Tez-tez yolda övladını məktəbdən gətirən valideynlərlə rastlaşıram. Demək olar ki, aralarındakı dialoqlar eyni olur. Məsləhətlər də. «Yalan danışma. Xəbərçilik pis şeydi. Adam elə eləməz»- janrında.
Hamımıza deyilib bu sözlər, hamımız da balalarımıza deyirik. Bəs onda ölkədə bu qədər yalançı, xəbərçi, satqın, canım sizə desin, anasının əmcəyini kəsən hardandı?
İcazənizlə, cavab verim. Uşaqlar eşitdiyini yox, gördüyünü götürürlər. «Aşıq gördüyünü çağırar», timsalında. Özünüzü yormayın, elə uşaq da gördüyünü çağırır. Biz «adam elə eləməz» lərin hamısını özümüz elədikcə, təkcə yalançı çıxmırıq, həm də balalarımızı xəyal qırıqlığına uğradırıq. Övladına «yalan danışma» deyən ana, sabah ona «atana demə» tapşırırsa, ata uşağın yanında müdirə, dosta, qonşuya yalan danışırsa, indiyə qədərki o «söz salatalarının», «kəlam dolmalarının» heç bir mənası qalmır.
Uşaq vaxtı belə oxuyardıq:
Yalançı bəndə,
Gəlmə bu kəndə,
Dərini soyarlar,
Ətini yeyərlər.
O qədər ürəkdən oxuyardıq ki, elə inanardıq ki, yalançıların həqiqətən dərisini soyacaqlar. Amma böyüdük, böyüdük və gördük ki, o kənddə də, bu dünyada da doğruçuların dərisini soyurlar.
Yalan o qədər yayılıb, o qədər özünə yer eləyib ki, hətta mənası olmadan doğrudansa, yalan deməyi üstün tuturlar. Mən hələ yolda telefonla danışan adamların onu gözləyənlərə öz yerini dəqiq dediyini eşitməmişəm. Ən azı bir «ostanovka» qabağa düşürlər, beş dəqiqə qarşı tərəfə «atırlar». Baxmayaraq ki, bunun üstü onsuz da açılacaq. Bu ölkədə insanlar yalana artıq vərdiş ediblər. Biz əməldən çox sözlərlə yaşayırıq, sözlə idarə olunur, idarə edir, sözdə sevirik. Vədlər, əhd-peymanlar, müzakirələr, andlar.
Baxça yaşlı uşaqlara guya vətənpərvərlik aşılayırlar, körpələrin beynini min cür cəfəngiyyatla doldururlar. Məktəbliləri eyni mövzulu inşalarla bezdirirlər, vətən sevgisini, xalq qəhrəmanını inşa səviyyəsinə endirib şagirdlərin gözündən salırlar.
Bununla bağlı xatirəmdə ağrılı bir epizod var ki, onu yazmaq nə qədər çətindisə, yazmamaq da bir o qədər mümkünsüzdü. Bir dəfə məktəbin həyətində iki yeniyetmənin söhbətini eşitdim. «Sizdə inşa yazacaqsınız bu gün?» «Hə». «Nədən?» "İyirmi yanvar qurbanlarından".
Hərfin unutduğumu düşünməyin, mən lap dəqiq eşitmişdim. Qurban demirdi. İlk hərfi “Ç” hərfi ilə dəyişdirmişdi. Və beş-altı il olar, hələ də unutmamışam. Bəlkə də o sözü deyən uşaq əməldə vətəni üçün canından da keçərdi. Bəlkə o uşaq üçün çətindi, şəhid ailəsini pis vəziyyətdə görəndən sonra «Heç kim unudulmur» mövzusunda bəzəkli, pafoslu bir inşa yazmaq.
Ya da elə biz millət olaraq söz oynatmağa öyrəncəliyik. Sözün əməldən fərqi isə odur ki, bir hərf bütün mahiyyəti dəyişə bilir.
Səhər Əhməd
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Michael Grab
Təbii ağrıkəsici olan 5 qida
Ən güclü smartfonların reytinqi - SİYAHI
BÜRCLƏR bizə nə vəd edir?-5 Fevral
Məşhur aktrisaya 2milyonluq TƏKLİF
Hava haqqında - 09.11.2013
Rus dili - Цц
Ləkələrə qarşı ən sadə 5 resept
Prezidentin köməkçisi Ermənistanın saxta məlumatlar yaymasından danışdı
Vilayət Eyvazovdan yeni TƏYİNAT
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Borclarınız varkən evlənməyin
Məşhurlar film üçün məşqlərə başladılar
Həyatı sıfırlanmağın və təmizləməyin yolları
2-ci sinif üçün belə dərslik olarmı?
Azərbaycanda xanımların "arıqlamaq" səhvi
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
Rusiya Suriyadan qoşunlarını çıxarmaq qərarına gəlib
Qaşlı gəlin ayaqqabıları
Sentyabr ayında hansı ərzaqlara üstünlük verməliyik?
Hadisələrə baxış tərzimiz
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
Alla Puqaçovadan nəvəsinə 60 milyonluq toy hədiyyəsi
Bayramda yolda qala bilərsiniz
Pişik balası bilib aldılar, puma çıxdı - FOTO
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana qarşı sərt addım
Amaliya Pənahova ilə vida mərasimi sabah olacaq
Vaxtsız yaranan qırışların həlli üçün...
Rusiya öz “iPhone”unu buraxacaq
Bakının mərkəzində girişi qadağan olunmuş "nəhənglər" nə gəzir?
Sevgidən nifrətə bir addım
Alimlər insan ömrünün orta həddini açıqlayıblar
Mükəmməl qadının 5 xüsusiyyəti
Sevgi ruhu canlandırır
Azərbaycan Avro-3 standartlarının tətbiqinə başlayır
Rusiya Universitetinə qəbul başlayır
Almaniyada dünyanın ilk insan başı transplantasiyası əməliyyatı keçiriləcək
Uşaqların ürəyini yoxlatdırmaq mütləqdir
Məktəbli uşaqların kürək çantalarından istifadəsi
Hamilə qadın müayinə zamanı bətnində qəribə varlıq gördü - FOTO
Nataşa Koroleva boşanır?
Qızdırmanı 2 saniyəyə ölçən yeni termometr - VİDEO
Toyuq içalatından peraşki (foto resept)
Bal ilə gələn gözəllik
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır
Polis hovuza düşən maralı xilas etdi – FOTO
Qayınanasının dedikləri yalan çıxdı-FOTO
- ŞƏRHLƏR