Aparılan kiçik bir araşdırma zamanı məlum olub ki, ABŞ-da ailə harmoniyası haqda “Nigahı necə qorumalı” kitabını yazan yazıçı öz həyat yoldaşını öldürərək şəklini “Facebook” sosial şəbəkəsinə yerləşdirib. “Dostları necə qazanmalı” kitabının müəllifi Dale Carnegie isə tənha bir şəkildə dünyasını dəyişib. Yaxud “Uşaqların tərbiyyəsi haqda” kitabların müəllifi Benjamin Spock öz övladları tərəfindən qocalar evinə yerləşdirilib. Bestsellerə çevrilən “Necə xoşbəxt olmalı” kitabının koreyalı müəllifi isə depressiyadan özünü asıb. Bu siyahını uzatmaq da olar. Lakin sadaladığımız faktlar bir daha sübut edir ki, insanlara həyat və yaşam dərsi keçən bu şəxslərin öz həyatları acınacaqlı olub.
Bəs görəsən onların bu cür aqibət yaşamasının səbəbləri nədir?
İslaminSesi mövzunu ilahiyyatçı - yazar Fərid Abdullah ilə müzakirə edib. Ekspert bildirib ki, bu şəxslərin fəaliyyətinə nəzər salarkən insanı bir fikir düşündürür. Nəyə görə onlar bu qədər uğur qazanırlar?. Belə bir ifadə mövcuddur: “Hər kəs özündə olmadığı şeylərdən danışır”. Lakin bu məsəlin həmişə, hər yerdə keçərli olmadığı da məlumdur: “ Bəzən elə insanlar olur ki, ətrafındakılara, ümumiyyətlə, cəmiyyətə gözəl nəsihətlər edir, onları doğru yola çağırır. Bunun nəticəsində isə insanlar əməllərini düzəldərək Allaha yaxınlaşır. Lakin həmin şəxsin özü isə dediklərindən nəticə çıxarda bilmədiyi üçün həyatını məhv edir. Məsələnin müsbət tərəfi isə ondan ibarətdir ki, bu insanlar yaşamın düzgün yollarını axtarıblar. Özlərinin ehtiyacları üzündən tədqiqatlar aparıblar. Ortaya müəyyən bir nəticə qoysalar da, bu onları qane etməyib. Bəzən müəyyən bir mənsəbə yetişən insan oturub düşünür və əldə etdiyi nəticənin onu qane etmədiyini görür. Lakin geriyə addım ata bilmir. Bu cür şəxslərin yazdıqları əsərlər, etdikləri nəsihətlər mənfi və müsbət olaraq iki hissəyə ayrılır. Mənfi tərəfi ondan ibarətdir ki, bu şəxslər özlərinin qəbul etmədikləri arqumentləri kitablar vasitəsi ilə cəmiyyətə aşılayıblar. Bu isə yolverilməzdir. Müsbət məqam ondan ibarətdir ki, bu insanlar özlərinə çarə etmək istəsələr də onları qane etməyib və bədbəxtliyə düçar olublar. Görünən budur ki, sözügedən insanlar əsərlərindən fərqli olaraq həyatlarında ona görə uğur qazana bilməyiblər ki, gəldikləri nəticələri öz yaşamlarına tətbiq etməyi bacarmayıblar”.
XƏBƏR LENTİ
Bədən dilini öyrənmək
Tənbəlliyə qarşı təsirli həb
Türkiyə silkələndi - TƏŞVİŞ
ABŞ türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndini təsdiqlədi
Göz makiyajı edərkən gözləri necə qoruya bilərik?
Kəs və yapışdır-10
Dekabrın 31-də daha çox işləyəcəklər
İşsizlərin müavinəti 30-40% artırılacaq
Dünyada yenə yad planetlilər tapıldı
Kişilər üçün ondan yaxşısı?
HAVA necə olacaq?- 1 MART
Şəhzadə Diananın zinət əşyaları
Rihanna kirayə tutduğu evə 60 min ödəyib-FOTO
Evinizdə bahar enerjisini artırmağın yolları
Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO
Koronavirusun hüceyrələrə yayılmasının görüntüləri - FOTO
Kiyev kotleti (foto resept)
Fransız qadınlarının sevimli trendləri
Günün ulduz falı
Almaniyanın mərkəzində tülkü 100-dən çox ayaqqabı oğurladı
Mənzil almaq istəyənləri sevindirəcək xəbər
Faydalı daşlar - Oniks (damarlı əqiq)
HAVA necə olacaq?-23 Avqust
Təzə əncir şirniyyatı (foto-resept)
Fərqli kotlet (foto resept)
Tez uzanan və güclü saçlar üçün 7 maska
Kral ailəsinə məxsus oturacaqlar hərracda fantastik qiymətə satıldı
Türkiyə sənətkarlarının tarixi şəkilləri
Daha 162 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Dünyanın ən gözəl 12 körfəzi
Körpələrdə qaz sancısı necə aradan qaldırılır?
Qar uçqunu 216 adamı öldürüb
Möcüzəvi meyvə - nar
Südlü buğda şorbası (foto resept)
Saqqız çeynəmək olarmı?
Braziliyada beynəlxalq film festivalı başladı
Yunanıstanda üsyan başladı
Putin: "Mən sizi orada un şorbası üçün otuzdurmamışam"
Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
14 yaşlı azərbaycanlı model birinci oldu
Kuril adalarında güclü zəlzələ olub
Azərbaycanlı alimin hazırladığı vaksin insanlar üzərində sınaqdan keçiriləcək
“Ginnesin Rekordlar Kitabı”na düşən evlilik təklifi
Bayram şirniyyatları
Bizim Qadin.Netlilər serialı (3-cü bölüm)
Könüllü həbsxananı seçən ahıllar
Rusiya rublunu kim xilas edəcək?
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
Zövqlü don modelləri
İştah artıran vasitələr
- ŞƏRHLƏR