxsiyyət vəsiqələri veriləcək
Gəlinin fatasını qaldıran bəy şoka düşdü - FOTO/VİDEO
Demet Akalın xainlikdə ittiham olunur
Serenaya məhkəmədən rədd cavabı
Noxudlu burger (foto resept)
Uşaqların yetişdirilməsində hansı kitabları oxuyuruq?
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Bakıda ağzı olmayan uşaq dünyaya gəldi
Azərbaycanda şaxta rekord həddə çatacaq
- ŞƏRHLƏR