"İlk təəssürat, ilk 30 saniyədə etdiyiniz və söylədiyiniz hər şeyin bir bütünüdür.” “Nə söylədiyiniz deyil, onu necə söylədiyiniz önəmlidir.” “Bəsit bir jest, yüzlərcə kəlmədən daha çox şey ifadə edər.” “Bədən dili, şüur xarici motivasiyalarımızı açığa çıxarır”.
Bunu və buna bənzər bir çox cümləni indiyədək duymuş olmalısınız. Bilinən bu ki, gerçəkdə bizlər, hal və davranışlarımız, duyğularımız, fikirlərimiz və şəxsiyyətimizi sözlü, ya da sözsüz şəkildə ortaya çıxararaq ünsiyyət qururuq. İş dünyasında bu mövzuyla bağlı bəzi səhv fikirlər vardır. Bəzi insanlar bədən dili haqqında bütün fikirlərin termin dolu və lazımsız olduğunu düşünürkən, bir insanı anlaya bilmək üçün nə dediklərini diqqətli dinləmənin yetərli ola biləcəyini müdafiə edirlər. Bunun əksi olaraq isə, bəziləri, qarşısındakının baxışları, ayaq vuruşları və şəxsi jestlərinin, o şəxsin sözlərindən və ya etdiklərindən daha çox şey anlatdığına inanır. Bu optimislərə görə qaranlıq şüuraltı, ünsiyyət əsnasında üzük çevirmə, saçla oynama, tez-tez təkrarlanan hərəkətlər sayəsində açığa çıxır. Bizlər fikir və istəklərimizi çatdıra bilmək, qarşımızdakıyla ünsiyyət qura bilmək üçün ən çox dilimizi istifadə edirik. Ancaq eyni zamanda tutqu, narahatlıq və qorxu kimi duyğulara sahib varlıqlar olaraq, hislərimizi göstərmək istəyərik. Şüurlu olaraq sözsüz mesalar verir və qəbul edərik. Ünsiyyətdə istifadə etdiyimiz sözsüz işarələri, sözlü olanları anlamağımıza köməkçi ola bilir.
İnsanlar qollarını köks üstünə birləşdirdiklərində və ya açdıqlarında, bu, üşüdüklərindən, qolları dolu olduğundan və ya çox rahat hiss etdiklərindən dolayı ola bilir. Yəni sadəcə, bu şəxslərin özlərini müdafiə etmə istəkləri, beyinlərinin məşğul olması və ya güvənsiz hiss etdikləri mənasına gəlməz. “Bədən dili”nin elementləri bizə nələr anladır?... Baxıışlar: Baxışlar daha çox şəxslərlə aramızda olan məsafəylə müəyyən edilir, məsələn çox yaxın dururuqsa bir-birimizə baxmamağa çalışırıq. Eyni zamanda baxışlar, danışmanın mövzusula da müxtəliflik qazanır. Ünsiyyətdə olduğumuz şəxslər ilə aramızdakı əlaqə səviyyəsi və təbii ki, xüsusiyyətləri də baxışlardan təsirlidir. Məsələn içə qapanıq şəxslər daha az göz təması qurar.
Üz ifadələri: Üz ifadəsi şəxsə xasdır və ünsiyyət tərzimizi müəyyən edər. Qaşları qaldırmaq, üzün qızarması, ağzın aşağıya doğru əyilməsi və bunlar kimi bir çox hərəkət, ünsiyyətdə olduğumuz şəxs və ya şəxslərdə bəlli bir təsir və təəssürat oyandırır. Gülümsəmə bəlkə də ən diqqətə dəyər üz ifadəsidir.Ancaq asanlıqla təqlid edilə bilir. Əl, qol, baş hərəkətləri və jestlər: Danışma və özümüzü ifadə etmə əsnasında çox sayda əl, qol və baş hərəkətləri istifadə edirik. Vaxtın keçməsini gözləyərkən, tələsəndə, bir söhbət əsnasında deyilənə qatılıb-qatılmadığımızda və bunlar kimi bir çox durumda jestlərdən istifadə edirik. Bu qrupa girən hər hərəkətimiz bir məna daşıyır. Məsələn yumruğu sıxmaq gücü göstəricisi ikən, özünə toxunma ( ağız və ya buruna toxunma, qaşıma kimi) əgər həddən çoxsa, narahatlıqın bir nişanəsi ola bilir. Əgər ümumi olaraq jestlər, əl və qol hərəkətləri artıqsa, bu hal o şəxsin sərhədli kəlmə məlumatını ya da Ağ dəniz ölkələrindən olduğunu göstərir.
Bədənin duruşu: Qarşımızdakı şəxsə görə durmağı və ya oturmağı seçdiyimiz bucaq olduqca vacibdir. İş dünyasında da vücudun duruş şəkli, birini mərkəzə alma, qrupa daxil etmə və ya xaric etmə kimi bir çox məna daşıyır. Geyim: Geyim tərzimiz, zövqümüzün, mal varlığımızın, dəyərlərimizin və ya sosial qrupumuzun bir aynasıdır. İş görüşlərinin çoxu, daha təsirli bir təəssürat üçün insanların yaxşı geyinməsinə kömək etməyə çalışır. Nişanlar, qol düymələri və istifadə edilən hər cür aksesuarlar və materiallar kim olduğumuzun, kim olmaq istədiyimizin bir əksidir.
Psixoloq: Abdullah Topal
Tərcümə: Aidə Mahmudzadə
XƏBƏR LENTİ
İvana Sert özünə gəlinlik tikəcək-FOTO
Azərbaycan Ordusunun əsgəri minaya düşüb
Bədən qulluq üçün evdə hazırlaya biləcəyiniz 3 pilinq
Məşhur cütlüyün toyuna İki Gün Qaldı-FOTO
Şəkidə fənn olimpiadasının zona turu keçirilib
İlin Ən Nüfuzlu insanları seçildi-SİYAHI
Dizayner Aybənizin əl işləri (I hissə)
Koronavirusun yeni mutasiyasının təhlükəsi barədə XƏBƏRDARLIQ
Körpələr üçün bez seçərkən bunları bilməlisiniz!
Yağ yandıran içki
Görənləri dəhşətə salan qasırğalar
Heydər Əliyev Fondu uşaqlara növbəti dəfə sevinc bəxş etdi
Tovuzda qeyri-adi uşaq
Evlilikdən əvvəl genetik müayinə nəyə görə vacibdir?
Günün qoroskopu: qəfil olaylar və sürprizlər ola bilər
"Sevinc" salatı (foto resept)
Dünyanın ən balaca iti odur
Alman dili-X dərs
Qələbə paradında çəkməsini itirən qadın hərbçi mükafatlandırıldı-SƏBƏB
Şeyma Subaşı İllər sonra ilk dəfə ETİRAF ETDİ
Dollar manatı vurdu
Sudan fasiləsiz istifadə edə biləcəyik
Fahriye Evcen ərəb fanatlarını sevindirdi-FOTO
Bakıda gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı başlayıb
Gəlinin əlini xınayla bəzəyək
Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız
Bacılar da bir-birini qısqanır...
Bakıda daha bir piyada keçidi istifadəyə verildi
İşıqsız dünya
Yeni ili sağlam qarşılayın
"Doğrudanmı Avropada məndən yaşlı insan yoxdur?"
Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir
2012-ci ilin idman ayaqqabıları və cins modelləri
"Bizim Qadin.Netlilər serialı" (5-ci bölüm)
Doğum gününə görə xarekter ( avqust)
Göyərti qutabı (foto-resept)
Əlvan metalların qiyməti ucuzlaşıb
Uğurlu insanın 25 əlaməti
Türkiyədə YouTube barədə yeni qərar verildi
L.O.V.E In ObJeCtIvEs (Non Professional!)
I Avropa Oyunlarına gələcək daha bir prezidentin adı açıqlandı
Təqaüdün hesablanma qaydası
Yayda bağlanan, qışda açılan turşular həyatımızı necə qaraldır?
ABŞ-da 90 milyon insan səs verdi: Bayden Trampı üstələyir
NASA-dan dünyanı həyəcanlandıran kəşf
Filip Kirkorov sosial şəbəkədə məşhur geyim brendini reklam etdi - FOTO
700 bal toplayan qızın UДћUR HEKAYƏSİ
Dilan Çiçek Aybükeni izləmədən sildi-SƏBƏB
İflicli xəstələri üçün ümid işığı
Geyimlərdəki sarı ləkələrdən xilas olmaq üçün ...
- ŞƏRHLƏR