Sağlam körpələrdə yerimək yaşı 12-18 aylar arasıdır. 12 aydan da əvvəl yeriyə bilərlər. Uşağın yerimə yaşı ağlı ilə əlaqədar deyil. Yerimə gecikmişsə, digər inkişaf pillələrinə də baxılmalıdır. Körpənin 18 aya qədər 5-10 sözü mənalı olaraq söyləməsi, istədiyini işarə etməsi, deyilənlərin öz yaşına uyğun olanlarını başa düşməsi, istədiyi nəyisə barmaqla göstərməsi də lazımdır. Bu pillələrdə problem varsa, uşaq nevrologiya həkiminə götürülməlidir.
Yeriməyi gecikdirən səbəblər:
1. Körpənin çox sürətli iməkləməsi körpənin gəzməyə həvəsini azaldır. Yerimə yerinə iməkləmə ilə hər yerə rahatlıqla çata bilir.
2. Həddindən artıq qoruyucu ana-ata: körpənin daimi qucaqda tutulması, üşüyər, mikroba batar və ya yıxılar düşüncəsiylə yerə buraxmaqdan qaçırlar.
3. Körpənin çox çəkili olması: körpənin getməsinə və iməkləmə ,dönmə kimi digər hərəkətlərin edilməsində gecikməyə səbəb olur.
4. Körpənin oturduğu yerdə davamlı olaraq istədiklərinin qarşısına qoyulması, motivasiya əskikliyinə səbəb olur.
5. Nevroloji sistemi maraqlandıran xəstəliklər: Bu xəstəliklər sıxlıqla daha əvvəl məlum olurlar. Körpə 3-cü ayda başını tutmamışsa, 6-7-ci aylarda dönməyə başlamamışsa, 8-ci ayda dəstəksiz oturmamışsa, bu mərhələlərin araşdırılması lazımdır.
Bir körpə gec yerimə problemi üçün həkimə nə vaxt göstərilməlidir?
Körpənizin gec yeriməyə başlamasından narahatsınızsa, həkiminizlə əlaqə saxlayın. Aşağıdakı hallarda körpənizi həkimə aparın:
- Körpəniz 18 aylıq olduğu halda yerimirsə,
- Körpəniz təkcə barmaq uclarında yeriyirsə,
- Körpənizin digər inkişaf pillələri ilə əlaqədar problemi varsa,
- Körpəniz bir ayağı daha çox istifadə edirsə, bədən hərəkətlərində sağ-sol arasında fərq varsa,
Təkrar vurğulamaq lazım olsa, yeriməyən bir uşaqda digər inkişaf mərhələlərində bir gerilik yoxsa və həkimin etdiyi müayinə və nevroloji müayinənin normal olması şərti ilə 18 aya qədər narahat olmadan gözləmək olar. Ancaq körpənizi təqib edən həkimin bir şübhəsi varsa və ya digər inkişaf mərhələlərində gerilik varsa, çox daha tez araşdırma aparmaq lazımdır.
Körpənizin yeriməsi üçün necə dəstək ola bilərsiniz?
Altda yatan bir sağlamlıq problemi olmadığı halda ana-atalar körpələrinin yeriməyə başlaması üçün bunları edə bilərlər.
- Körpə yerimə mövzusunda təsviq edilməli, əlində tutaraq getməsi üçün fürsət yaradılmalıdır.
- Tutduğu əşya sağlamlaşdırılmalı və tutunaraq ayağa qalxması əngəllənməməlidir.
- Yerimə mövzusunda müqavimət göstərəndə əsəbləşməməli və məcbur edilməməlidir.
- Gün içərisində çox otuzdurmamalı, evdə və çöldə gəzinti məşqləri edilməlidir.
- Ayaq və ayaq əzələlərinin güclənməsi üçün ev içərisində çılpaq ayaq və ya sürüşdürməz corabla gəzməsinə icazə verilməlidir.
- Ayaq sağlamlığı baxımından uyğun olmayan, dar və ya enli ağır ayaqqabılar geyindirilməməlidir.
- Yerimə cəhdi görüldüyündə bir oyuncaq uzadılaraq diqqəti çəkilməli və oyuncağa çatılması təmin edilməlidir.
- Geyimləri yeriməsinə maneə törədəcək darlıqda olmamalıdır.
Yeriməsinə kömək edən araba faydalıdırmı?
Ana və atalar bunun vasitəsi ilə uşaqlarının daha tez yeriməsinə kömək olduğunu düşünürlər. Əslində isə bu fikir tam səhvdir. Bu vasitələrlə yeritmək uşağı bir neçə həftə geri salır. Əlavə olaraq bu vasitə ilə uşaqlar anormal yeriş forması qazana bilərlər, barmaq ucunda yeriməyə meyl göstərərlər. Bunun zərərləri bununla da qurtarmır. Bu vasitə çox sayda körpənin təcili xəstaxanalara da gətirilməsinə yol açmaqdadır.
Ayaqqabı seçimi
Yeriməyə başlayan uşaq, əgər ayağa qalxdığında ayaq və ayaq biləyində əyilmə olmursa, evdə yalın ayaq, ya da corabla ayaqda dayana bilərlər. Ayaqqabıya öyrəşmələri baxımından evdə də arada bir ayaqqabı geymələri faydalıdır. Ayaqqabı seçərkən ayaqqabı elastik olmalıdır, döşəməsi çox yumşaq və ya çox sərt olması məsləhət görülmür. 5-6 mm üzərində bir topuq yüksəlməsi olmamasına diqqət göstərilməlidir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Panço tortu (foto resept)
Gəncə də ağ örpəyə büründü
Geyiminə görə tənqid olundu-FOTO
Prezident Polad Bülbüloğlunu təltif etdi
Badımcanlı, pendirli pide (foto-resept)
Hava haqqında
Gündəlik geyimlər
Cəbhədən son xəbər
Nostradamusun 2019-a dair SENSASIYALI PROQNOZU
Ukrayna nüvə enerjisinə keçir
Manat nə vaxt ucuzlaşacaq?
Krımı Rusiyadan azərbaycanlı general qoruyur
Dünyanın ən yaxşı cütlük şəkilləri
Bakıda ən bahalı torpaq haradadır?
Huawei yeni smartfonu göstərdi
Qovurmalı Quesadilla (foto-resept)
Yay üçün dəbli ətəklər
Adi bilet sahibi təyyarədə yeganə sərnişin olub
2014 - Yeni iliniz mübarək!
Bu romanlar insanı sağaldır
Gəlinlik saç düzümləri
Saç tökülməsinə qarşı ərik
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Cəbhədə son vəziyyət
10 yaşı var, amma çəkisi 144 kiloqramdır
Meyvə-tərəvəz buketləri
Azərbaycanda tikintiyə icazə ilə bağlı YENİ TƏLƏB
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
Bakının istedadlı şagirdləri seçilir
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Cüdoçumuz Avropa çempionu oldu
Gimnastlarımız Lissabondan medalla qayıdıblar
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr olunub
Məşhur yazarın fikirləri QALMAQAL yaratdı
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
Lənətlənmiş sərdabə açıldı - FOTO
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
Qubalıların zəfər sevinci - VİDEO
Məşhur saytın rəhbəri işdən çıxarıldı
Şəkərli diabet xəstələri üçün dövlət hansı güzəştləri nəzərdə tutur?
Şokoladlı keks (foto-resept)
Ramazanın 26-cı gününün duası
Ən qatı dırnaq boyaları
Natalie Suarez
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Məşhur müğənni üçüncü dəfə ana oldu
Üz dərisinə qulluq
Məsamələri kiçildən 3 təbii maska
Azərbaycanda özəl detektivlər lazımdırmı?
- ŞƏRHLƏR