Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərin nəzərinə çatdırır ki, 30 aprel 2015-ci il tarixində “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddəti bitir. Xatırladaq ki, ötən ilin 16 may tarixindən etibarən qüvvədə olan bu kampaniya çərçivəsində hər üç “Asan İmza” istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 AZN təşkil edirdi və bununla əvvəlki qiymətlərlə müqayisədə “Asan İmza”nın əldə edilməsi üzrə vətəndaşlara 40 faiz, hüquqi şəxslərin nümayəndələrinə 90 faiz, dövlət qulluqçularına isə 80 faiz qənaət etmək imkanı yaradılmışdı.
İstifadəçilər arasında “Asan İmza” mobil elektron imzanın artan populyarlığı, eləcə də “Asan İmza”nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilib. Beləliklə, cari ilin 1 may tarixindən başlayaraq bütün “Asan İmza” istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 AZN, aylıq abunə haqqı 1 AZN, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 AZN təşkil edəcək.
Onu da qeyd etmək lazımdır ki, yaxın zamanlarda “ASAN Xidmət” tərəfindən yeni, “Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.
“Asan Ödəniş” sistemində, eləcə də dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərdə “Asan İmza”dan istifadəyə marağın daha da stimullaşdırılması məqsədilə, həmçinin may ayında ölkə üçün əlamətdar olan bir sıra tarixləri qeyd edən həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmağı hədəfləyərək həmin ayda daha bir həvəsləndirici aksiyanın keçirilməsi qərara alınıb. Qeyd edilən aksiya çərçivəsində “Asan İmza” xidmətinə qoşulmaq istəyən istənilən şəxs xidmətin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş 18 AZN məbləğində ödənişi etmədən “Asan İmza” mobil elektron imzanın istifadəçisinə çevrilə biləcək. Aksiyanın başlanma tarixi və müddəti barədə yaxın zamanlarda əlavə məlumat veriləcək.“
Siz də öz “Asan İmza”nızı almağa tələsin və ölkədə mövcud olan 500-dən artıq müxtəlif elektron xidmətlərdən asanlıqla faydalanmağa başlayın.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
* * *
“Asan İmza” haqqında
“Asan İmza” istifadəçilərə mobil telefon vasitəsilə elektron mühitdə rəqəmsal kimliyi təsdiqləmək və sənədlərə elektron imza qoymaq imkanı verən və bu sahədə ən qabaqcıl təhlükəsizlik tələblərinə cavab verən mobil xidmətdir. “Asan İmza” xidməti mobil operatorlar tərəfindən istifadəçinin mobil nömrəsində aktiv edilir.
“Asan İmza” dövlət qurumlarının və özəl şirkətlərin İnternet üzərindən təqdim etdiyi elektron xidmətlərindən yararlanmaq məqsədilə istifadə edilir. “Asan İmza” bütün müasir mobil telefonlarda istifadə üçün yararlıdır. Ətraflı məlumat üçün: www.asanimza.az
“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az
XƏBƏR LENTİ
Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyin
İspanaqlı kek
Dünyanın ən bahalı tibbi maskası hazırlanır
Uşağınız söylədiklərinizi əhəmiyyətsiz hesab edir?
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Azərbaycanda qızıl bahalaşdı
10 yaşlı dahi
Bu planetdə külək səsdən daha sürətli əsir
Bakıda qadınlar üçün taksi
Milli yemək ənənələri COVID-19-dan ölüm səviyyəsinə təsir edir
Xanımlarımız üçün babetlər
Selulitlərinizdən bu qarışımla xilas olun
Çex Respublikasında koronavirusa yoluxanların sayı artdı: Səhiyyə naziri istefa verdi
Ağ şokoladlı truff (foto resept)
HAVA necə olacaq?-12 İyul
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
Yeni qayda: sürücü-polis münasibətində kağız "məsələsi"
"Barselona" şoku: sırada "Mançester Siti" və PSJ-dir?
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
Bu şəxs attraksiona minmək naminə 85 kiloqram arıqladı
63 yaşlı ana və 40, 36, 41 yaşlı qızları...
Yeni makiyaj trendi: Draping
Pəhrizin kimlərə heç bir köməyi olmur?
Rəssamın şagirdinə verdiyi dərs
Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin
XİN: “Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil”
Qış makiyajında trend rənglər
Hollandiyada ağıllı yol
Con Frenç Sloanın rəsmləri
Yay fəslini sevməmək olar?
Azıx mağarasının görüntüləri yayıldı - VİDEO
Hava haqqında
Kişilərin saçı tökülürsə...
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub
Hamilələr necə yatmalıdır?
Meyvəli salat (foto-resept)
Yaşına bax, qidalan!
İlham Əliyev: “Şuşaya dəmir yolu çəkiləcək”
At ilində nələr dəbdə olacaq?
Kağızdan miniatür heyvanlar
Roma salatı
Ancelina Coli və Bred Pitt şərik olacaq-SƏBƏB
Bakıdan Sumqayıta metro çəkiləcək?
Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO
Ermənilərin təslim addımı
Yanan bina sakinləri evlərinə geri dönür
Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ
Azərbaycanda əmək haqları artacaq
2012-nin burma bilərzikləri
- ŞƏRHLƏR