Dantenin Cəhənnəmindən Dan Braunun Cəhənnəminə…
Uzun müddətdir ki, Dan Braun haqqında təriflər eşitsəm də heç müraciət etməmişdim bu müəllifə. Bir təsadüf nəticəsində bu kitab əlimə düşdü. Oxuyaram deyə həvəslənmişdim ki, kitabın Dante Aligyerinin məşhur Ilahi komediyası əsasında yazıldığını öyrəndim. Onu oxumadığım üçün bu kitaba başlaya bilməzdim. Ilahi komediyanı oxuduqdan sonra bu kitabı əlimə aldım və Dantenin Cəhənnəmindən Dan Braunun Cəhənnəminə səyahət etməyə başladım. 1300-cü ilin əvvələrində qələmə alınan bu əsər 14 min 233 sətirdən və üç hissədən Cəhənnəm, Ərəf və Cənnətdən ibarətdir. Toskano ləhcəsində yazılan bu poema dünya ədəbiyyatının ən görkəmli bədii nümunələrindən sayılmaqla bərabər müasir Italyancanın əsasını qoymuşdur. Kitab çap olunduqdan sonrakı 7 əsr ərzində Dantenin cəhənnəm təsviri bir sıra yaradıcı insanlar-yazıçılar, rəssamlar, bəstəkarlar üçün ilham qaynağı olmuşdur. Montiverdi, Lizst, Vaqner, Çaykovski, Puçini musiqilər bəstələmiş, Lonfello, Çauçer, Marks, Milton, Balzak, Borxes və bir neçə papa bu əsərdən təsirlənərək kitablar yazmışlar. Botiçelli, Stradanus, William Blake, Boyros, Salvador Dali, Dore, Hades kimi rəssamlar Dantenin cəhənnəmini təsvir edən möhtəşəm sənət nümunələri yaratmışlar.
Dante Ilahi komediyada nəfslərinin qurbanı olmuş insanların islah olma prosesindən bəhs edir. Hər günah sahibi etdiyi günaha uyğun olaraq cəhənnəmin 9 qatından birinə məhkum edilir. Falçılar, münəccimlər, şəhvət düşkünləri, küfr edənlər, yalan danışanlar, xürafatla, saxtakarlıqla məşğul olanlar, oğrular və.s ayrı-ayrı mərtəbələrə yerləşdirilir. Tövbə edib əfv diləyənlər isə cəhənnəmdən keçib Ərəfdə durulub, paklanıb Cənnətdə əbədiyyətə qovuşurlar. Bir sıra tarixi şəxsiyyətləri, imperatorları, papaları, peyğəmbərləri, mif və əsatir qəhrəmanlarını, yunan allahlarını və daha saya bilməyəcəyim insanları təsvir edən Dantenin bu əsəri birmənalı şəkildə qarşılanmamış, tarix boyu böyük mübahisə və müzakirələrə səbəb olmuşdur.
Dan Braunun cəhənnəmində isə Dante heyranı olan genetik mühəndisin hazırladığı virusun axtarışından bəhs edilir. Bertnard Zobirst adlı bioloq dünya əhalisinin sürətli artımının qarşısını almaq niyyətindədir. Onun fikrinı görə əgər belə davam edərsə insan nəsli zamanla məhv olacaqdır. Çünki plansızca çoxalan insanlıq istəyərək və ya istəməyərək bu dünyaya zərər verməkdə, onu yox etməkdədir. Buna əngəl olmaq üçün o hazırladığı virusu heç kəsə bəlli olmayan bir yerə yerləşdirir. Zaman tamamlandıqda virus yayılmaya başlayacadır. Ancaq son ana qədər virusun nə olduğu ifşa olunmur. Onun harada olduğunu tapmaq üçün Harvard Universitetinin professoru Robert Lenqdon Dantenin Cəhənnəm əsərindəki 23-cü nəğmənin(misraların)anlamını açmalı, nəyi və haranı işarə etdiyini tapmalı, ÜST(Ümumdünya Səhiyyə Təşkilatı) ilə birgə ona əngəl olmalıdır.
Beləliklə müəllif qüsursuzca hazırlanmış labirintdə həm qəhrəmanlarını, həm də oxucularrını sehrləyə bilir.
Ilk başlarda Bertnard Zobirstin etməyə çalışdığı şey mənə qorxunc və ürküdücü gəlirdi. Həyəcanla oxuyur, tez bir zamanda professorun ona mane olmasını istəyirdim. Dünya əhalisinin sürətli artımı, insan nəslinin məhv olma təhlükəsi, təbii ehtiyatların-havanın, suyun gec-tez tükənəcəyi gerçəyinə etiraz edə bilmədiyim üçün Zobirsti haqlı saydığım üçün bu tampacanın hansı tərəfin lehinə bitəcəyini maraqla gözləyirdim. Lakin heç bir halda insan ölümünə haqq qazandıra bilmirdim. Tam da bu nöqtədə fikirlərimin bir-birinə zidd olduğunu gördüm. Ağılla, məntiqlə, elmi nöqteyi nəzərdən bioloqun fikirlərini heç bir şəkildə mənasız adlandıra bilməzdim. Lakin bunun çarəsinin insanların məhvi olmağını qətiyyətlə rədd edirdim. Bu yöndən yanaşası olsaq kitabın ötürdüyü sosial- ictimai mesaj çox dəyərlidir. Dünya ictimayətinə, kitabın təcümə olunub oxunduğu hər bir dilə mənsub xalqın bu müsbət mesajları alması, belə önəmli məsələlərə diqqət yetirməsi çox əhəmiyyətlidir. Eyni zamanda bunu bu qədər məşhur bir əsərin və eyni zamanda dünya memarlıq nümunələrinin fonunda etmək ustalıq tələb edən işdir. Kitabın adı çəkilən ölkələrin turizminə böyük xeyri dəydiyinə də əminəm. Kitabların tarixi, tarixi abidələri, unudulan memarlıq nümunələrini yenidən xatırlatması və oxucularda maraq oyatması təqdirəlayiqdir. Bu mənada Dan Braun da Ahmet Ümitdən sonra sevimli yazıçılar siyahıma qoşuldu.
Tarixi şəhərlər, abidələr, saraylar, kilsələr, heykəllər, rəsm əsərləri və daha bir çox şey haqqında məlumat verməklə bərabər kitab sizi sanki səyahətə aparır. Sürprizlərlə dolu olan kitab hər səfihəsində yeni bir tapmaca ilə bizi qarşılayır və hər dəfəsində oxucunun təxminlərini boşa çıxardır. Həcminin böyük olması sizi qorxutmasın. Axıcı süjet xətti, asan dili sayəsində kitab oxucunu heç yormur. Onu da qeyd edim ki, kitabda bəhs edilən məkanlar, rəsm əsərləri, heykəllər və.s hamısı həqiqidir. Kitabın mövzusundan başqa hər bir şey hətta qurumlar belə reallığa əsaslanır. Yazıçı məkanları o qədər gözəl və dolğun təsvir edir ki, oxuduqca bəhs olunan hər bir yeri görmək arzusu keçdi içimdən.
Florensiyadan başlayıb, Venesiyadan keçib, gözlənilməz şəkildə Türkiyədə sonlanan axtarış mənə heç təxmin etmədiyim bir hissi yenidən yaşatdı. Bu duyğunu bir dəfə də Patrick Süskindin Parfumerində yaşamışdım. Virusun nə olduğunu öyrənəndə onun yaradıcısı Zobirstə nifrət edə bilmədim. Çünki aclığın, səfalətin, ədalətsizliyin, müharibənin, əzab-əziyyətin hökm sürdüyü dünyada yaşayan insan nəslinin şüursuzca çoxalması, doğulan körpələrin aclığa, səfalətə, mənəvi aclığa məhkum olması bu çoxalmanın dünyaya zərər vurması, insanlığın öz yaşadığı planeti düşünmədən az-az məhv etməsi ən az Zobirst qədər məni də narahat etdi. Bildiyimiz və hər zaman inkar etdiyimiz acı həqiqətləri bu kitabla, bu biloqla yenidən xatırladım və nə qədər çalışsam da onu qınamaq üçün özümdə bir səbəb tapmadım.
Tapa bilmədim…
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hande Erçel Çeşmədə dincələrkən-FOTO
Britaniya Parlamentinin üzvü: "İşğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər"
Seda ana oldu-FOTO
Tramp 48 saatda 11 mitinq keçirməyə hazırlaşır
Səhərlər gümrah oyanmaq üçün 4 vərdiş
Həyatda fəxr edəsi nəyiniz var?
Azərbaycanda dəniz suyunu duzsuzlaşdıran zavod və müasir tinglikdən ibarət kompleks istismara verilib
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Firuzə qaşının cazibəsi
Artıq çəki yuxusuzluğa səbəb olur
Keçəlliyin də dərmanı tapıldı
Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VİDEO
"Yayın ən yaxşı cütlüyü" seçildilər - FOTO
Gözəl ibadət yerləri
Qəbiristanlıqda şok olay: tabut boş çıxdı
Borclu abonentlərə XƏBƏRDARLIQ: Dekabrın 25-dən...
Bakıda “Kitab dayanacaqları” yaradıldı - Açıqlama/Foto
Şəhid bu gün dəfn ediləcək
Özünüzü gözləyin: artıq 35 nəfər xəstəxanada
Yerin təbii peyki ilə bağlı maraqlı fakt açıldı
Kəsiri olan tələbələrin nəzərinə
Günün qoroskopu: Axtardığınız sevgini tapacaqsınız!
Dodaq boyasının zərərləri
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
Təyyarəni qaçıran şəxs həbs edildi
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Keçibuynuzu
Lift qəzaları niyə artır?
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
Instagram: Məşhurlar haker hücumuna məruz qalıb
Günün qoroskopu: Uğurlu gündür!
Meray Keri açıqlamaları ilə hər kəsi təəccübləndirdi
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
İranda zəlzələ oldu
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Azərbaycanda Facebook istifadəçilərinin sayı azalır
Fransız tədqiqatçı erməniləri biabır elədi
Ulduz aktyor öldü-FOTO
Yanukoviç jurnalistlərin qarşısına çıxacaq
Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin
Qırmızı gözlü yaşıl qurbağa
Şəbəkədə ünsiyyət mədəniyyəti. Bu, bizi qane edirmi?
Sensasiya: Marsda su tapıldı
Prezidentdən bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı SƏRƏNCAM
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Biliyini yoxla (2)
Arıqlamağın ən asan yolu: gülmək
Dünyanın ən qədim tikililəri
ŞAD XƏBƏR - Pensiya və maaşlar yenidən artırılacaq
Dadı damaqda, zəhəri canda qalan "onluq"
- ŞƏRHLƏR