Sizin üçün Aysel Əlizadə kimdir?
Ruh.
Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir, bu sözlərdə varsınızmı?
Ayda bilmirəm, işıqda varam.
Sizin uğur düsturunuz nədir?
Azadlıq+azadlıq-azadlıq:azadlıq vur azadlıq
“Qızıl orta, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
Elə situasiya var ki, orada mənə heç nə lazım deyil, eləsi var ki, hər şey lazımdır. Elə də olur ki, qızıl orta ən doğrusudur.
Sizcə təsadüflər zərurətdən doğur?
Məncə, təsadüflərin elə özündədir məna. İnsan zərurəti çox böyüdür. Təsadüfü kiçildir. Vurğu həmişə zərurətə vurulur. Ancaq təsadüf özü mahiyyətcə kiçik proses və anlayış deyil.
Həyat məktəbi sizə hansı dərsləri keçib?
Özünü öyrədib.
“Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
Çox şərdə xeyir var. Hər şərdə yox.
“İt hürər, karvan keçər” prinsipinə riayət edirsinizmi?
Bu qədər kobud yox, ancaq artıq səslərə qulaq vermirəm.
Sonrakı peşimançılıqda fayda varmı?
Var. Təkrarlamamaq.
Sizcə, susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
Hər üçü olur. Situasiyadan asılıdır. Bəzən yüngül saqqal olmamaq üçün susursan. Bəzən danışmağa həvəsin olmayanda. Bəzən anlamsız olduğunu biləndə. Bəzən günahkar olanda. Cəsarətsizlikdən, qorxaqlıqdan da, susanlar olur.
Sizin üçün ən uğurlu sərmayə nədir?
İntellekt.
Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
Hər gün öləcəyimi düşünürəm və heç nə etmirəm.
Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istərdiniz və niyə məhz o zaman və məkan?
Sokratı görmək üçün eramızdan əvvələ getmək istərdim. Niyəsi bəllidir.
Əsl dost –xoş günün dostudur, ya dar günün?
Əsl dost gərəkli məqamda səninlə bağlı doğru qərar verəndir.
Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq… Başqa bir yaradıcı istedadınız varmı?
Televiziya sahəsini yaxşı bilirəm. Aparıcılıq, rejissorluq, ifaçılıq, rəqs, poeziya, tərcümə, azca piano bacarığım var.
Tənqidə münasibətinizi bilmək olarmı?
Professional tənqidə çox açığam. Hətta acam.
Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
Nə sevirəm, nə qaçıram. Qarşıma çıxan hər şeyi yaşayıram.
Özünüzü yaxşı tanıyırsınız? Dost və düşmən olan cəhətləriniz hansılardır?
Dost cəhətim sevəncan olmağımdır. Buna görə də yaxşı dostlarım var. Sevilirəm. Düşmən cəhətim xoşgörülü ola bilməməyimdir. Aşırı təklik hissimdir.
Sizcə, yazılarınızın qəhrəmanları yerinizdə olmaq istərdilərmi? Özünüz necə, yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?
Hara çevirsən bir az onlar mənəm, bir az mən onlar.
Gənclərə nə tövsiyyə edirsiz?
Tövsiyyələrə qulaq asmasınlar. Azadlıq üstəgəl azadlıq çıx azadlıq vur azadlıq böl azadlıq bərabərdi azadlıq…
Təşəkkür edirəm, Aysel xanım.
Söhbətləşdi: Günel Fərhadqızı
XƏBƏR LENTİ
Məşhur aktyor və aktrisa sevgili olduqlarını etiraf etdilər - FOTO
Yemək yeyərək sərvət qazanır - FOTO
Sobada badımcan dolması (foto-resept)
Hamar dəri üçün maska
Türkiyədə qəribə ayaqqabı hazırlandı: Süi-qəsdin qarşısını alır
Sünnət üçün ideal yaş
13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Dolu Tovuzda meyvə bağlarını məhv elədi
Ölü Dənizdə 1200 illik tapıntı
Futbol rəqsi: ingilislərə qarşı almanlar
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Fərqi yoxdur: ya adi sabun olsun, ya antibakterial
Ermənilərə tutarlı cavab
Hindular 3 yaşlı qızı Allah elan etdilər – AДћLASIДћMAZ ƏNƏNƏ - FOTO
Kağız halva (5)
Cəbhədən XƏBƏR VAR
Qubadlı rayonundan görüntülər - VİDEO
"Bizim mobil telefonlar"
İlham Əliyev Gürcüstana traktor bağışladı
COVID-19 velosiped sənayesi üçün fürsət oldu
Ahmet Kural 10 ay həbsdə yata bilər
İtalyan üsulu çiyələkli keks (foto resept)
Dünyaya sərt mesaj verdi
Kartof Kroket (foto-resept)
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Amsterdam
Ruh sağlamlığını qoruyaq
Psixi inkişafda ünsiyyətin rolu(1)
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Geyimlərin rənginə görə xarakter
İtaliya şokda
Azad Söz (5-ci hissə)
Kakoslu piroq (foto resept)
Uşaqlarda hərəkətsizlik şəkərli diabetə səbəb olur
Pinokkio
Cinsi əlaqənin bilinməyən tərəfləri
Azərbaycanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib
HAVA necə olacaq?
Aclığın ipini çəkən tapıldı
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
20 Yanvar faciəsinin iyirmi beşinci ildönümüdür
"Şirin" üzüklər
Rusiyaya meteorit düşdü
Bürclər və daşlar
Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər
Öz təbibin ol
Kişilər azalıb
Nəqliyyatçıların maaşı artıb
- ŞƏRHLƏR