"Klassika" deyəndə müxtəlif insanlar müxtəlif şeyləri təsəvvür edirlər.
Kimin üçün Tolstoyun romanları və ya Çaykovskinin baleti, kimin üçün 1964-cü il modeli Şevrolet-İmpala, kimin üçünsə pencək, şalvar və jileti birləşdirən ipək kostyumdur. Qiymətli əşyaların diqqət və sayğıya layiq olduğuyla razıyıq, lakin biz klassikadan antiklik mənasında, Qədim Yunanıstan və Romanın tarixi və ya incəsənəti kimi bəhs edirik. Axı bütün dəbüstü yeni ideya, tendensiya və yanaşmalar qismən yeni olurlar, çünki onlara qarşı "bunlar nə vaxtsa mövcud olub" kimi bir ənənəvilik var. Ona görə də avanqardda gəzmək üçün gərək bütün qərb mədəniyyəti və elminin ilkin mənbəsi barədə təsəvvürün olsun. Biz klassika oxumağın niyə bu qədər vacib olduğunu izah edən yeddi əsas səbibi sizin üçün tərtib etdik. Beləliklə, klassik işlər və mətnləri öyrənmək sizin intellektinizin miqyaslı olmasına nələr bəxş edə bilər?!
Mədəni qrammatiklik
Xatırlayırsınızmı kimsə desin ki, "Sçill və Xaribd arasında" qalıb? Ya da "Axilles dabanı" nəyi ifadə edir? Yaxud kimisə "Siseron" adlandıranda nəyi nəzərdə tuturlar? Qərb mədəniyyəti Qədim Roma və Yunanıstan tarixi və klassik ədəbiyyatından heyranlıqla qidalanıb. Antik mif və ya tarixə bir işarənin köməyilə istənilən rəssam, müəllif və ya siyasətçi vərdiş olunmamış dərinliyə intellektual səyahət yarada bilər, lakin bunu qəbul etmək üçün gərək auditoriyanın da klassik epoxanın simvol və ideyaları barədə anlayışı ola. Əgər siz ədəbiyyat, rəssamlıq, kinematoqrafiya və hətta, müasir siyasət və jurnalistikanın əsas mahiyyətinin sizin şüurunuzdan yan keçməsini istəmirsinizsə, onda klassik mədəniyyət və tarixin sualları həmisə diqqət mərkəzinizdə olmalıdır.
Ciddi söhbətlər
Əsas etibarıyla bütün incəsənət əsərləri və elmi kəşflər əbədi-əzəli bu suallara cavab axtarır: hər şey necə yaranıb; yaradılmışlar nəyə görə mövcuddur; haqq-ədalət varmı; dostluq nədir; sevgi nədir; vicdan nədir; necə layiqli yaşamalı və s. Bütün dövr və xalqların ədəbiyyatçı, filosof və din xadimlərinin dialoqları bu suallar ətrafında qurulmuşdur. Bu mövzulardan bəhs edənlər xüsusi hazırlıq olmadan gülünc vəziyyətə düşməkdən qorxurlar. Əgər fikirlərinizin şablon, biliklərinizin səthi, izahlarınızın banal olmasını istəmirsinizsə, onda zəhmət çəkib artıq mövcud olan kontekstləri öyrənin. Unutmayın, fəlsəfə vakkumda mövcud deyil: XVIII, XIX və XX əsr filosoflarını anlamaq üçün mütləq Platon və Aristotel fəlsəfəsini də bilmək lazımdır.
İdeyaların qarşılıqlı əlaqəsi
Müasir təhsil sistemi ixtisaslaşma prinsipi əsasında qurulub. Müxtəlif bilik səviyyələri arasında süni baryerlər var. Siz tarix fənnindən yalnız tarixi, fizika fənnindən yalnız fizikanı öyrənirsiniz. Beləliklə, siz "fraqmentar biliklər" adlandırılanı dəstəklədikcə, özünüzü dünyanın tam şəklini görmək imkanından məhrum edirsiniz. Klassikləri oxuyarkən onlar üçün bu baryerlərin mövcud olmadığını aydın görə bilərik: "Tarix" əsərində Heredot tarixi hadisələri siyasi nəzəriyyə, antropologiya və coğrafiya nöqteyi-nəzərindən izah etməyə çalışır; Platon təkcə Həqiqət, Gözəllik və Ədalət haqda düşüncələrə qapılmayıb, həmçinin riyazi və fiziki misallar da həll edir; Roma stoikləri sadəcə təbiətlə həyatın harmoniyasına çalışmaqla kifayətlənməyib, imperiya idarəçilik problemləri və insanların cəmiyyət səviyyəsində qarşılıqlı münasibətlərini öyrənirdilər. Əgər ətrafınızda və dünyada baş verən hadisələrə məhdud və çərçivəli baxmaq istəmirsinizsə, onda antik dövrü öyrənməyə vaxt ayırın.
Professionalizm səviyyəsi
Bu səbəb avtomatik olaraq öncəkilərdən doğulur. Dünyanın tam şəklini görmək imkanını qazandıqdan sonra siz onu öz professional fəaliyyətinizdə səmərəli istifadə edə bilərsiniz. İnsan düşüncəsinin işləmə prinsipləri anlayışına malik olan proqramçı yalnız rəqəm və formullar əzbərləyən proqramçıdan daha uğurlu proqram hazırlayar. Bəzi mütəxəssislər bu fikirdədirlər ki, Apple şirkətinin son iyirmi ildəki hiper uğuru digər səbəblərlə bərabər yüksək halqa əməkdaşlarının əksəriyyətinin texniki savadla yanaşı humanitar təhsilinin də olmasındadır.
Dürüstlük və əxlaq
Müasir insana tarix və incəsənətə yararlı yöndən və demək olar ki, elmi yanaşmaq xasdır. Tarixdən bizə hansısa faktiki incəliklər maraqlıdır, incəsənətin qiyməti isə bizi əyləndirdiyi qədərdir. Qədim yunan və romalılar üçünsə bu predmetlər daha geniş və ilhamlandırıcı məqsədlərə xidmət edirdi. Tarix və incəsənət nəinki öyrədici və maraqlı, eyni zamanda, əxlaq və dürüstlüyü özüylə daşıyan anlayışlar idi. Əgər siz Heredotun "Tarix", Fikiditin "Peloponnes müharibəsi tarixi" və ya Plutarxın "Tanınmış yunan və romalılar" kitabını oxuyub fikrinizi yalnız həmin qədim hadisələrin xronoloji-səliqəlilik siyahısında cəmləmisinizsə, onda müəllif ideyalarını qətiyyən tuta bilməmisiniz. Onlar üçün tarix insana daha dürüst yaşamağı, özü və ətrafında baş verənlərdə cavabdehliyi öz üzərinə götürməyi, çətin sınaqlarda ləyaqət və mənliyini qorumağı öyrədən bir vasitə olub. Bir kişi xarakteri üçün zəruri olan bütün bu keyfiyyətlər, hətta, o kitablarda qeyd olunan yerlərin çoxdan toz və külə çevrildiyi bir zamanda da aktuallığını itirməyib. Antik incəsənətdən danışdıqda, məsələn, qədim yunan faciəsi sadəcə gecələr açıq səma altındakı teatrda oturub iki saat vaxt keçirmək deyil, öz psixika və kədərinin dərinliyinə qapılmaq, mənəvi silkələnmə keçirərək öz evinə yenilənmiş və saflaşmış halda, yeni ideya, güc və qərarlılıq əxz edərək getmək demək idi.
Əqli stabilləşmə
Antik dövrün məktublarının oxunması sadələşdirilmişliyə vərdiş etmiş müasir insan üçün çətinlik törədə bilər. Qədim mətnlərin tamamilə anlaşılması bizdən ciddi əqli iradə tələb edir. Bu iradə həyatın başqa sahələrində də özünü göstərən ağlımızın möhkəmlənməsi və stabiləşməsilə nəticələnər. Klassik mətnlərə ağlınızı itiləşdirəcək və minlərcə əlavə meylləri parladacaq bir bülöv daşı kimi yanaşın.
Bu maraqlıdır
Klassik incəsənətin heyranedici özəlliyindən biri onun ölməyən aktuallığıdır. Qədimlərdə yazılmış tarix və xarakterlər istənilən dövr və ölkənin gündəlik həyatında rast gəlinəndir. Məsələn, siz "Odissey"i oxuyarkən görəcəksiniz ki, bu böyük zaman kəsiyində insan təbiəti və onu əhatə edənlər necə də az dəyişib. Siz özünüz, dostlarınız, sevgiliniz və hətta, iş yoldaşlarınızı həmin kitabların personajlarından dərhal tanıyarsınız. Siz həyatda rastlaşdığınız situasiyaları qədim insanların yaşayışında da görə bilərsiniz. Eyni zamanda, ömrün müxtəlif dönəmlərindəki müxtəlif personajlar daxili dünyanızla səsləşə, müxtəlif ideyalar ağlınızı heyrətləndirə, müxtəlif əşyalar heyran və ya məyus edə bilər. Bu, klassikləri yalnız oxumaqla yox, zaman keçdikcə onlara qayıtmaq, illər ərzində necə böyüdüyünüzə və dünyagörüşünüzün dəyişməsinə nəzarət etmək üçün yaxşı üsuldur.
Livelib.ru
Tərcümə: Səbuhi ŞAHMURSOY
XƏBƏR LENTİ
Temperatur yüksəlir - Sabahın HAVAsı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Tuba və Kıvançdan örnək davranış
Əşyaların daha az yer tutması üçün nə etməli?
Dəbli donlar
Göz altı torbaları necə yox edək?
Qadınların seks haqqındakı yanlışları
İlon Mask 6-cı övladına qəribə ad verdi - FOTO
Stiven Hokinq Darvinin məzarı yaxınlığında... - Açıqlandı
Serj müharibəyə mayda başlayır?
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
"Avtomobil idmanının inkişaf etdirilməsinə önəm veriləcək"
Azərbaycan Superliqası: "Bacılar" üz-üzə
Azərbaycanı gözləyən təhlükə ilə bağlı
Popkornlu manqo salatı (foto resept)
Düşmən Tərtərə 20-dən çox top atdı
Dəblə geyinmək sağlamlığa ziyandır
Rahatlığı sevən xanımların seçimi
Kağızdan hazırlanmış həşəratlar
Tütün və spirtli içkilərin qiyməti qalxa bilər
Nazir yaralı hərbçilərimizə baş çəkdi
Hələ bu cür toy dəvətnaməsi olmamışdı-FOTO
Şəkil çəkmək üçün praktik üsullar
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Bəhram Bağırzadə koronavirusa yoluxdu?
İrina Şeyk yeni imicdə-FOTO
Qeyri-sağlam vərdişlər
Ət niyə bahalaşdı? - SƏBƏB
Azərbaycan əsgəri Xankəndinin mərkəzində - VİDEO
Doğru geyim alın
Facebook-da yenilik
Beş yaşlı uşaq ən gənc mütəxəssis oldu
Azərbaycanda gimnastika
Bağdadda dəhşətli partlayış: 60 nəfər həlak olub, 100-dən çox yaralı var
Azərbaycanın daha bir incisi
Xəzər kənarında bu obyektlər hasarlana bilər - SİYAHI
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Cərrahi əməliyyatı mümkün olmayan xərçəngi müalicə edən aparat yaradılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası boş qalan plan yerləri ilə bağlı ilkə imza atdı
Üst geyim modelləri
İranda vəziyyət ağırlaşır- Bütün ölkə "qırmızı bölgə"dir
Azərbaycanda iş sahiblərinə isti hava xəbərdarlığı
Qəfil zəng
Dəbli koftalar
DİM sədri: “Dəqiq tarix demək mümkün deyil”
Diş əti çəkilməsinin səbəbləri
Təhsil Nazirliyindən pedaqoji təhsilli şəxslərlə bağlı QƏRAR
Antik dünya haqqında səhv bilinən faktlar
Rob Evansdan Lexus IS
Ebolaya yoluxanların sayı 20 minə çatır
- ŞƏRHLƏR