İlk məhəbbət
Məskəni olduğu qəlb tək,
İlk məhəbbət kövrək olur.
Qəlbə dolur şirin mey tək,
Bəzən qönçə kimi solur...
İlk məhəbbət həzin olur,
Qəlboxşayan nəğmələr tək.
Gözəlləşdirir bir anda,
Həyatı tər çiçəklər tək.
İnsan yavaş-yavaş anır,
Nə deməkdir eşq, nədir istək!
Nədir ülvi, saf məhəbbət,
Nədir tükənməz səadət!
Olaydım
Bilirəm, dənizi çox sevirsən sən,
Kaş, mavi ətəkli dəniz olaydım.
Hər dəfə sahilə seyrə çixanda,
Səni dalğalarımla qucaqlayaydım!
Bilirəm, günəşi çox sevirsən sən,
Kaş qızıl hörüklü günəş olaydım.
Zülmət gecələri sənin xətrinə,
İşıqlı səhər tək, nurlandıraydım!
Bilirəm, çiçəkləri də çox sevirsən,
Kaş sevdiyin o gözəl, xoş çiçəklərin,
Ləçəyi olaydım, ətri olaydım!
Hər dəfə onları qoxlayanda sən,
Qəlbinin içinə səssiz dolaydım.
Gülləri, çiçəyi sevən şəhzadəm,
Mən sənin başının tacı olaydım.
Qismətin, vəfalı yarın olaydım!
Qəlbimdəsən
Mən günəşəm, sənsə mənim şəfəqimsən,
Mən səmayam, sənsə mənim göy rəngimsən,
Mən göz yaşı, sənsə mənim sevincimsən,
Ona görə sən həmişə mənimləsən,
Ona görə sən həmişə qəlbimdəsən.
Qızılgüləm, sənsə mənim bülbülümsən.
Gur avazam, sənsə mənim səs telimsən.
Yanan şamam, sənsə mənim pərvanəmsən,
Ona görə sən həmişə mənimləsən.
Ona görə sən həmişə qəlbimdəsən.
Mən kədərəm, sənsə məni sevindirən,
Mən dərdliyəm, sənsə məni ovunduran,
Mən xəstəyəm, sənsə mənə şəfa verən,
Ona görə sən həmişə mənimləsən.
Ona görə sən həmişə qəlbimdəsən.
Mən ürəyəm, sənsə mənim döyüntümsən,
Mən vurulmuşam, sənsə mənim aşiqimsən,
Mən taleyin, sənsə mənim qismətimsən,
Ona görə sən həmişə mənimləsən.
Ona görə sən həmişə qəlbimdəsən.
Müəllif: Günel Malıyeva
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Xrombuklar ucuzlaşır
Xarici ölkələrdə maraqlı toy adətləri
Qadin.Net = 1.000.000 AZN
Özəl bağçalarla bağlı açıqlama
Honkonqda koronavirusun “super yayılması” aşkarlandı
Düşmənin iki artilleriya batareyası məhv edilib - VİDEO
"Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi üçün bir milyon manat ayrıldı
Südün faydaları.
Mürəbbələrin inanılmaz faydaları
14 yaşlı gənc Vermontun rəhbəri olmaq istəyir
Sabah bu ərazilərdə qaz olmayacaq
Reperin stili məsxərəyə qoyuldu-FOTO
Əsl yunan salatı(foto resept)
Zəngilan və Kəlbəcərdəki qızıl mədənlərində qazıntılarla bağlı müqavilələr imzalanıb
Hamburger şorbası (foto resept)
“Survivor”2020-in ən maraqlı kadrları-FOTO
Bu qocanı deyəsən, Əzrayıl unudub
Dünya üzrə koronavirusa yoluxanların SAYI
Microsoft-da işçilər izlənəcək
Azra Akın ana oldu
Peris Hiltonun səs-küylü AD GÜNÜ-FOTO
Yenicə ana olmuş xanımlara məsləhətlər
Fizika üzrə “Nobel mükafatı”nın qalibləri açıqlandı
“Facebook”dan “Huawei”yə ağır
6 aya 142 kq arıqladı!-FOTO
Toy möcüzəsi: iflic gəlin qəflətən ayağa durdu - FOTO
Almanın faydaları
Yüz ilin tənha yazıçısı dünyadan köçdü
Beyonse Knovles stili
2021-ci il “Nizami Gəncəvi İli” elan edildi - SƏRƏNCAM
Qeyri-adi ayaqqabı modelləri
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi
Müasir incəsənət. Silviya Cordedda Fraktal qrafika
"Dərs vaxtı"nın 16 sentyabr cədvəli AÇIQLANDI
Kəs və yapışdır-18
Bu ölkədə 600 hərbçi koronavirusa yoluxdu
Əzablı sevgim və nifrətim
Hər gözyaşı ağlamaq deyil!
Nokia xəritəsini Apple-a verməyəcək
Prezident və xanımına orden təqdim olundu-FOTO
Yeni ilə keçmədən bunları edin
Qeyri-adi ayaqqabılar
Obamanın plastik stuldakı 6 dollarlıq yeməyi
"Azərbaycanda teatr sənətinin inkişafına yaradılan şərait aktyorların məsuliyyətini daha da artırır"
Həmsöhbətin “WhatsApp”dan sildiyi mesajların oxunma üsulu açıqlanıb
Alyaskada 8 bal gücündə zəlzələ
Ailədə böhran vəziyyəti nədən yaranır?
Hamilə qadın soyuqlayarsa…
Ayna, ayna, söylə, məndən gözəli varmı?
Kitabların həyatı
- ŞƏRHLƏR