Oğlanlar bilmirlər ki, İnternetdə Victoria’s Secret modellərinin bikinidəki şəkillərinə onlardan çox biz baxırıq. Hələ hər gün bir brend çanta alan, hər ay bir ölkəyə səyahət eləyib gözəl hotellərdə qalan qızlardan danışmıram. Onların hər addımını, hər check-inini izləyirik, screenshot eləyib rəfiqələrimizə göndəririk, paltarlarını nə cür seçməyinə diqqət edib səhərisi gün biz də o cür geyinirik, göz laynerini nə cür çəkdiyini təxmin edib gecə vaxtı gözümüzdə məşq edirik.
1-2 ay o qızın fanatı oluruq, sonra ondan zəhləmiz getməyə başlayır. Üstündə köpükdən ürək olan kappuçinosunun şəkli belə bizi qıcıqlandırır. O insanı həyatda tanıyırıqsa işlər lap pisləşir. Onu görməyə gözümüz yoxdur. İdeal şəkillərini görəndə kompüterə şillə vurmaq istəyirik.
Ən dəhşətlisi bilirsiz nə vaxt olur? O nişanlananda! İdeal oğlanla ideal nişan və toy şəkillərini paylaşanda! Onda rəsmi surətdə öz həyatımıza dönüb baxırıq və hadisələri 3 sözdə cəmləşdiririk “Mən nə gündəyəm?!”
Başqasının uğurundan və ya hər hansı üstünlüyündən səndə yaranan mənəvi narahatlığa paxıllıq deyilir. Paxıllıq göz süzmək formasında ola bilər, qeybət və ya lağ eləmək formasında ola bilər, indiki dövrdə unfollow edib sonra gizlicə girib şəkillərinə baxmaq formasında da olur, dərinə gedəndə özünütənqid, depressiya və nifrətə də çevrilə bilər.
Qısası, paxıllıq bit kimidir, əvvəl başı bir az qaşındırır, deyirsən “keçər”, ciddiyə almırsan, nə baş verdiyini anlayanda isə ya keçəl olmalı olursan ya da "Fatma" xala başını nöyütlə yuyur. "Fatma" xalanın toppuş barmaqları və nöyüt iyi...
Paxıllıq hissdir. Hissə qalib gəlməyin ən yaxşı yolu məntiqdir. Gəlin sosial mediada paxıllığın nə qədər mənasız olduğunu sizə sübut edim.
1. İki saniyə bütün gündən xəbər vermir
Gündə 24 saat var. Bunun 16 saatını oyaq oluruq. 16 saatda 960 dəqiqə, 57,600 saniyə var. Bir insanın həyatını 57,600 saniyənin 2 saniyəsində çəkilən şəkillə xarakterizə etmək absurddur. Bu, kitabın bir cümləsini oxuyub bütün kitab haqda fikir yürütməyə bənzəyir.
2. Sosial mediadakı şəkillərin nə qədər filtr olunduğunu başa düş
Heç kim hirsli və ya kədərli vaxtda şəkil çəkdirmir (16 yaşında çəkdiyin gözün yaşlı, dramatik selfie-ləri çıxmaqla). Sosial mediada gördüyünüz şəkillər insanların öz günlərindən seçdiyi saniyələrdə çəkilmiş şəkillərdir. Üstəlik, bu seçilmiş saniyələrdə çəkilmiş şəkillərin də ən yaxşısını seçirlər. Hələ üstəlik, bu ən yaxşı şəkli də müxtəlif İnstagram effektləri ilə gözəlləşdirəndən sonra paylaşırlar.
Lap elə Victoria’s Secret modelləri kimi. Milyonlarla qızın içindən ən gözəlləri seçilir, üzləri, saçları və bədənləri saatlarla kosmetika-lak-pudra-fen atəşinə tutulur, sonra professional fotoqraf şəkillərini çəkir, min şəklin içindən biri seçilir, o da saatlarla Fotoşoplanır, sonra da oğlanlar bu şəkillərə baxıb düşünür ki, cənnət mövcuddur və həyat yoldaşları yetərincə gözəl deyil. (Qaqa, özün güzgüyə baxmısanmı?)
Odur ki, bir qızın əlində Starbucks kofe tutub ördək dodaqla güzgüdən çəkdiyi şəklinə baxıb onun nə qədər xoşbəxt olduğunu və özünün nə qədər mənasız həyat yaşadığını düşünürsənsə ən azından özünə haqsızlıq edirsən. Starbucks kofe adamı xoşbəxt etsəydi bütün Nyu York insanları xoşbəxtlikdən uçardılar. İnan mənə, qaş-qabaqları yer süpürür. Nyu Yorkda hətta itlər də it kimidirlər. (İtim Mickey belə deyir)
Hə, bir də var cütlük şəkilləri. Həmişə xoşbəxt, qucaqlaşmış, öpüşən… Baxan bilməz ki, 2 dəqiqə əvvəl qızğın mübahisə edirdilər, gizlincə bir-birini öldürmək haqda planlar qururdular.
3. Paxıllığı motivasiyaya çevir
Paxıllıq əslində ürəyinin çağırışıdır. Mən qaranlıq keçmiş günlərimdə 75 kilo idim (səhər-günorta-axşam dondurma, üstündən McDonalds, üstündən Cheetos yeməyin nəticəsi). Arıq qızlara paxıllıq edirdim. Bu paxıllığı motivasiyaya çevirmək qərarına gəldim. Jurnallardan gözəl bədənli qızların şəkillərini kəsib soyuducunun üstünə yapışdırdım. 1 il pəhriz saxladım, idman elədim. 20 kilo arıqladım.
Sən də eləcə. Yaxşı karyerası olan qızlara həsəd aparırsan? Karyera qurmaq haqda kitablar oxu, təlimlərə get, hardasa pulsuz işləməyə başla, təcrübə topla. Xaricdə oxuyanlara paxıllıq edirsən? Dil kurslarına yazıl, xarici universitetlərin saytlarına bax, lazım olan sənədləri topla, sən də müraciət elə. Gözəl qızlara paxıllıq edirsən? Özünə qulluq elə, geyiminə fikir ver. Gözəllik heç də Prada geyinib Gucci eynək taxmaq deyil. Aeroportdan da paltar alıb gözəl geyinmək olar. Ördək dodaq edib Starbucks-la şəkil çəkdirən qızlara paxıllıq eləyirsən? Hm, burda sənə heç bir kömək edə bilməyəcəm.
Nə demək istədiyimi başa düşdün. Paxıllığı oturub dırnağı çeynəmək üçün yox, ayağa durub həyatınla bir şey eləmək üçün istifadə et.
Və inan ki, hər kəs, ətrafındakı hər kəs hansısa bir döyüş içərisindədir. Heç kim içində yaşadığı çətinlikləri Facebookda, İnstagramda paylaşmır. Heç kim yuxulayana qədər tökdüyü göz yaşlarının şəklini çəkmir. Heç kim çarəsiz, bədbəxt, ümidsiz olduğu haqda status yazmır.
Hər kəs döyüş içərisindədir.
Heç kimin saxta İstagram maskasının sənin xoşbəxtliyini əlindən almasına imkan vermə!
Şəbnəm
XƏBƏR LENTİ
Orucun 15-ci günündə bunlar baş verir - Həkim danışdı
Körpələr üçün saç bandı (özün düzəlt)
Krit adası
Murad Dalkılıç Bakıya gəlir
Birinci vitse-prezidentin köməkçisindən Laçınla bağlı paylaşım
Zülal pəhrizi
Bülent Ersoy 500 minlik kürkündən danışdı-FOTO
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
"Normand dördlüyü" bu gün növbəti danışıqlara başlayır
Mehriban xanım Leyla Əliyeva ilə konsertdə-FOTO
Misirə də qar yağdı: son 122 ildə ilk dəfə
Gigi Hadid bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)
Cinayət Məcəlləsində dəyişikliklər edildi
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Alimlərdən inanılmaz kəşf
Azərbaycanda dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlar ƏDV-dən azad edildilər
Bakı sakinlərini ölümə sürükləyən avtobus
10 gün qaldı: Dövlət adambaşına 90 manat pul ayıracaq
İri çənəli qadınlarla bağlı İNANILMAZ FAKT
Üzüm tumunun fizioterapiyaya faydası
"Müəllimlər yanvar ayının maaşlarını artımla alacaqlar"
Gəlin saçı aksessuarları
Şokoladlı kivi dondurması (foto-resept)
Doğuş sonrası depressiya
Payızın yeni trend papaqları
Termometr sınanda...
Hamilə olarkən musiqi dinləmək olarmı?
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
Bergüzar Korel də etiraz səsini ucaltdı
Əncir yemək üçün 8 MÜHÜM SƏBƏB
Abdulla Gül Bakıya gəlir
Uşaqlarınıza bu adları qoya bilməyəcəksiz
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Bengü toy hazırlığına 1 milyon xərclədi-FOTO
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - 2570 manata çatdı
Yeni makiyaj trendi: Draping
Neqativ düşüncənin orqanizmə təsiri
Tam Günəş tutulması baş verəcək - Vaxt AÇIQLANDI
Muratla Aslının ayrılıq səbəbi - Evlilik
Hava haqqında
Tanınmış aktrisa sevgilisinə evlilik təklif etdi - VİDEO
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
SMS icazələri ləğv oluna bilər - BAŞ İNFEKSİONİST
Sellulitə əlvida deyin
Sarıkökün faydaları
Rusiya viza qaydalarını sərtləşdirir
Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?
Guccidən 2014-2015 payız qış kolleksiyası
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
- ŞƏRHLƏR