Salam xanımlar, bu gün özümdə cəsarət tapıb dərdimi sizinlə bölüşmək qərarına gəldim. Məsləhətlərinizə ehtiyacım var. Artıq 7 ildir ki, ailəliyəm. Yoldaşım dayım oğludur. Övladımız olmur. Çox müalicələr etdirmişəm, artıq yorulmuşam acı, iyli, tamlı dərmanlar içməkdən. Həkimlər isə bunu qohumluğumuzla əlaqələndirirlər. Lakin övladınız olmayacaq deyə bir diaqnoz da qoymayıblar. Yoldaşım isə uşağı olmasını çox istəyir. Və mənə belə bir təklif etdi ki, onun başqa bir qadından uşağı olsun və gətirsin biz saxlayaq.(suraqat ana) Əlbəttə ki, bu təklifi rədd etdim. Ondansa uşaq evlərində valideyn himayəsinə möhtac uşaqlar çoxdur, gedək ordan bir uşaq götürək.
Allah da bizə nə vaxtsa uşaq nəsib edər inşallah. Buna da yoldaşım razı olmadı. Artıq 6-7 aydır ki, bir evdə iki yad adam kimiyik. Bir-birimizlə danışmırıq demək olar ki, əvvəlki sevgidən, hörmətdən əsər əlamət qalmayıb. Yoldaşım məni söymür, döymür, təhqir etmir. Lakin uşaq sevgisi mənə olan sevgisindən daha böyük olduğu hər halından bəllidir. Bu da məni çox incidir. Və mən ayrılmaq qərarına gəlmişəm. Övladı insana Allah verir. Əgər o qismət etmirsə bu mənim günahım deyil axı, hər gün onun məni günahlandıran baxışlarını görməkdən yorulmuşam. Onu çox sevirəm. Və onu da qınamıram, hər bir kişi kimi o da ata olmaq istəyir.
Ona nifrət etmədən ayrılmaq istəyirəm ki, gec olmadan ailə uşaq sahibi olsun o da. Ancaq bir dəfə "gəl ayrılaq" dedim. Dedi: "dəli olmusan mən ölərəm səndən ayrılmaram, səni çox sevirəm." Düzdür "burda məsləhət veriləcək bir şey yoxdur" deyəcəksiniz bəlkə də, hər şey gün kimi ortadadır. Ancaq yenə də fikirlərinizi bilmək istəyirəm. İndi mən neyləyim? Bəlkə Allah mənə heç bir zaman övlad verməyəcək. Özümlə onu da tənhalığa sürükləyim?
XƏBƏR LENTİ
Priyanka Çopranın toyundan yeni FOTOlar
Siqareti tərgitmək üçün yeni üsul
6000 illik cins parça tapıldı
Məşhur qadının məzarı tapıldı
Pensiya yaşı qaldırıldı
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
Mətbəx əşyaları
Həmvətənlərimizin Laçın sevinci “Haber Global”ın efirində - VİDEO
Aslılıq yaradan qidalar
3D yataq dəsti (1)
Bu da ən sürətli Jaguar
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu keçdi - STATİSTİKA
Bakı böyük sülhdən danışdı
Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır
Məşhur modeldən ŞOK QƏRAR
Fanatlığın beləsi də olur: sutkada 23 saat əzab
Sünnət neçə yaşda edilməlidir?
Bakıda hər kəsin sevimlisi olacaq tikili: Akvaterrarium yaradılır
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Evlilik stressi dərinin düşmənidir!
Gül hörüyü (fotolarla hazırlanması)
Gülən balaca
Tənbəl mantısı və nar-qovurma (foto resept)
Müdafiə Nazirliyindən 8 mayda müharibə xəbərinə cavab
Könüllü müraciət edənlərin sayı 8500-ə çatdı
Dəhşət: əyyaş və pinti ana, acından ölən uşaq və zibilxana ev
Sürətli saç uzadan üsullar
XX əsrin faciəsi: Xocalı soyqırımından 22 il ötür
Kağız gəlinciklər - 3
Hər yolun sonu Ona çıxır
Siqaretin satışına qadağa qoyuldu
FİFA prezidenti koronavirusa yoluxub
Bakı-2015 Avropa Oyunları Serbiyada da yayımlanacaq
Yoldaşının telefonuna baxan qadına CƏZA
“İndiana Cons” qayıdır: Harrison Ford yenə baş qəhrəman olacaq
Günün ulduz falı
Toy üçün möhtəşəm tortlar
Kakaonun faydaları.
Yerə asteroid yaxınlaşır
Ərimlə yenidən bir yerdə olmaq istəmirəm (dialoq)
Ebrunun saatı qiymətinə görə diqqət çəkdi-FOTO
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Dazlaşma problemi olanlar, çarə tapıldı
Azərbaycanda insanlar "donuz qripi"nə qarşı peyvənd oluna bilərlərmi?
Oynaq ağrılarını azaldan üsullar
Asan salat (foto resept)
Kütahya porselen
Bakıda vulkan püskürdü
Ana oğlunu cəbhədəki vəziyyətə görə Rusiyadan geri çağırdı
- ŞƏRHLƏR